Məhkəmə qərarları › İş №2(008)-5686/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5686/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5686/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncxü şəxs X7 iştirakları ilə İddiaçı Cavabdeh qarşı X11 və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncxü şəxs qismində cəlb edilməklə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manatı pulun və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, dul qadındır bir qızı var, onlarla birlikdə yaşayır. Nəvələri də onlar kimi əziyyət çəkməsin deyə onların gələcəkdə rahat təhsil almaları üçün Bakı kəndlərinin birindən ev almaq istəyirdi. Bu minvalla eşitmişdir ki, Bakı şəhəri, Ramana Südçülük sovxozu ərazisində 3 sot həyətyanı sahəsi və 3 otaqlı mənzili olan fərdi yaşayış evi satılır. Beləliklə o, sözügedən fərdi yaşayış evini satan Cavabdeh ilə tanış olmuş və xx.xx.2021-ci il tarixdə həmin mənzili 15000 manat nağdı pul ödəməklə etibarnamə əsasında almışdır. Bundan sonra sözügedən mənzilə ev əşyalarını yığıb, qapını açarla bağladıqdan sonra Saatlı rayonuna qayıtmışdır. Lakin 2022-ci ilin iyun ayında həmin mənzilə baş çəkmək istəmiş, amma darvazanın sökülərək ləğv edildiyini, iki həyətin arasında olan daş çəpərdən qapı açıldığını görmüşdür. O, həyətə daxil olduqdan bir qədər sonra həyətdə olan digər mənzildən özünü X5 təqdim edən şəxs onun həyətində nə gəzdiyini soruşmuşdur. İddiaçı da həyətdə olan digər 3 otaqlı mənzili 15000 manata aldığını, öz evinə gəldiyini bildirmişdir. Almas Qurbanova həyət və evlərin ona məxsus olduğunu, heç kimə heçnə satmadığını, pulu ödədiyi adamdan geri istəməyini bildirmişdir. Bundan sonra o, aldandığını anlamış və Cavabdehla görüşüb, iradlarını ona bildirmişdir. Məcbur qalıb Sabunçu Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsində izahatı alınan Əhmədov X20 rayonu, Ramana Südçülük sovxozu ərazisində 3 sot torpaqda yerləşən 3 otaqlı fərdi evi etibarnamə əsasında İddiaçı Sefı qızına 15000 manat müqabilində satdığını etiraf etmişdir. Lakin hər dəfə iddiaçı pulunu tələb etdikdə, o müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmiş, Təranə Cavadovaya ödədiyi pulu alandan sonra onun pulunu qayraracağını bildirmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsini qeyd etməkdə haqlı olmamışdır. Belə ki, cavabdeh iddiaçının qarşısında hər hansı bir borc öhdəlikləri götürməmiş və onların arasında hər hans bir formada borc müqaviləsi bağlanmamışdır. Öhdəlik anlayışını əhatə edən normadan belə qənaətə gəlmək olur ki, tərəflərdən biri (iddiaçı) digər tərəfə pul verir, digər tərəf isə (cavabdeh) iddiaçıya əmlak verir. Cavabdeh tərəfindən fərdi yaşayış evi iddiaçıya təhvil verilmişdir. Hətta iddiaçı ev əşyalarını həmin evə yığmışdır. Başqa sözlə, cavabdeh üzərinə düşən öhdəliyi icra etmişdir - satdığı əşyanı alıcıya, yəni iddiaçıya təhvil vermişdir. Üçüncü şəxsin qəsdi nəticəsində, yəni X7 qanunsuz hərəkətləri nəticəsində aldığı əşya iddiaçının əlindən çıxmışdır. Belə olan halda, bu deliktə görə cavabdeh məsuliyyət daşıya bilməz. "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemindən edilmiş çıxarışdan da görünür ki, X3 qəsəbəsində yerləşən özünə məxsus 1000 kv.metr torpaq sahəsindən 300 kv.metrini istifadə, həmin sahədə tikinti işləri aparılması və sair hüquqları X12 ötürmüş, sonuncu həmin hüquqları X14, bu sonuncu şəxs isə həmin hüquqları xx.xx.2021-ci il tarixdə 39 saylı notariat ofisində təsdiq olunmuş müvafiq etibarnamə əsasında hazırki iddiaçı X9 ötürmüşdür. Başqa sözlə, X11 faktiki istifadəsindən olan 1000 kv.metr torpaq sahəsindən 300 kv.metrini əvvəlcə X2, daha sonra bu sonuncu şəxs həmin 300 kv.metr torpaq sahəsini X4 və sonda cavabdeh tərəfindən X10 alınmış torpaq sahəsini və üzərində inşa edilmiş fərdi yaşayış evində təmir işləri apararaq yaxşılaşdırılmış vəziyyətdə hazırki iddiıçı X1. Torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədlərin olmaması səbəbindən bu əməliyyatlar etibarnamə vermək yolı ilə həyata keçirilmişdir. Lakin xeyli müddət (ən azı 7-8ay) evi boş görən X11 yaranmış vəziyyətdən öz xeyrinə istifadə edərək həmin torpaq sahəsini və fərdi yaşayış evini zəbt etmiş, küçəyə çıxan darvazanı ləğv etmiş, öz həyəti ilə mübahisəli torpaq sahəsinin arasında olan daş hasardan (çəpərdən) əlavə qapı açmışdır. Bu hallar isə ona dəlalət edir ki, mübahisəli torpaq sahəsi X8 məxsus torpaq sahəsindən təcrid olunaraq (daş hasarla) onun tərəfindən başqa şəxşə satılmışdır. Məhkəmə X11 və X13 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncxü şəxs qismində işə cəlb etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh və üçüncü şəxs X16 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 izahat verərək qeyd etdi ki, onun sahibliiyndə 10 sot torpaq sahəsi var. Onun oğlu Cəfərova Təranənin qızı ilə nişanlanmış, o, da həmin torpaq sahəsinə dair Təranəyə etibarnamə vermiş, birlikdə uşaqlara ev tikdirmək niyyətində olmuşdular. O, Təranədən hər-hansı bir pul məbləği almamış, uşaqların nişanı pozulandan sonra etibarnaməni ləğv etdirmiş, lakin etibarnamə qüvvədə olan müddətdə Təranə 9000 manata torpaq sahəsini və üzərindəki evi cavabdehə satmış, cavabdeh həmin evdə hər-hansı bir təmir işləri gördürməmişdir. Xahiş edir iddia təmin edilsin. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.2022-ci il tarixdə polisə hazırki mübahisə ilə əlaqədar şikayətlə müraciət etmişdir. Şikayətin araşdırılması nəticəsində Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi X15 tərəfindən xx.xx.2022-ci il tarixli cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan, tərəflərin izahatlarından məhkəmə aşağıdakıları müəyyən etmişdir. Mübahisəli 3 sot torpaq sahəsi üçüncü şəxs X7 faktiki sahibliyində olmuşdur. Qurbanova Almas digər üçüncü şəxs Cəfərova Təranəyə həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə və sair səlahiyyətlərə dair «bu etibarnamə digər şəxslərə etibar edilə bilər» qeydi ilə etbarnamə vermişdir. Cəfərova Təranə həmin etibarnamə əsasında eyni səlahiyyətlərlə xx.xx.2021-ci il tarixdə etibarnaməni hazırki iş üzrə cavabdeh olan Cavabdeh atası X14 vermişdir. X19 xx.xx.2021-ci il tarixdə eyni səlahiyyətlərlə etibarnaməni hazırki iş üzrə iddiaçı olan İddiaçı vermişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, qeyd olunan etibarnamələr əsasında Cəfərova Təranə 9000 manat məbləğində pul vəsaitini Cavabdeh, Cavabdeh isə 15000 manat məbləğində pul vəsaitini İddiaçı almışdır. X23 İdarəsində verdiyi izahatında 8000 manat pulu Qurbanova Almasa verdiyini iddia etsə də, buna dair sübut təqdim etməmiş, Qurbanova Almas isə bu halı məhkəmədə inkar etmişdir. X18 həmin torpaq sahəsinə özü sahiblik elməyə davam edir (Qurbanova Almasın torpaq sahəsinə olan hüüquqları hazırki iş üçün əhəmiyyət kəsb etmədiyindən məhkəmə araşdırma aparmamışdır). İddiaçı Cavabdeh ödədiyi 15000 manatın ondan tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göründüyü kimi, Cavabdeh həmin torpağa dair hər-hansı hüquqmüəyyənedici sənədi olmadan etibarnamə əsasında satmaq adı ilə iddiaçıdan 15000 manat pulu almış, torpağın faktiki sahibi iddiaçı ilə heç bir hüquq münsibətləri olmadığı üçün onu həmin torpaq sahəsinə buraxmamış və bunun nəticəsində iddiaçı 15000 manat məblğəində ziyana düşmüş, cavabdeh isə həmin məbləğdə əsassız varlanmışdır. Mülki Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarına və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh hüquqi əsas olmadan iddiaçıdan aldığı 15000 manatı ona qaytarmalıdır. İddiaçı eyni zamanda ödədiyi 135 manat dövlət rüsumunun da tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin rüsum da tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15000 manatı pul və 135 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar