Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5688/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 61 manat dövlət rüsumu tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bilgəh qəsəbəsində təkərlərin təmiri işi ilə məşğul olur. Bəzən uyğun qiymətə avtomobil olanda alıb-satır. xx.xx.2024-cü il tarixdə tanışı olan Vahab yaşadığı ünvana gələrək sərfəli qiymətə “Opel” markalı avtomobil satıldığını bildirdi. O də həmin avtomobilə baxmaq istədiyimi bildirmişdir. Bundan sonra Çingiz, Dilqəm və Rza həmin avtomobili yaşadığı ünvana gətirdilər. O, avtomobilə baxış keçirdi, avtomobildə bəzi kiçik nasazlıqların olmasına baxmayaraq, onu almaq qərarına gəlmişdir. Cavabdeh həmin avtomobilin bacısına məxsus olduğunu, bacısının xəstə olması səbəbindən həmin avtomobili təcili olaraq satmaq istədiyini bildirmişdir. Cavabdeh həmin avtomobili 8500 manata satmağa razılaşmışdır. Cavabdeh bacısının xəstə olması, buna görə də ona təcili olaraq pul lazım olması səbəbindən ondan ilkin olaraq 4000 manat ödəniş etməyini xahiş etmiş. Vahab da təsdiq etmişdir ki, həqiqətən də, Cavabdeh bacısı xəstədir, ona təcili pul lazımdır. Vahab həm də oun əmin etmişdir ki, səhəri gün etibarnamə veriləcək. O da razılaşaraq 4000 manat pulu Cavabdeh ödəmiş və o, avtomobili yaşadığı ünvana qoyaraq, getmişdir. Lakin səhəri gün etibarnamə verilməmişdir. Daha sonra isə o, öyrənmişdir ki, həmin avtomobil Cavabdeh bacısına məxsus deyildir. Həmin avtomobil əvvəllər Çingizin qardaşı Pərvizə məxsus olmuş və Pərvizin Aygün adlı xanıma borcu olduğu üçün həmin avtomobili Aygün adlı xanımın adına sənədləşdirmişdir. Vahab və Cavabdeh ilə görüşən zaman onlara bildirmişdir ki, Aygün adlı xanım maşınını ondan istəyir və Cavabdeh tələb etdi ki, pulunu geri qaytarsın. Lakin, Cavabdeh pulunun olmadığı bildirmişdir. Məcburiyyət qarşısında qalıb Cavabdeh barəsində şikayət ərizəsi ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Şikayəti araşdıran Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı Ramil Əliyev, Cavabdeh əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək, 16 fevral 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etdi. Həmin qərarda izahatı qeyd edilmiş Cavabdeh ondan aldığı pulu etiraf etmişdir. Cavabdeh ondan aldığı 4000 manat pulu bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edib, bildirdi ki, sərfəli qiymətə avtomobil satılması barədə məlumat aldıqdan sonra, cavabdehə 4000 manat əvvəlcədən verib. Sonradan məlum oldu ki, maşın cavabdehin deyil. Dostlarının təsdiqi ilə borcu vermiş, hazırda pulu qaytarmaqdan yayınır. Polisə şikayət olunub və bununla bağlı izahatda verib. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, “Rizvandan buna görə 4000 manat pul istəmiş, çünki valideyni xəstə olduğu üçün vacib pul lazım olmuşdur. Rizvan bu barədə heç kimdən məsləhət almadan razılıq verərək 4000 manat pulu ona vermiş və o Rizvana səhəri günü ona etibarnamə təqdim olunacağını bildirmişdir”. Vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasına rədd edilmişdir. İş üzrə təqdim edilmiş əsas sübut olan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında 4000 manat pulu iddiaçıdan aldığını etiraf etmişdir. Beləliklə, iddiaçının tələb etdiyi pulun X1 verilməsi faktı Məmmədov Əlinin özünün polisdə verdiyi izahatı ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 manat məbləğində pul tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində deyilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** mədaxil qəbzi ilə 61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, həmin pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 manat pul və iddia ərizəsi üçün ödənilmiş 61 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-5688/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5688/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver