Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5689/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarı artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarı artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin artırılması barədə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş 2(008)-5627/2014 saylı 22 sentyabr 2014cü il tarixli qətnaməsi ilə 08.09.2008-ci il təvəllüdlü X2 və 21.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları ücün Cavabdeh X1 xeyrinə hər ay hər uşağa görə 103 manat olmaqla, 206 manat sabit pul məbləğində alimentin tutulması hissəsində alimentin miqdarının dəyişdirilərək artırılması və 08.09.2008-ci il təvəllüdlü X2 və 21.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları ücün Cavabdeh X1 xeyrinə hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmİ 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş 2(008)-5627/2014 saylı, 22 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə 08.09.2008-ci il təvəllüdlü X2 və 21.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh X1 xeyrinə hər ay hər uşağa görə 103 manat olmaqla, 206 manat sabit pul məbləğində alimentin tutulması qət etmişdir. Hal-hazırda alimentin artırılmasına ehtiyacı vardır. Belə ki, hal-hazırda Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-cu il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmədən xahiş edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş 2(008)- 5627/2014 saylı, 22 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə 08.09.2008-ci il təvəllüdlü X2 və 21.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları ücün Cavabdeh X1 xeyrinə hər ay hər uşağa görə 103 manat olmaqla, 206 manat sabit pul məbləğində alimentin tutulması hissəsində alimentin miqdarının dəyişdirilərək artırılması və 08.09.2008-ci ci il təvəllüdlü X2 və 21.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları ücün Cavabdeh X1 xeyrinə hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edəsiniz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5627/2014 nömrəli, 22 sentyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan 24 noyabr 2007-ci il tarixdə bağlanmış və 453 nömrəli ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından olan 08.09.2008-ci il təvəllüdlü X4 və 21.07.2010-cu il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılmış və 08.09.2008-ci il təvəllüdlü X2 və 21.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları ücün Cavabdeh X1 xeyrinə hər ay hər uşağa görə 103 manat olmaqla, 206 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Rusiya Federasiyası Kirov vilayəti Kirov şəhəri VVAQ şöbəsinin Okyabrski bölməsi tərəfindən 28 aprel 2009-cu il verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08.09.2008-ci il tarixdə Rusiya Federasiyası Kirov vilayəti Slobodskiy şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. - Rusiya Federasiyası Kirov vilayəti Kirov şəhəri VVAQ şöbəsinin Okyabrski bölməsi tərəfindən 10 avqust 2011-ci il verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21.07.2010-cu il tarixdə Rusiya Federasiyası Kirov vilayəti Slobodskiy şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 175 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşaqların maraqlarını pozduğundan, onların maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh oğlunun birgə nikahından doğulmuş 08.09.2008-ci il təvəllüdlü X2 və 21.07.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli, 2(008)-5627/2014 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 ( bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5689/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5689/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver