Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5693/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməliklə X4 “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməliklə X4 “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ondan aldıqları 17.000 (on yeddi min) manat məbləğində pulun və ödənilmiş 141 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh1 ilə 2021-ci il tarixdə rəfiqəsi Cavabdeh2 və onun tanışı Cavabdeh3 vasitəsi ilə tanış olmuşdur. Cavabdeh1 Azərbaycanda kriptovalyuta satışı ilə məşğul olan şirkətdə alqı-satqı mütəxəssisi kimi işlədiyini, minlərlə insanlara pul qazandırdığını və məni də həmin şirkətdə işlə təmin edəcəyini bildirmişdir. 2021-ci il avqust ayında rəfiqəsi Samirəgilə qonaq getmişdir və orada Cavabdeh3 ilə görüşdü. Həmin gün söhbət zamanı Cavabdeh3 bildirdi ki, rəfiqəsi Cavabdeh1 “Maserati” markalı avtomobil almaq istəyir, lakin 10.000 ABŞ dolları çatmır və ona həmin məbləği kim verərsə həmin şəxsə 3 ay sonra Kəmalə 15 000 ABŞ dolları pul verəcəkdir. Həmin günü o, Cavabdeh1 ilə telefonla əlaqə saxlamış və o, ona Cavabdeh3 ona dediklərini təsdiqlədi və ondan 3 ay müddətinə geri qaytarmaq şərtilə 10 000 ABŞ dolları pul istədi və bunun qarşılığında onu işlə təmin edəcəyini və əlavə olaraq ona kriptovalyuta verəcəyini bildirdi. Bundan başqa ona bildirdi ki, şirkət iflas etdiyi təqdirdə belə ona pulu geri qaytaracaqdır. Həmçinin kart hesabı olmadığını və həmin 10 000 ABŞ dollarını ya Cavabdeh2, ya da Cavabdeh3 kartına göndərməyini bildirdi. O, isə ev almaq məqsədilə avtomobilini satmışdır, lakin ilkin ödəniş üçün kifayət qədər vəsaiti yox idi, bunun üçün düşündü ki, 3 ay çox da uzun müddət deyil, həmin müddət ərzində Kəmalə ona pulu qaytarar və o, da ilkin ödəniş edib ev alar. xx.xx.2021-ci il tarixdə 10.000 ABŞ dolları ekvivalentinə uyğun olaraq, 17 000 manat məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Unibanka aid bankomatdan Cavabdeh2 daha yaxından tanıdığı üçün onun kartına göndərmiş, Cavabdeh2 isə həmin pulu Cavabdeh3 kart hesabına göndərmiş, daha sonra isə sonuncu Cavabdeh1 pulu təhvil vermişdir. Pulu təhvil aldıqdan sonra Cavabdeh1 ilə əlaqə saxlamış və o, ona 2021-ci ilin dekabr ayında pulu geri qaytaracağını bildirdi. 2021-ci ilin dekabr ayında cavabdehdən ona olan 17.000 manat məbləğində borcunu istədikdə hər ay müxtəlif bəhanələr gətirərək (anasının ölümü, hazırda pulunun olmaması və s.) pulu geri qaytarmadı. O, aldandığını başa düşmüş ilk olaraq Bakı şəhər Nərimanov RPİ-nin 16-cı PŞ -nə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsilə əlaqədar Nərimanov RPİ-nin 16-cı PŞ -dən toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, o özünə məxsus pul vəsaitini onun Unibankda hesabı olmadığına görə həmin pulu X1 hesabına bankomat vaistəsi ilə göndərmişdir. Bundan sonra X2 həmin pulu Cavabdeh2 göndərmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 17000 manat məbləğində pulu iddiaşıİddiaçı onun kartına yükləmiş, bundan sonra Aygünün göstərişinə əsasən o həmin pulu Cavabdeh2 məxsus karta yönəltmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməmələrin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və X1 tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 17 oktyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izahatında göstərmişdir ki, həqiqətəndə 2021-ci ilin avqust ayında İddiaçı ona 17000 manat pul göndərmiş, o həmin pulu Cavabdeh3 göndərmişdir, Cavabdeh3 isə Cavabdeh1 pulu göndərmişdir. 17 oktyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 öz izahatında göstərmişdir ki, həqiqət 2021-ci ilin avqust ayında Cavabdeh2 ona 17000 manat pul göndərmiş, o həmin pulu Cavabdeh1 göndərmişdir. Lakin o pulu Kamələ xanımın kartı olmadığında onun yoldaşı İlhama xx.xx.2021-ci ildə 10000 manat, xx.xx.2021-ci ildə isə 7000 manat göndərmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin 01 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı yazmış olduğu ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, ərizəçiyə baş vermiş hadisə ilə bağlı aidiyyat üzrə məhkəməyə müraciə etmək hüququ izah edilmişdir. İddiaçı tərəfindən təqdim edilən İddiaçı ilə Cavabdeh1 aid səs yazıları olan flaşkartda Cavabdeh1 iddiaçıdan pul almasını və ya iddiaçıya borcu olmasınl təsdiq edəcək hər hansı bir məlumat müəyyən edilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatlarından məlum olur ki, iddiaçı Cavabdeh1 pul göndərmək məqsədi ilə ilk öncə Cavabdeh2 17000 manat məbləğində pul göndərmiş, daha sonra isə Cavabdeh2 isə sözügedən məbləğdə olan pul vəsaitini isə digər cavabdehə Cavabdeh3 göndərmişdir. İddiaçı və məhkəmə iclasında iştirak edən cavabdehlər sözügedən pulun məhkəmə iclaslarında iştirak edən cavabdehlərə göndərilmə səbəbini həmin pul məbləğinin Cavabdeh1 iddiaçıdan borca pul isdəməyi ilə izah etmiş olsada, bu halı təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin Cavabdeh3da ona göndərilmiş pul məbləğinin Cavabdeh1 göndərmiş olduğunu bildirsədə bu halı təsdiq edə bilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh3 izhatındada bildirmişdir ki, o pulu Cavabdeh1 deyildə onun həyat yoldaşına göndərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibəətdə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 17000 (on yeddi min) manat məbləğində pul vəsaiti və 141 (bir yüz qırx bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5693/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5693/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver