Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5704/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Bakı şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən elektron mobil qurğusunun dəyəri 2277,40 manat vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Rzayev X2 Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilmiş və xx.xx.2022-ci il tarixdə icraata daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə İdarənin icra məmuru N.Abuzərov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd elektron qolbağ, bir ədəd mobil qurğunun enerji adaptoru məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Cavabdeh üzərinə tədbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış keçirilərkən komplektin məhkumun üzərində olmadığı, qolbağın sökülərək açıldığı müəyyən edilmişdir. Cavabdeh yazdığı izahatda telektron qolbağı çıxartdığını və mobil nəzarət qurğusu ilə birlikdə küçədəki zibil qutusuna atdığını qeyd etmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına əsasən elktron nəzarət vasitəsinin dəyəri 2277,40 təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə onun iştiarkı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Fizuli Hərbi Məhkəməsinin 1(97)-55/2022 №-li, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-cu il tarixli iltizamdan və protokoldan görünür ki, məhkum Cavabdeh ilə söhbət aparılmış və azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri, ümumi qaydalar və məsuliyyəti ona izah edilmişdir. xx.xx.2023-cü il tarixdə icra məmuru N.Abuzərov tərəfindən məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş, cavabdehdən izahat alınmış, komplektin məhkumun üzərində olmadığı, qolbağın sökülərək açıldığı, elektron qolbağın çıxarıldığı və mobil nəzarət qurğusu ilə birlikdə küçədəki zibil qutusuna atıldığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, elektron qolbağın dəyəri 2277,40 manat təşkil edir. Hazırda iddiaçı cavabdehdən elektron qolbağın kəmərə keçən hissəsi 2277,40 manat dəyərində vəsaitin tutulmasını istəyir. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddianın əsaslı və qanuni olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, hökmün icrası ilə əlaqədar cəza çəkdiyi müddətdə cavabdeh üzərinə quraşdırılmış və ondan təhvil alınmış elektron qolbağını çıxardaraq mobil nəzarət qurğusu ilə birlikdə küçədəki zibil qutusuna atmış, bununlada cavabdeh tərəfindən 2277,40 manat məbləğində ziyan vurulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 manat dəyərində vəsait alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE************02107131; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta:azen, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsum haqqında Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə hesab edir ki, 42,78 manat məbləğində dövlət rüsumu Cavabdeh oğlundan tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron mobil qurğusunun dəyəri 2277,40 manat vəsait alınıb dövlət nəfinə tutulsun. 42,78 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Fizuli Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim TahirəƏsədova
Məhkəmə qərarları › İş №2(008)-5704/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5704/2023
13.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver