Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-572/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Abdurəhim qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 28.200 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul ediılməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, o, Astara rayonun Maşxan kəndində qeydiyyatdadır və orada yaşayır. Bakı şəhərində torpaq sahəsi almaq istəyərkən tanıdığı X5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 0,05 ha torpaq sahəsinin olduğunu bildirmişdir. Həmin torpaq sahəsinə baxanda 4 sot içində 11x12 metr ölçüdə yarımçıq tikili də mövcud olmuşdur. Cavabdehlər bildirmişlər ki, həmin torpaq sahəsi və içində mövcud olan tikinti özlərinə məxsusdur və satırlar. O, 30.000 manata onlarla razılaşmışdır. Hətta Cavabdeh1 bildirmişdir ki, “torpaq öz adımadır, etibarnamə ilə sənə sataram”. Onlar razılığa gələndən sonra Cavabdeh2 həyat yoldaşı, Cavabdeh1 ona sözügedən torpağa dair etibarnamə vermişdir. Daha sonra məlum olmuşdur ki, həmin torpaq sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ölçüsü 0,05 ha olan “Günəş” b/y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsi Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyi tərəfindən X2 ayrılmış və ona üzvlük bileti verilmişdir. Torpaq sahəsinin sahibi X3 xx.xx.2015-ci il tarixdə Cavabdeh1, sonuncu isə xx.xx.2016-cı il tarixdə ona 45 ildən çox müddətə notarial qaydada təsdiqlənmiş etibarnamə vermişdir. İddiaçı pulu Cavabdeh2 və həyat yoldaşı digər Cavabdeh1 verəndə, tanışları Xankişiyeva Gülər və Xankişiyev Ramin şahid kimi iştirak etmişlər. Daha sonra cavabdehdən aldığı torpaq sahəsi və içərisində mövcud olan yarımçıq tikilini təmir etmək üçün imkanı olmadığı üçün xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında X1. Daha sonra məlum olmuşdur ki, həmin torpaq sahəsi 2019-cu ildə ********* qeydiyyat nömrəsi ilə X6 mülkiyyətinə verilmişdir. Məhkəmə çəkişməsindən sonra X9 mülkiyyətində olan həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixdə 35.300 manata alqı-satqı yolu ilə X1. Daha sonra X14 məhkəməyə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsi 35.000 manatın ondan tutulması barədə qətnamə qəbul etmişdir. Cavabdehdən dəfələrlə pulunu istəsə də, nəticəsi olmamışdır. Qeyd olunanların nəzərə alınaraq, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, iddiaçıya 28.200 manat qaytarmalı olduğunu, lakin hazırda həmin pul vəsaitini qaytarmağa maddi imkanının olmadığını bildirdib məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş “Etibar edənlər Məmmədova Səriyyə X4 Nurlanə Habil qızı tərəfindən İddiaçı Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyi Üzvlük Bileti Fəhlə və qulluqçuların yoldaşlıq bağçılığı Suraxanı rayonu, Hövsan qəsəbəsində ayrılmış 0,05 ha torpaq sahəsinə dair sənədlər toplamağı, özəlləşdirməyi və sair səlahiyyətlərlə” xx.xx.2016-cı il tarixdə 45 ildən çox müddətə notarial qaydada təsdiqlənmiş etibarnamə verilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Onun iddiası və təqdim etdiyi sübutlar, həmçinin cavabdehin tələb olunan pul vəsaiti ilə bağlı etirafı işin faktiki halları ilə uzlaşıb, iddianın təmin edilməsi üçün mötəbər və yetərli hesab olunmalıdır. Çünki Cavabdeh2 28.200 manat məbləğində pulu əldə etməyə nə qanuni, nə də müqavilə üzrə əsası olmamış, həmin pulu əldə etməklə əsassız varlanmışdır. Odur ki, hazırkı tələb təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 181 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş məhkəmə xərci Cavabdeh2 aid edilməklə, 174,60 manat ondan alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 28.200 (iyirmi səkkiz min iki yüz) manat məbləğində pul vəsaiti və 174,60 (bir yüz yetmiş dörd manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-572/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-572/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver