Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5722/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyanın məbləği olan 9012 (doqquz min on iki) manat miqdarında vəsaitin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 1(012)- 22/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmə əsasən Cavabdeh qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittihamın ittihamdan xaric edilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)- 25/2024 nömrəli hökmü ilə təyin edilmiş 06 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Cavabdeh 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (033)-25/2024 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması nəzərə alınması, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması, hökmün icrasının Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Tədricxanasına həvalə edilməsi hökm edilmişdir. Belə ki, o, İddiaçı bildirmək istəyir ki, 44 günlük Vətən müharibəsinin şəhidi X2 anasıdır. Cavabdeh tanımır. Vüqarla heç vaxt görüşməmişdir. Belə ki, mülk üstündə gəlini X4 ilə məhkəmə çəkişməsi var idi. Həmin ərəfədə xx.xx.2022-ci il tarixdə saat 14:23 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** mobil nömrədən zəng gəldi. Həmin şəxs özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edib, adının Zaur olduğunu ona bildirdi. Zaur mobil telefonda ona gəlini ilə arasında olan mübahisədən xəbəri olduğunu dedi və ona məhkəmə işlərində köməklik edəcəyini bildirdi. Əvvəlcə həmin şəxsə inanmamışdır, sonradan gəlini Günayın şəxsiyyət vəsiqəsini və ona başqa bir sıra sənədləri göndərdikdən sonra ona inanmağa başlamışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək, ona məhkəmə işlərində köməklik edəcəyi vədini verdi. xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində ona göndərdiyi "xxxx" ASC-nə məxsus kart hesabına göndərdiyi 19.012 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bir müddət sonrab o, aldadıldığını başa düşüb DİN şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətdən sonra həmin şəxsin dələduz olduğu ortaya çıxdı. Cavabdehin ondan aldığı 19012 manat məbləğində pulun 10000 hissəsini Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən görülən tədbirlər nəticəsində ona geri qaytarılmış qalan 9012 manat isə hələ də ödənilməmiş qalmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilib iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı, 342710 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə döyüş meydanında ölmüşdür. - 001378 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. - Abşeron Rayon Məhkəməsinin 1(012)-22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (033)-25/2024 nömrəli hökmü ilə təyin edilmiş 06 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Cavabdeh 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxs Cavabdeh Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)-25/2024 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması nəzərə alınmalı, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-22/2025 nömrəli hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişindən görünür ki, sözügedən hökm xx.xx.2025-ci tarixdə qanuni qüvvəyə minmişdir. Həmin hökmdə qeyd olunmuşdur ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, İddiaçı gəlini Pərvanənin vasitəsilə tanımışdır. Pərvanə ilə isə "Facebook" sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Nə Pərvanəni, nə də Məleykəni görməmiş nə də ki, görüşməmişdir. Pərvanə "Naib" adlı şəxsin profili ilə elan paylaşaraq, qayınanası ilə aralarında olan mülk məsələsinin həll edilməsi üçün savadlı hüquqşünasa ehtiyacının olduğunu bildirmişdir. O həmin elanla tanış olandan sonra Pərvanə ilə əlaqə saxlamışdır. Pərvanə məhkəmə qətnaməsini və azyaşlı övladlarının sənədlərini ona “Whatsapp” tədbiqi vasitəsilə göndərmişdir. O, özünü Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edib, adının Zaur olduğunu bildirmiş və digər məhkəmə proseslərində köməklik edəcəyini demişdir. İlk məhkəmə prosesi Pərvanənin xeyrinə qətnamə çıxartmışdır. O, Pərvanə ilə əlaqədə olan zaman Pərvanədən qayınanası İddiaçı ***-***-**-** saylı mobil telefon nömrəsini almışdır. O, həmin nömrəyə özünə məxsus ***-***-**-** nömrə ilə zəng edib, özünü Müdafiə Nazirliyinin Əməkdaşı kimi təqdim edib, gəlini ilə aralarında mülk üstündə mübahisələri olduğunu bildirib, köməklik edə biləcəyini demişdir. Əvvəlcə Məleykə ona inanmasa da, sonradan o, gəlini Pərvanə tərəfindən ona “Whatsapp” tədbiqi vasitəsilə göndərilmiş şəxsiyyət vəsiqəsini və məhkəmə qətnaməsini Məleykəyə göndərmişdir və etibarım qazanmışdır. Bundan sonra Məleykə ona inanmışdır. Məleykə artıq ona inanandan sonra köməklik edəcəyinə arxayın olmuşdur. Ona görə də ona pul göndərməyə razılaşmışdır. O, Məleykədən hissə-hissə olmaqla ümumilikdə 19012 manat pul almışdır. Həmin pulları da dediyi kimi gəlini ilə aralarında mülk üstündə mübahisənin xeyrinə məhkəmə qərarları çıxartdıracağına köməklik etmək adı ilə almışdır. İddiaçı pulların hamısını onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına göndərmişdir. O da həmin pulu öz maddi ehtiyacları üçün xərcləmişdir. İlk gündən niyyəti İddiaçı aldatmaq olmuşdur. O, Günay Paşayevanı da aldadıb 300 manat pul almışdır. O, Toğrulun nömrəsini dəqiq xatırlamamış, ya Facebook sosial şəbəkəsi vasitəsi ilə, ya da iş elanı saytlarının birindən götürdüyün bildirmişdir. Həmin elanda da Toğrul iş axtarması barədə elan yerləşdirmişdir. O da Toğrulun işə ehtiyacı olmasından istifadə edib aldadaraq pulunu ələ keçirmək istəmişdir. Lakin Toğrul ona inanmadığı üçün istədiyi 450 manat pulu göndərməmişdir. Həmin hökmdə, həmçinin qeyd olunmuşdur ki, məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, o, 44 günlük Vətən müharibəsinin şəhidi X1 anasıdır. Barəsində şikayət etdiyi Cavabdeh tanımamış, Vüqarla heç vaxt görüşməmişdir. Belə ki, mülk üstündə gəlini X4 ilə məhkəmə çəkişməsi olmuşdur. Həmin ərəfədə xx.xx.2022-ci il tarixdə saat 14:23 radələrində onun istifadə etdiyi ***-***-**-** saylı nömrəyə ***-***-**-** nömrədən zəng gəlmiş, həmin şəxs özünü Azərbaycan Respubliksı Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edib, adının Zaur olduğunu bildirmişdir. Zaur gəlini ilə aralarında olan məsələdən xəbərdar olduğunu deyib, ona məhkəmə işlərində köməklik eədəcəyini bildirmişdir. Əvvəlcə həmin şəxsə inanmasa da, sonradan gəlininin şəxsiyyət vəsiqəsini və bir sıra sənədləri göndərəndən sonra inanmışdır. Cavabdeh etibarından sui-istifadə edərək, ona məhkəmə işlərində köməklik edəcəyi vədini verib, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində ona göndərdiyi "xxxx" ASC-yə məxsus kart hesabına göndərdiyi 19.012 manat pulu dələduzluq yolu ilə ələ keçirtmişdir. Sonradan aldadıldığını başa düşüb, DİN-nə məlumat vermişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 5 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh məhkəmə bildirişi və iddia ərizəsinin surəti təqdim edilmiş və onun iddia ərizəsinə yazılı münasibəti alınaraq təqdim olunur. - Həmin məktuba əlavə edilmiş Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və İddiaçı müraciətinə əsasən ona dəymiş ziyanı (yəni aldığı pulu) 9012 manatı hər ay 30 manat olmaqla ödəməyə söz vermişdir. Hazırda 4 azyaşlı övladının, həyat yoldaşının xəstə olduğunu və dövlət tərəfindən aztəminatlı ailə kimi qiymətləndirildiyinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-22/2025 nömrəli hökmünə əsasən Cavabdeh əvvəllər dələduzluq cinayəti törətdiyinə görə barəsində Quba rayon və Bakı şəhəri, Xəzər Rayon Məhkəmələrində cinayət işləri baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edərək sosial şəbəkə vasitəsi ilə tanış olduğu İddiaçı gəlini X5 ilə aralarında olan mülki mübahisənin məhkəmə yolu ilə İddiaçı xeyrinə qərar çıxartdıracağı barədə sonuncuya yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə İddiaçı 17 sentyabr 2022ci il tarixdə, saat 15:37-də onun adına olan "xxxx" ASC-yə məxsus 4169 73** **** 8078 nömrəli plastik kartına Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bazarstore”-da olan “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat, 18 sentyabr 2022-ci il tarixdə, saat 14:45-də Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən “Rahat Market”-də olan "eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 3502 (üç min beş yüz iki) manat, 19 sentyabr 2022-ci il tarixdə, saat 12:01də ünvan 1 ünvanında yerləşən “Grandmart”-da olan “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1800 (bir min səkkiz yüz) manat, həmin gün saat 12:03-də 1700 (bir min yeddi yüz) manat, saat 12:06-da 2100 (iki min yüz) manat, saat 12:08-də 2200 (iki min iki yüz) manat, saat 12:11-də 2200 (iki min iki yüz) manat, saat 12:15-də 2510 (iki min beş yüz on) manat və saat 14:47-də 2500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 19.012 (on doqquz min on iki) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş İddiaçı 19.012 (on doqquz min on iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hökmlə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçının köçürdüyü pul vəsaitləri hesabına əsassız varlanmışdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9012 (doqquz min on iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, 110.12 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9012 (doqquz min on iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 110.12 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5722/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5722/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver