Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5740/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "pul" tələbinə tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 3229,48 manat əsas, 1046,47 manat faiz, cəmi 4275,95 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5940/2016 nömrəli xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh 3229,48 manat əsas, 1046,47 manat faiz borcu olmaqla, cəmi 4275,95 manat və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Cavabdeh məhkəmə əmrinə etiraz verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5940/2016 nömrəli xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5740/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5940/2016 nömrəli xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddiadan imtina etdiklərinə görə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, "xxxx" ASC Cavabdeh qarşı "pul" tələbinə tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.4-cü maddəsinə görə, məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim işin icraatına xitam verir. Hazırki işdən görünür ki, iddiaçının nümayəndəsi iddia tələbindən imtina etmiş, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılmış, qanuna zidd və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozulması halları aşkar edilməmişdir. Ona görə məhkəmə iddiadan imtinanı qəbul edərək iş üzrə icraata xitma verilməli olduğunu hesab edir. Bundan başqa iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əsas kredit borcunun restrukturizasiyası üzrə FR/80216/70 nömrəli xx.xx.2019-cu il tarixli "Güzəştli kredit müqaviləsi" ilə xx.xx.2014-cü il tarixli müqavilə üzrə borc restrukturizasiya olunmuş, tərəflər arasında yeni müqavilə bağlanmışdır. Beləliklə, məhkəmə hesab edir ki borcun tələb olunmasına əsas olmuş müqavilə artıq mövcud olmadığından iş üzrə icraat xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191, 261-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "pul" tələbinə tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-5740/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5740/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver