Məhkəmə qərarları › İş №2(008)-5751/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5751/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5751/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Cəfərli Nilufər Arif qızı İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, «X1 TİC.LTD»ŞTİ-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, «X1 TİC.LTD»ŞTİ-yə qarşı "xxxx" ASCyə məxsus limanda “Bedirmah Ana” yük (barja) gəmisinin 01 yanvar 2011-ci il tarixdən 29 iyun 2021-ci il tarixədək dayanmasına görə hər günü üçün 500 (beş yüz) ABŞ dolları hesabı ilə yaranmış borcunun cavabdehlər “X2 TİC.LTD” ŞTİ-dən və Cavabdeh1 müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi və borc üzrə tutmanın “Bedirmah Ana” gəmisinə (01 yanvar 1973-cü il istehsalı tarixi, BDT (İMO) nömrəsi: 7324948, qeydiyyat limanı və nömrəsi: Bakı – BR 017, çağırış siqnalı: 4JNQ tutumu, 545 t. BRT (tam), 164 t. NRT (xalis), yükgötürmə qabiliyyəti:277,6 t., uzunluğu:63 m., eni 14 m.)yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5592/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadından görünür ki, hazırki iddia tələbi ilə iddiaçı Bakı Hövsan Beynəlxalq Dəniz Limanı» ASC məhkəməyə müraciət etmiş və mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, hazırki iddia tələbi ilə yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Kommersiya Məhkəməsinin icraatında iş oduğundan hazırkı iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, «X1 TİC.LTD»ŞTİ-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar