Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5781/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Nizami oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «Yelo Bank” ASC-nin Cavabdeh qarşı "xxxx" tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə Cavabdeh arasında bağlanmış 2 dekabr 2019-cu il tarixli, 6-ZB-1-1-263-14 nömrəli və 26 noyabr 2019-cu il tarixli, 1-Y-4-0-472-15 nömrəli kredit müqavilələri ləğv edilməsi, Cavabdeh 02 dekabr 2019-cu il tarixli, 6-ZB-1-1-263-14 nömrəli kredit müqaviləsi üzrə 433,17 (dörd yüz otuz üç manat, on yeddi qəpik) manat əsas borc, 4 (dörd) manat faiz borcu, 3,74 (üç manat, yetmiş dörd qəpik) cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 93.40 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 534,31 (beş yüz otuz dörd manat, otuz bir) manat borc və 26 noyabr 2019-cu il tarixli, 1-Y-4-0-472-15 nömrəli kredit müqaviləsi üzrə 7495,05 (yeddi min dörd yüz doxsan beş manat, beş qəpik) manat əsas borc, 113,68 (bir yüz on üç manat, altmış səkkiz qəpik) manat faiz borcu, 69,54 (altmış doqquz manat, əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 7678,27 (yeddi min altı yüz yetmiş səkkiz manat, iyirmi yeddi qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 06 fevral 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx"' İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. 02 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 02 dekabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 433,17 manat olmaqla kreditin müddəti 02 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh 25 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl" İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. 26 noyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 7495,05 manat olmaqla kreditin müddəti 26 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il mayın 31-dək Cavabdeh banka 02 dekabr 2019-cu il tarixli 6- ZB-1 -1 -263-14 N°-li kredit müqaviləsi üzrə 433,17 manat əsas borc, 4 manat faiz borcu və 3,74 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 93,40 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 534,31 manat borcu və 26 noyabr 2019-cu il tarixli l-Y-4-0-472-15 JVb-li kredit müqaviləsi üzrə 7495,05 manat əsas borc, 113,68 manat faiz borcu və 69,54 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7678,27 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 02 dekabr 2019-cu və 26 noyabr 2019-cu il tarixli kredit müqavilələri qüvvədə olduğu müddətdə və kredit müqavilələrinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxı və yeri barədə xəbərda edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2014-cü il tarixli, 6-ZB-1-1-263-14 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 20% olmaqla 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit vermişdir. -02.12.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən görünür ki, 02.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 433,17 manat olmaqla kreditin müddəti 02 dekabr 2024-cü il tarixədək uzadılmışdır. - 06 fevral 2014-cü il tarixli, 6-ZB-1-1-263-14 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan 02.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 9.21 manat müəyyən edilmişdir. - 06 fevral 2014-cü il tarixli, 6-ZB-1-1-263-14 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 185.82 manat müəyyən edilmişdir. - 06.02.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 5000 (beş min) manat pul vəsaitini təhvil almışdır. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2015-ci il tarixli, 1-Y-4-0-472- 15 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 28% olmaqla 12 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit vermişdir. -26.11.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən görünür ki, 26.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 7495,05 manat olmaqla kreditin müddəti 26 noyabr 2024-cü il tarixədək uzadılmışdır. - 25 iyun 2015-ci il tarixli, 1-Y-4-0-472-15 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan 26.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 26.12.2020-ci il tarixədək 6.25 manat, 26.12.2020-ci il tarixədən etibarən 159.36 manat müəyyən edilmişdir. - 25.06.2015-ci il tarixli kassa məxaric örderindən görünür ki, Cavabdeh 1-147571-26 nömrəli plastik kartı təhvil almışdır. - 17.05.2021-ci il tarixli, KBD-8264 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 06.02.2014-cü il tarxli kredit müqaviləsi üzrə borcu məbləğini ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 04.05.2021-ci il tarixli, KBD-7346 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 22.02.2019-cu il tarxli kredit müqaviləsi üzrə borcu məbləğini ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 31.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 dekabr 2019cu il tarixli kredit müqaviləsi üzrə 433,17 (dörd yüz otuz üç manat, on yeddi qəpik) manat əsas borc, 4 (dörd) manat faiz borcu, 3.74 (üç manat, yetmiş dörd qəpik) manat cərimə, əldən çıxmış fayda 93.4 (doxsan üç manat, qırx qəpik) manat olmaqla, cəmi 534.31 (beş yüz otuz dörd manat, otuz bir qəpik) manat borc vardır. - 31.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26 noyabr 2019cu il tarixli kredit müqaviləsi üzrə 7495,05 (yeddi min dörd yüz doxsan beş manat, beş qəpik) manat əsas borc, 113,68 (bir yüz on üç manat, altmış səkkiz qəpik) manat faiz borcu, 69,54 (altmış doqquz manat, əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi cəmi 7678,27 (yeddi min altı yüz yetmiş səkkiz manat, iyirmi yeddi qəpik) manat borc vardır. - İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, 30.40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərilərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununlada kreditor müqavilələrinin bağlanılması zamanı nəzərdə tutulmuş ümüt etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Belə olan hala iddiaçı tərəf 04.05.2021-ci il və 17.05.2021-ci il tarixli bildirişlər göndərərək cavabdehdən müqavilə üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə müqavilənin ləğv edilməsi və öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdeh təqdim edildiyi tarixdən bir aydan artıq müddət ötməsinə baxmayaraq cavabdeh X1 tərəfindən hər hansı bir cavab verilməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh 02 dekabr 2019-cu il tarixli, 6-ZB-1- 1-263-14 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 93.40 manat məbləğində əldən çıxmış fayda hissəsində münaibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş 02.12.2019-cu il tarixli müqavilədəndə görünür ki, sözügedən müqavilə 5 il müddətinə 02.12.2024-cü il tarixədək bağlandığından yəni müqavilə üzrə öhdəliyin icrası müddəti başa çatmadığından, qanunvericiliyin tələbə görə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faiz ilə hesablanmış 93.40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissə əsaslı olmadığından təmin edilə bilməz. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq cavadeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra etməməşdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X6 ilə Cavabdeh arasında bağlanmış 2 dekabr 2019-cu il tarixli, 6-ZB-1-1-263-14 nömrəli və 26 noyabr 2019-cu il tarixli, 1-Y-4-0-472-15 nömrəli kredit müqavilələri ləğv edilməli, Cavabdeh 02 dekabr 2019-cu il tarixli, 6-ZB-1-1-263-14 nömrəli kredit müqaviləsi üzrə 433,17 (dörd yüz otuz üç manat, on yeddi qəpik) manat əsas borc, 4 (dörd) manat faiz borcu, 3,74 (üç manat, yetmiş dörd qəpik) cərimə borcu olmaqla, cəmi 440.91 (dört yüz qırxmanat, doxsan bir qəpik) manat borc və 26 noyabr 2019-cu il tarixli, 1-Y-4-0-472-15 nömrəli kredit müqaviləsi üzrə 7495,05 (yeddi min dörd yüz doxsan beş manat, beş qəpik) manat əsas borc, 113,68 (bir yüz on üç manat, altmış səkkiz qəpik) manat faiz borcu, 69,54 (altmış doqquz manat, əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 7678,27 (yeddi min altı yüz yetmiş səkkiz manat, iyirmi yeddi qəpik) manat olmaqla hər iki müqavilə üzrə cəmi 8119.18 (səkkiz min bir yüz on doqquz manat, on səkkiz qəpik) pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. X6 ilə Cavabdeh arasında bağlanmış 2 dekabr 2019-cu il tarixli, 6-ZB-1-1-263-14 nömrəli və 26 noyabr 2019-cu il tarixli, 1-Y-4-0-472-15 nömrəli kredit müqavilələri ləğv edilsin. Cavabdeh 02 dekabr 2019-cu il tarixli, 6-ZB-1-1-263-14 nömrəli kredit müqaviləsi üzrə 433,17 (dörd yüz otuz üç manat, on yeddi qəpik) manat əsas borc, 4 (dörd) manat faiz borcu, 3,74 (üç manat, yetmiş dörd qəpik) cərimə borcu olmaqla, cəmi 440.91 (dört yüz qırxmanat, doxsan bir qəpik) manat borc və 26 noyabr 2019-cu il tarixli, 1-Y-4-0-472-15 nömrəli kredit müqaviləsi üzrə 7495,05 (yeddi min dörd yüz doxsan beş manat, beş qəpik) manat əsas borc, 113,68 (bir yüz on üç manat, altmış səkkiz qəpik) manat faiz borcu, 69,54 (altmış doqquz manat, əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 7678,27 (yeddi min altı yüz yetmiş səkkiz manat, iyirmi yeddi qəpik) manat olmaqla hər iki müqavilə üzrə cəmi 8119.18 (səkkiz min bir yüz on doqquz manat, on səkkiz qəpik) pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5781/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5781/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver