Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5789/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3, X2 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı Unibank KB ASC-nin xeyrinə arasında 02.10.2018-ci il tarixli, 33Y/18 sayl ıəsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: 03.10.2018-ci il tarixli, 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 10 063.99 manat, faiz borcu üzrə 1758.40 manat, cəmi 11 822.39 manat, 16.11.2018-ci il tarixli, 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 16 161.20 manat, faiz borcu üzrə 3191.11 manat, cəmi 19352.31 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, prospekti, 231, M3, mənzil 4) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03.10.2018-ci il tarixli, 33Y/18-1 saylı əlavə kredit müqaviləsi üzrə 11 822.39 manat, 16.11.2018-ci il tarixli, 33Y/18-2 saylı əlavə kredit müqaviləsi üzrə 19352.31 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin(yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, prospekti, 231, M3, mənzil 4) ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbasi, Nazim İsmayılov prospekti, 231, M3, mənzil 4) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında 02.10.2018-ci il tarixli, 33Y/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03.10.2018-ci il tarixli, 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 03.10.2020-ci il tarixədək, illik 22% ödəmək şərtilə 30 000,00 AZN məbləğində, 16.11.2018-ci il tarixli, 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 16.11.2020-ci il tarixədək, illik 22% ödəmək şərtilə 40 000,00 AZN məbləğində kredit verilmişdir. 03.10.2018-ci ci il tarixli, 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 07.05.2020-ci il tarixli Sazişə əsasən, müqavilənin 1.3-cü bəndində qeyd olunan illik faiz dərəcəsi 20% müəyyən edilmiş və müqaviləyə digər dəyişikliklər nəzərdə tutulmuşdur.16.11.2018-ci ci il tarixli, 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 07.05.2020-ci il tarixli Sazişə əsasən, müqavilənin 1.3-cü bəndində qeyd olunan illik faiz dərəcəsi 20% müəyyən edilmiş və müqaviləyə digər dəyişikliklər nəzərdə tutulmuşdur. 02.10.2018-ci ci il tarixli, 33Y/18 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış 02.10.2018-ci il tarixli, 33Yİ/18 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 231, M3, mənzil 4) "xxxx" Kommersiya Bankı ASCyə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “Unibank" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 03.10.2018-ci il tarixli 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 10 063,99 AZN, faiz borcu üzrə 1 758,40 AZN, cəmi 11 822,39 AZN, 16.11.2018-ci il tarixli, 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 16 161,20 AZN, faiz borcu üzrə 3 191,11 AZN, cəmi 19 352,31 AZN təşkil edir. 02.10.2018-ci ci il tarixli 33Yİ/18 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 14 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 231, M3, mənzil 4) 02.10.2018-ci ci il tarixli, 33Y/18 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 150 000,00 (bir yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən mənzildən cavabdehin və onun ailə üzvlərinin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaq. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə müştərək qaydada borclu və zamindən iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlak boşaldılmalı, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məlikəmə xərcləri ödənilməlidir. Sonradan iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək icraatda iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinin ipoteka predmetinə yönəldilməsinə" dair iddia tələbi üzrə 2(008)-5789/2021 mülki iş vardır. Mülki iş məhkəmənin icraatında olarkən borclu tərəfindən kredit müqaviləsi üzrə müəyyən sazişlər həyata keçirilmişdir. Borclu Cavabdeh1 02.09.2021-ci il tarixli maliyyə arayışlarına əsasən Unibank KB ASC-yə borcu 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə görə əsas məbləğ üzrə borc 8990,39 AZN. 16.11.2018-ci il tarixli 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borc 16 161,20AZN, faiz üzrə borc 960,51 AZN, cəmi borc 17 121,71 AZN-dir. Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə arasında 02.10.2018-ci il tarixli 33Y/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: 03.10.2018-ci il tarixli 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 8 990,39 AZN, 16.11.2018-ci il tarixli 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 16 161,20AZN, faiz borcu üzrə 960,51 AZN, cəmi 17 121,71 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə rjtmamn yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi Ödənilmiş 40 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində ünvan 3 ünvanında yerləşən 14 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Nazim İsmayılov prospekti. 231, M3. mənzil 4) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 3.10.2018-ci il tarixli, 33Y 18-1 saylı əlavə kredit müqaviləsi üzrə 8 990.39 AZN. 16.11.2018-ci il tarixli 33Y/18-2 saylı əlavə kredit müqaviləsi üzrə 17 121,71 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 231, M3, mənzil 4) ilkin satış qiymətinin 150 000,00 (bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 231, M3, mənzil 4) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.10.2018-ci il tarixli, 33Y/18 saylı əsas kredit müqaviləsinə əsasən bank borcalana illik 28% olmaqla 60 ay müddətinə 1.000.000 (bir milyon) manat məbləğində bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanamla kredit verir. - 03.10.2018-ci il tarixli 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə əsasən bank borcalana illik 22 faiz ödəmək şərti ilə 03.10.2020-ci il tarixədək 30.000 (otuz min) manat məbləğində kredit verir. - 03.10.2018-ci il tarixli, 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 07 may 2020-ci il tarixli sazişə əsasən 2 (iki) faiz azaldılaraq illik 20 (iyirmi) faiz müəyyən edilir. 2020-ci ilin aprel, may və iyun ayları üzrə ödənişlərlə tam güzəşt olunur, borcalan heç bir ödəniş etmir. 2020-ci ilin iyul, avqust və sentyabr aylarında isə borcalan tərəfindən yalnız, illik faiz üzrə hesablanmış ödənişlər həyata keçirilir. - 16.11.2018-ci il tarixli, 33Y/18-2 nömrəli əlavə kredit müqaviləsinə əsasən bank borcalana illik 22 faiz ödəmək şərti ilə 16.11.2020-ci il tarixədək 40.000 (qırx min) manat məbləğində kredit verir. - 16.11.2018-ci il tarixli, 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 07.05.2020-ci il tarixli sazişdən görünür ki, 2 (iki) faiz azaldılaraq illik 20 (iyirmi) faiz müəyyən edilir. 2020-ci ilin mart, aprel, may və iyun ayları üzrə ödənişlərlə tam güzəşt olunur, borcalan heç bir ödəniş etmir. 2020-ci ilin iyul, avqust və sentyabr aylarında isə borcalan tərəfindən yalnız, illik faiz üzrə hesablanmış ödənişlər həyata keçirilir. Kredit müqaviləsinin əlavənin 1.1-ci bəndinə əsasən borc alan müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqaviləsinə əlavənin1.3-cü bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Həmin müqaviləsinə əlavənin 1.6-cı bəndinə görə kredit üzrə öhdəliklər icra edilmədikdə Borc alan dəbbə pulu və Kreditora dəymiş zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.10.2018-ci il tarixli, 33Yİ/18 saylı ipoteka müqaviləsinə əsasən tərəflər Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 14, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 231, M3, 4 saylı mənzil ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 150 000 (yüz əlli min) manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 5.1 -ci bəndinə əsasən xəbərdarlıq bildirişi Borc alana təqdim edildikdən sonra və İpoteka qoyana yazılı şəkildə-bildiriş təqdim etməklə bildirir. Bu bildiriş Borc alana və İpoteka qoyana yazılı şəkildtəqdim edildikdən sonra 30 gün ərzində Borc alan İpoteka saxlayan qarşısındakı öz öhdəliklərini tam həcmdə yerinə yetirmədikdə və İpoteka saxlayanla notarial qaydasında bağlanmış sazişə əsasən razılaşdırılmış qiymət ilə İpoteka predmeti bazarda satılmadıqda, tutma notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin müqavilənin 5.2-ci madddəsinə əsasən müqavilənin 5.1-ci bəndində nəzərdə tutulan, müvafiq əsaslar mövcud olduqda, İpoteka saxlayanın birbaşa məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 69, məznil 14 ünavnındakı daşınmaz əmlak Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X6 daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 14, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 231, M3, 4 saylı mənzil "xxxx" KB ASC xeyrinə yüklü edilmişdir. - 02 sentyabr 2021-ci il tarixli arayışa əsasən Cavabdeh1 33Y/18-1 saylı kredit müqaviləsi üzrə əsas borcu 8990.39 (səkkiz min doqquz yüz doxsan manat, otuz doqquz qəpik) manat təşkil edir. - 02 sentyabr 2021-ci il tarixli arayışa əsasən Cavabdeh1 33Y/18-2 saylı kredit müqaviləsi üzrə 16161.2 (on altı min bir yüz almış bir manat, iyirmi qəpik) manat əsas borc, 960.51 (doqquz yüz altmış manat, əlli bir qəpik) manat faiz borcu olmaqla, cəmi 17121.71 (on yedd min bir yüz iyirmi bir manat, yetmiş bir qəpik) manat təşkil edir. - 33Y/18-1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 1557 manat müəyən edilir. - 33Y/18-1 saylı kredit müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 6 aylıq güəşt müddəti müəyyənləşdirilmişdir. - 33Y/18-2 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 2076 manat müəyən edilir. - 33Y/18-2 saylı kredit müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 6 aylıq güəşt müddəti müəyyənləşdirilmişdir. - 18.05.2021-ci il tarixli cavabdeh X7 üvanlanmış pretenziya məktubuna əsasən kredit müqavilələri üzrə yaranmış borcu məbləğinin 5 gün təqvim günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - 02.06.2021-ci il tarixli Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti olan və onun mülkiyyətində olan ünvan 1, mənzil 14, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 231, M3, 4 saylı mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə məlumatlandırmışdır. - 10.06.2021-ci il tarixli ərizəyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 14, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 231, M3, 4 saylı mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmışdır. Elektron Notariat Avtomatlaşdırılmış İnfarmasiya sistemindən çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 ünvan 4 ünvanında rəsmi qeydiyyatdadılar. Cavabdeh5 01.10.20218-ci il tarixli ərizəsinə əsasən o, ünvan 4 ünvanında yeləşən evin ipoteka qoyulmasına etiraz etmir və gələcəkdə həmin evə tutma yönəldiyi və satıldığızaman evi tərk etməyi öhdəsinə götürür. X3 29.09.20218-ci il tarixli ərizəsinə əsasən o, ünvan 4 ünvanında yeləşən evin ipoteka qoyulmasına etiraz etmir və gələcəkdə həmin evə tutma yönəldiyi və satıldığızaman evi tərk etməyi öhdəsinə götürür. Cavabdeh1 29.09.20218-ci il tarixli ərizəsinə əsasən o, ünvan 4 ünvanında yeləşən evin ipoteka qoyulmasına etiraz etmir və gələcəkdə həmin evə tutma yönəldiyi və satıldığızaman evi tərk etməyi öhdəsinə götürür. Cavabdeh3 29.09.20218-ci il tarixli ərizəsinə əsasən o, ünvan 4 ünvanında yeləşən evin ipoteka qoyulmasına etiraz etmir və gələcəkdə həmin evə tutma yönəldiyi və satıldığızaman evi tərk etməyi öhdəsinə götürür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 oktyabr 2021-ci il tarixli 22 nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 69 saylı evin 14 saylı mənzilinin bazar dəyəri 180.000 (bir yüz səksən min) manat, likvid dəyəri 170000 (bir yüz yetmiş min) manat məbləğində müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir; İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" KB ASC ilə bağladığı 02.10.2018-ci il tarixli 33Y/18 nömrəli əsas kredit müqaviləsinə əsasən 60 (almış) ay müddətinə 1.000000 (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Əsas kredit müqaviləsi Cavabdeh1 “"xxxx" KB ASC ilə bağladığı 03.10.2018-cı il tarixli 33Y/18-1 nömrəli əlavə kredit müqaviləsi əsasında 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 22% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində və 16.11.2018-ci il tarixli 33Y/18-2 saylı əlavə kredit müqaviləsi əsasında 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 22% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırxmin) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Cavabdeh1 02.10.2018-ci il tarixli 33Y/18 nömrəli əsas kredit müqaviləsinə əsasən banka 03.10.2018-ci il tarixli 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 8990.39 (səkkiz min doqquz yüz doxsan manat, otuz doqquz qəpik) manat, 16.11.2018-ci il tarixli 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 16161,20 (on altı min bir yüz altmış bir manat, iyirmi qəpik) manat, faiz borcu üzrə 960.51 (doqquz yüz altmış manat, əlli bir qəpik) manat, cəmi 17121.71 (on yeddi min bir yüz iyirmi bir manat, yetmiş bir qəpik) manat olmaqla, hər iki müqavilə üzrə cəmi 26112.1 (iyirmi altı min bir yüz on iki manat, on qəpik) manat məbləğində borcu yarnamışdır. İddiaçı tərəfindən Cavabdeh1 18.05.2021-ci il tarixdə xəbərdarlıq göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğlərinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə qaydasında qeyd edilən kredit borcunun tam ödənilməsinin tələb ediləcəyi borclunun nəzərinə çatdırılmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairələrinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu və hesablanmış faizlər hissəsində təmin edilməli, Cavabdeh1 tutlaraq 02.10.2018-ci il tarixli 33Y/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03.10.2018-ci il tarixli 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 8990.39 (səkkiz min doqquz yüz doxsan manat, otuz doqquz qəpik) manat, 16.11.2018-ci il tarixli 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 16161,20 (on altı min bir yüz altmış bir manat, iyirmi qəpik) manat, faiz borcu üzrə 960.51 (doqquz yüz altmış manat, əlli bir qəpik) manat, cəmi 17121.71 (on yeddi min bir yüz iyirmi bir manat, yetmiş bir qəpik) manat olmaqla, hər iki müqavilə üzrə cəmi 26112.1 (iyirmi altı min bir yüz on iki manat, on qəpik) manat borc pul iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh1 oğlu və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 02.10.2018-cı il tarixli 33Yİ/18 nömrəli ipoteka müqaviləsindən görünür ki, 02.10.2018-ci il tarixli 33Y/18 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 5 ünvanında yeləşən evi iddiaçı "xxxx" KB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlakın dəyəri 150000 (bir yüz əlli min) manata qiymətləndirilmişdir. Habelə, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.10.2018-cı il tarixli 33Yİ/18 nömrəli ipoteka müqaviləsindən görünür ki, 02.10.2018-ci il tarixli 33Y/18 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ünvan 4 ünvanında yeləşən evi iddiaçı "xxxx" KB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan ünvan 6 ünvanında yeləşən mənzilə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 oktyabr 2021-ci il tarixli 22 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, ünvan 6 ünvanında yeləşən mənzilin ilkin satış qiyməti 170.000 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat xidmət haqqı Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh1 ekpert rəyi üzrə 200 (iki yüz ) manat ekspert xərci tutularaq "xxxx" MMC Ekspertiza Mərkəzinin VÖEN ********** Kapital Bank ASC-də olan AZ37NABZ******************** hesabına ödənilməlidir. Bundan əlavə ünvan 6 ünvanında yeləşən mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 tərəfindən boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 02.10.2018-ci il tarixli 33Y/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03.10.2018-ci il tarixli 33Y/18-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 8990.39 (səkkiz min doqquz yüz doxsan manat, otuz doqquz qəpik) manat, 16.11.2018-ci il tarixli 33Y/18-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 16161,20 (on altı min bir yüz altmış bir manat, iyirmi qəpik) manat, faiz borcu üzrə 960.51 (doqquz yüz altmış manat, əlli bir qəpik) manat, cəmi 17121.71 (on yeddi min bir yüz iyirmi bir manat, yetmiş bir qəpik) manat olmaqla, hər iki müqavilə üzrə cəmi 26112.1 (iyirmi altı min bir yüz on iki manat, on qəpik) manat borc pul və 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 40 (qırx) manat xidmət haqqı iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 ekpert rəyi üzrə 200 (iki yüz ) manat ekspert xərci tutularaq "xxxx" MMC Ekspertiza Mərkəzinin VÖEN **********, Kapital Bank ASC-də olan AZ37NABZ******************** hesabına ödənilsin. Cavabdeh1 tutulmalı olan məbləğ-26112.1 (iyirmi altı min bir yüz on iki manat, on qəpik) manat borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 231, M3, mənzil 4) yönəldilsin. Həmin mənzil açıq hərrac yolu ilə realizə edilsin. Həmin mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 verilsin. İpoteka predmeti olan olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 231, M3, mənzil 4) ilkin satış qiyməti 170.000 (bir yüz yetmiş min) manat məbləğində müəyyən olunsun. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbasi, Nazim İsmayılov prospekti, 231, M3, mənzil 4) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 çıxarılmaqla yaşayış sahəsinin boşaldılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5789/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5789/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver