Məhkəmə qərarları › İş №2(008)-5800/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5800/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5800/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı “xxxxxxxxxxx” MMC-nin Borclu qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor “xxxxxxxxxxx” MMC Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək borcludan “xxxxxxxxxxx” MMC-nin xeyrinə 624 manat əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 644 manat mələğində pulun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxx” MMC ilə əşyanın alqı-satqısına dair Borclu arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya kreditlə əşya verilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, EHK5708451 saylı borc müqaviləsində alıcı qrafasında qeyd olunmuş imza ilə borcluya məxsus AZE seriaylı ******** saylı şəxsiyyət vəsiqəsində qeyd olunmuş imzalar bənzərlik təşkil etmədiyindən borc müqaviləsinin Borclu tərəfindən imzalanamsı şübhə doğurur. Təqdim olunmuş sənədlərdə tələb tam təsdiq olunmur. Belə olan halda ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə yaranır. Azərbaycan Respublikası MPM-nin 278.2.5-ci maddəsində göstərilir ki, məhkəmə əmri verilməsi haqqında ərizəyə tələbin əsaslılığını təsdiq edən sənədlər əlavə edilməlidir. Həmin Məcəllənin 279.2.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmə əmrinin verilməsi üçün ərizəyə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə görə ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 279cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: “xxxxxxxxxxx” MMC-nin Borclu barəsində məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər “xxxxxxx” LTD MMC-yə qaytarılsın. “xxxxxxxxxxx” MMC-yə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar