Məhkəmə qərarları › İş №2(008)-5808/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5808/2021

03.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5808/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X18 Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aliment məbləğinin artırılaraq 2021-ci il üçün qanunla müəyyən olunmuş qaydada hər ay 175 manat tutularaq 05.08.2008-ci il təvəllüdlü X1 barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Əzizov X11 Rayon Məhkəməsinin 2(008)-4551/2013 saylı qətnaməsinə ilə nikahı pozulmuş və 05.08.2008-ci il təvəllüdlü X5 08.07.2013-ci ildən başlayaraq saxlanılması üçün hər ay 93 manat aliment tutulması ilə bağlı qətnamə qət edilmişdir. Hal-hazırda maddi durumu çətin vəziyyətdədir, uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Hazırki aliment məbləği uşağın məsrəflərinin yarısını belə ödəmir, özü işsizdir, dolanışığı çətin durumdadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək etiraz ərizəsi təqdim edərək bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4551/2013 saylı, 08 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə nikahı pozulmuş, rəsmi nikahlarından doğulmuş 08.07.2008-ci il təvəllüdlü oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat alimentin ödənilməsi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08.07.2008-ci il təvəllüdlü oğlu X2 üçün Cavabdeh tutulan 93 manat aliment məbləğinin dəyişdirilərək, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, İddiaçı ilə boşandıqdan sonra mütəmadi olaraq aliment öhdəliyini icra edir. O, 08.07.2013-cü il tarixdən 08.08.2021-tarixədək İddiaçı hesabına “Unibank” vasitəsi ilə plastik kartla faktiki olaraq 12 974 manat məbləğində aliment ödəmişdir. Həmin ödənişlərlə əlaqədar qəbzləri məhkəməyə təqdim edir. 08.07.2013-cü il tarixdən 08.08.2021- tarixədək hər ay 93 manat olmaqla ödəniləcək aliment məbləği 9021 manat təşkil edir. Boşanan zaman atasının ona aldığı evi uşağına görə İddiaçı əşyaları ilə birlikdə verib evdən çıxmışdır. 2006-cı ildə həmin evi qiyməti 13 600 manat olmuşdur. İddiaçı atası cehizin əvəzi kimi 3000 manat vermişdir. İddiaçı ayrıldıqdan sonra o, 16 noyabr 2013-cü il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuşdur. X4 ilə rəsmi nikahlarından 3 övladı - 02.02.2014-cü il təvəllüdlü X16, 21.03.2016-cı il təvəllüdlü X20, 08.08.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. O, 21.04.2021 -ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Dövlət X15 texniki nəzarətin təşkili sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Ştat cədvəlinə görə aylıq əmək haqqı 510 manat təşkil edir. Lakin əmək haqqı kartına 420 manat köçürülür. İddiaçının tələb etdiyi 175 manat məbləğində alimentin miqdarı məhkəmə tərəfindən təmin edilərsə, bu onun ailəsinin maddi vəziyyətinə kəskin şəkildə pis təsir edə bilər. Alimentin məbləği elə bir həddə olmalıdır ki, onun ödəməyə faktiki maddi imkanı olsun. Təyin olunan aliment məbləği elə müəyyən edilməlidir ki, o bir tərəfi digər tərəfə nisbətdə daha da əlverişsiz vəziyyətlərə gətirib çıxarmasın. Çünki təyin olunacaq 175 manat məbləğində olan alimenti vaxtında ödəyə bilməməyi iddiaçı ilə onun arasında ixtilaflara səbəb ola bilər. O, müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəyir. Uşaqlarının maddi və mənəvi təminatının ödənilməsində hərtərəfli iştirak edir, onunla tez-tez görüşür, zəruri ehtiyaclarını ödəyir. Mən hal-hazırda 100 manat həddində aliment ödəməyə hazırdır. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən onun ailəli olmağını, 3 uşağının olmasını nəzərə almaqla 100 manat məbləğində aliment ödənilməsini müəyyən edə bilər. Onlar valideyn kimi hər ikisi uşaqların saxlanılmasına eyni məsuliyyət daşıyırlar. 2021-ci il üçün uşaqlara görə müəyyən edilmiş 175 manat məbləğində pul uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq, bərabər şəkildə onlar arasında bölünə bilər. İddiaçı alimentin məbləğinin dəyişdirilərək, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia tələbini rədd edərək, iddianı qismən, yəni 100 manat məbləğin alimentin tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatı dinləyib, cavabdehin etiraz ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4551/2013 saylı, 08 iyul 2013-cü il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X17 arasında Cəlilabad RİHnin Götəpə SƏD-İ üzrə nümayəndəliyində 10 noyabr 2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21№ ilə qeyd edilmiş nikahın pozulması, 05.08.2008-ci il təvəllüdlü X12 cavabdeh Əzizova Aysel Vüqar qızının yanında saxlanılması, Cavabdeh 08.07.2013-cü il tarixdən başlayaraq 05.08.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 93 (doxsan üç) manat aliment tutularaq X10 verilməsi qət edilmişdir. -Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ 206215 nömrəli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X17 arasında nikahın pozulması 31 avqust 2013-cü il tarixdə, 288 nömrəsi ilə akt qeydlər kitabında qeyd edilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Qeydiiyat Şöbəsinin AZ-İİİ seriyalı, 885935 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 05.08.2008-ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Abşeron X24 Mərkəzi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli, 01/100 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Abşeron Dövlət X15 texniki nəzarətin təşkili sektorunun baş məsləhətçisi vəzifəsində işləyir və aylıq vəzifə maaşı 510 manat təşkil edir. -2 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 16 noyabr 2013-cü il tarixdə, 900 nömrəsi ilə nikah akt qeydi edilmişdir. -4 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 02.02.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdehdur. -Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 126144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21.03.2016-cı il tarixdə X20 doğulmuşdur. Atası Cavabdehdur. -Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-T seriyalı, 126143 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08.08.2018-ci il tarixdə X20 doğulmuşdur. Atası Cavabdehdur. - İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, vaxtaşırı olaraq Cavabdeh tərəfindən X9 hesabına ödənişlər edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.-76.1.3-cü maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.-76.1.1-cü maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə—qazancın (başqa gəlirlərin) dörtdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehdən hər ay tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını və cavabdehin daimi iş yerinin olmasını, o cümlədən cavabdehin himayəsində 4 uşağının olması və qanunvericiliyin tələbiətinə görə 3 və daha çox uşağa görə aliment cavabdehin qazancının və digər gəlirlərinin yarısı miqdarında tutulduğunu əsas tutaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, Cavabdeh 05.08.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay aylıq qazancının və başqa gəlirlərinin yarısının dörddə bir hissəsində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edildiyindən və mükli işin matriallarına əlavə edilmiş cavabdehin hər ay qazancına dair arayışından məlum olur ki, cavabdehdən tutulacaq olan aliment məbləği 175 manatdan az olduğundan ( 510 manat yarısı 255:4=63.75) uşaq üçün nəzərdə tutulmuş minimum məbləğə yağın məbləğin təmin olunması məqsədi ilə cavabdehdən əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanaraq alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 05.08.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin yarısının dörtdə bir hissəsi məbləğində aliment və 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar