Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5825/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı iddia verərək cavabdeh tərəfindən "Azəriqaz" İB-yə dəymiş 642 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 672,10 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 12:30-da sürücü Cavabdeh ünvan 1 ünvanında idarə etdiyi “Ford Transit” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi (qəza) nəticəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində L=12 p/m uzunluğunda 20 mm diametrlik aşağı təzyiqli yerüstü qaz xətti zədələnərək deformasiyaya uğramaqla qaynaq yerindən qırılmış və qaz xətti üzərində quraşdırılmış olan 01 (bir) ədəd smart kart tipli G4 markalı (1702AZ**********39) qaz sayğacı istismara yararsız vəziyyətə düşmüşdür. Qəza hadisəsi zamanı təxminən 15 dəqiqə müddət ərzində təbii qaz havaya axmışdır. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD əməkdaşı tərəfindən X3 Xidmətinə və həmçinin DİN-in 102 xidmətinə məlumat verilmiş, Xəzər Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən qaz xəttinin zədələnməsi haqqında akt tərtib edilmişdir. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 642,10 manat məbləğində (0,78 manat itirilmiş qazın dəyəri və 641,32 manat təmirbərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə yol hərəkəti qaydalarını pozmaqla törətmiş olduğu yol nəqliyyat hadisəsi ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD rəisi tərəfindən də əlavə olaraq Bakı şəhəri Xəzər RPİ-yə məktublar göndərilmiş, cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı İByə dəymiş maddi zərərlə bağlı geniş məlumat verilmişdir. Verilmiş məlumatlarla bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, sürücü Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə onun İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixində də inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tədbiq edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmyəcəyəni və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 238.1ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə,iş materiallarını təhqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). xx.xx.2022-ci il tarixində saat 12:30-da sürücü Cavabdeh ünvan 1 ünvanında idarə etdiyi “Ford Transit” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi (qəza) nəticəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində L=12 p/m uzunluğunda 20 mm diametrlik aşağı təzyiqli yerüstü qaz xətti zədələnərək deformasiyaya uğramaqla qaynaq yerindən qırılmış və qaz xətti üzərində quraşdırılmış olan 01 (bir) ədəd smart kart tipli G4 markalı (1702AZ**********39) qaz sayğacı istismara yararsız vəziyyətə düşmüşdür. Qəza hadisəsi zamanı təxminən 15 dəqiqə müddət ərzində təbii qaz havaya axmışdır. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD əməkdaşı tərəfindən X3 Xidmətinə və həmçinin DİN-in 102 xidmətinə məlumat verilmiş, Xəzər Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən qaz xəttinin zədələnməsi haqqında akt tərtib edilmişdir. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 642,10 manat məbləğində (0,78 manat itirilmiş qazın dəyəri və 641,32 manat təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə yol hərəkəti qaydalarını pozmaqla törətmiş olduğu yol nəqliyyat hadisəsi ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD rəisi tərəfindən də əlavə olaraq Bakı şəhəri Xəzər RPİ-yə məktublar göndərilmiş, cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə dəymiş maddi zərərlə bağlı geniş məlumat verilmişdir. Verilmiş məlumatlarla bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, sürücü Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə onun İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixində də inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tədbiq edilmişdir. Hazırda iddiaçı 642 manat məbləğində zərərin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.3-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. 241.4-ci maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Sali oğlundan "Azəriqaz" İB-yə dəymiş 642 manat məbləğində zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 672,10 manat məbləğində pul məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakışəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5825/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-5825/2023
30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver