Məhkəmə qərarları › İş №2(008)-5826/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5826/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5826/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 370,87 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 400,87 manat məbləğində pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 15:00da Cavabdeh Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ünvanında vətəndaş X2 məxsus olan və sonuncunun ailə üzvü X3 əldə etdiyi etibarnamə əsasında idarə etdiyi SCANİA markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD” adlandırılacaq) balans və istismarında olan qaz xətti borusuna və qaz xətti üzərində quraşdırılmış olan qaz sayğacına zərər vuraraq onların normal istismar vəziyyətini pozmuşdur. Belə ki, Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində, SOCAR İddiaçı İB-nın BRQİD balans və istismarında olan 32 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xəttinin L=20 p/metr hissəsi zədələnmiş və həmin qaz xəttinin üzərində quraşdırılmış olan STS **********082 nömrəli qaz sayğacı yararsız hala düşmüşdür. Yol nəqliyyat hadisəsi zamanı 15 dəqiqə müddət ərzində də təbii qaz havaya axmışdır. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD Sabunçu Texniki-istismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı dayandırılmış, hadisə barədə İddiaçı İB-nın Qəza-Bərpa Xidmətinə və həmçinin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verilmiş, faktla bağlı İddiaçı İB əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində akt tərtib edilmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, təqsirkar sürücü Cavabdeh izahatı alınmış, Cavabdeh RPİ-də vermiş olduğu yazılı izahatında faktı etiraf edərək “manevr zamanı qaz xəttini və qaz sayğacını zədələdiyini bildirmişdir”. xx.xx.2022ci il tarixdə Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və sürücü barəsində toplanmış materialların surəti İddiaçı İB-nın Bakı Regional Qaz istismarı Departamentinə göndərilmişdir. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 370,87 manat məbləğində (0,54 manat itirilmiş qazın dəyəri və 370,33 manat təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş maddi zərər ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, dəymiş ziyanın sığortadan tələb edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu ərazisində xx.xx.2022-ci il tarixdə saat 15:00-da avtomobil 32 millimetrlik qaz xəttini 20 metr məsafədə yarasız hala salmışdır. Qaz xəttinin üzərində olan qaz sayğacı STS **********082 nömrəli sayğac yararsız vəziyyətə düşmüşdür. Qaz 15 dəqiqə ərzində havaya axmışdır.Qaz xətti 25-lik vintillə bağlanmışdır. Qəza hadisəsi barədə xidməti məlumatdan məum olur ki, xx.xx.2022-ci il tarixində saat 15:00 radələrində ** HS *** dövlət nömrə nişanlı avtomobil tərəfindən d-32 mm-lik aşağı təzyiqli qaz kəməri zədələnərək 20m-lik hissəsi yararsız hala salınmışdır. Qaz xəttinin zədələnmiş hissəsindən 15 dəqiqə ərzində 20 m Bar təzyiqdə havaya axmışdır. İnzibati Xəta haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:00-da SCANİA yük markalı **-HS-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş Dadaşov X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Tenbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:00-da SCANİA yük markalı **-HS-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh İXM 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. AD 635125 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, ** HS *** dövlət qeydiyyat nişanlı, “Scania Yük” markalı avtomovilin mülkiyyətçisi X4r. ƏN-Vİ seriyalı, 125186 nömrəli etibarnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X6 nəqliyyat vasitəsini idarə etməyi Cavabdeh etibar etmişdir. Bakı şəhəri, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu ərazisində baş vermiş avto qəza zamanı dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək işlərin və işlədiləcək matrialların qiymət cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:00-da baş vermiş hadisə nəticəsində iddiaçıya 370.33 manat ziyan dəymişdir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ünvanında Cavabdeh idarə etdiyi SCANİA markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD” adlandırılacaq) balans və istismarında olan qaz xətti borusuna və qaz xətti üzərində quraşdırılmış olan qaz sayğacına zərər vuraraq onların normal istismar vəziyyətini pozmuş və iddiaçıya ziyan 370.33 manat məbləğində zərər vurmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 370,33 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 370,33 (üç yüz yetmiş manat otuz üç qəpik) manat məbləğində zərər və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar