Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5827/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 232,63 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 262,63 manat məbləğində pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı (Alan müştərinin adı: X2, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: ********* Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 12:00 radələrində Cavabdeh Bakı şəhərinin ünvan 1 ünvanında idarə etdiyi “DAF” markalı 90- UY- 846 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz istismarı Departamentinin (BRQİD) balans və istismarında olan 76 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xətti borusuna zərər vurularaq həmin qaz xətti borusu iki qaynaq yeri hissəsindən qırılmışdır. 10 dəqiqə müddət ərzində də 18 mbar təzyiq altında təbii qaz havaya axaraq təbii qaz itkisi bas vermişdir. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD Binəqədi Texnikiistismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı dayandırılmış, hadisə barədə İddiaçı İB-nın Qəza-Bərpa Xidmətinə və həmçinin Azərbaycan Respublikası DİNnin 102 xidmətinə məlumat verilmiş, faktla bağlı İddiaçı İB əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində akt tərtib edilmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, günahkar sürücü Cavabdeh barəsində inzibati təsir tədbirləri görülmüşdür. xx.xx.2022-ci ci il tarixdə Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin tarixdə də inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmiş, Cavabdeh İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tədbiq edilmiş və sürücü barəsində tərtib edilmiş protokolla birlikdə qərarın surəti İddiaçı İB-nın Bakı Regional Qaz istismarı Departamentinə göndərilmişdir. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 232,63 manat məbləğində (8,54 manat itirilmiş qazın dəyəri və 224,09 manat təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. İddiaçı İB-yə dəymiş maddi zərər ödənilməmişdir. Cavabdeh tərəf inzibati protokolun üzərində protokolla razı olduğunu bildirmiş, imza da etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cabadeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştriakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Binəqədi rayonu, 8 mkr Ə.Nəvai küçəsi ərazisində xx.xx.2022-ci il tarixdə saat 12:00-da DAF markalı **-UY-*** dövlət qeydiyyat nömrəli avtomobil 76 mm-lik qaz xəttini yararsız hala salmışdır. Qaz 10 dəqiqə ərzində havaya axmışdır. Yol nəqliyyat hadisəsi barədə xidməti məlumatdan məum olur ki, Binəqədi rayonu, 8 mkr Ə.Nəvai küçəsi ərazisində xx.xx.2022-ci il tarixdə saat 12:00-da DAF markalı **-UY- *** dövlət qeydiyyat nömrəli avtomobil tərəfindən aşağı təzyiqli yerüstü qaz xəttini vuraraq qaynaq hissələrindən qırmışdır. Qaz xəttinin zədələnmiş hissəsindən 10 dəqiqə ərzində qaz havaya axmışdır. İnzibati Xəta haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00-da DAF markalı **-UY-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş Əsədov X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu qəbul edərək protokolla razı olduğunu bildirmişdir. İnzibati Tenbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00-da DAF markalı **-UY-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh İXM 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. Binəqədi rayonu, 8 mkr, Ə.Nəvai küçəsində baş vermiş avto qıza zamanı dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək işlərin və işlədiləcək matrialların qiymət cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00-da baş vermiş hadisə nəticəsində iddiaçıya 224.09 manat ziyan dəymişdir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ünvan 2 ünvanında idarə etdiyi DAF markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD” adlandırılacaq) balans və istismarında olan qaz xətti borusuna və qaz xətti üzərində quraşdırılmış olan qaz sayğacına zərər vuraraq onların normal istismar vəziyyətini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azəriqaz” İB-yə dəymiş 232.63 manat məbləğində pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı (Alan müştərinin adı: X2, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: ********* Müştərinin VÖEN: **********) hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 232.63 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, tutularaq İddiaçı (Alan müştərinin adı: X2, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: ********* Müştərinin VÖEN: **********) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 232.63 (iki yüz otuz iki manat, altmış üç qəpik) manat pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 262.63 (iki yüz altmış iki manat altmış üç qəpik) manat pul tutularaq İddiaçı hesabına ödənilsin . Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5827/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5827/2023
14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver