Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5849/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN SİAC kondisoner üçün 803 (səkkiz yüz üç) manat ödənilməmiş hissə, 234 (iki yüz otuz dörd) manat dəbbə, 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********90078 Samsung Galaxy S10+ markalı telefon üçün 1756 (bir min yeddi yüz əlli altı) manat ödənilmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə, ümumilikdə 3318 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC ilə 29.06.2019cu il və 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN SİAC kondisoner və İMEİ kod **********90078 Samsung Galaxy S10+ markalı telefon almış və nəticədə 3318 (üç min üç yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 936 (doqquz yüz otuz altı) manat (18 ay x 52 ınanat + 0 manat ilkin ödəniş) HOFFMANN SİAC kondisoner üçün ümumilikdə, 1037 (bir min otuz yeddi) manat olmaqla ondan, 803 (səkkiz yüz üç) manat ödənilməmiş hissə, 234 (ikiyüz otuz dörd) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2275 (iki min iki yüz yetmiş beş) manat (12 ay x 175 manat +175 manat ilkin ödəniş) İMEİ kod **********90078 Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə, 2281 (iki min iki yüz səksən bir) manat olmaqla ondan, 1756 (min yeddi yüz əlli altı) manat ödənilməmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 652 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.06.2019-cu il tarixli 00750361 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh “Hoffman SİAC – 12/HR” markalı kondisoner almışdır. -29.06.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Hoffman SİAC – 12/HR” markalı kondisoneri təhvil almışdır. -29.06.2020-ci il tarixli 00750361 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 52 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.06.2020-ci il tarixli 00750334 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İMEİ Kodu **********90078 Samsung Galaxy S10+ markalı telefon almışdır. -29.06.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********90078 Samsung Galaxy S10+ markalı telefonu təhvil almışdır. - 29.06.2020-ci il tarixli 00750334 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 175 manat müəyyən edilmişdir. -İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, сavabdeh 29.06.2020-ci il tarixli 00750361 saylı və 29.06.2019-cu il tarixli 00750334 saylı krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 21 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, HOFFMANN SİAC kondisoner üçün 803 (səkkiz yüz üç) manat ödənilməmiş hissə, 234 (iki yüz otuz dörd) manat dəbbə, 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********90078 Samsung Galaxy S10+ markalı telefon üçün 1756 (min yeddi yüz əlli altı) manat ödənilmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə, ümumilikdə 3318 (üç min üç yüz on səkkiz) manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 29.06.2019-cu il tarixli müqavilələrə əsasən 150 (yüz əlli) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan 29.06.2019-cu il tarixli müqaviləyə əsasən 803 (səkkiz yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 29.06.2019-cu il tarixli müqaviləyə əsasən 1756 (bir min yeddi yüz əlli altı) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu olmaqla, cəmi 2709 (iki min yeddi yüz doqquz) manat borcu pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 29.06.2019-cu il tarixli müqaviləyə əsasən 803 (səkkiz yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 29.06.2019-cu il tarixli müqaviləyə əsasən 1756 (bir min yeddi yüz əlli altı) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu olmaqla, cəmi 2709 (iki min yeddi yüz doqquz) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5849/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5849/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver