Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5863/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı televizor, “Samsung” markalı paltar yuyan üçün 2916.4 (iki min doqquz yüz on altı, qırx qəp) manat ödənilməmiş hissə, 886 (səkkiz yüz səksən altı) manat dəbbə, 14.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Mikrodalğah soba , Bicaq desti Rondell Urban 4 parca üçün 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 25.12.2019-cu il və 14.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung TV, Paltaryuyan Samsung, Mikrodalğalı soba və Bicaq desti Rondell Urban 4 parca almış və nəticədə 4115.4 (dörd min yüz on beş, qırx qəp) manat borc yaranmışdır. müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3834.4 (üç min səkkiz yüz otuz dörd, qırx qəp) manat (18 ay x 211.3 manat+31 manat ilkin ödəniş) Samsung TV və Paltaryuyan Samsung üçün ümumilikdə, 3802.4 (üç min səkkiz yüz iki, qırx qəp) manat olmaqla ondan, 2916.4 (iki min doqquz yüz on altı, qırx qəp) manat ödənilməmiş hissə, 886 (səkkizyüz səksən altı) manat dəbbə; 14.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 290 (iki yüz doxsan) manat (12 ay x 24 manat + 2 manat ilkin ödəniş) Mikrodalğalı soba , Bicaq desti Rondell Urban 4 parca üçün ümumilikdə, 313 (üç yüz on üç) manat olmaqla ondan, 238 (ikiyüz otuz səkkiz) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 970 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qızına məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh qızı arasında bağlanmış 01050084 saylı, 14.11.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh qızı Mikrodalğalı soba və Bicaq desti Rondell Urban 4 parca almışdır. İş materiallarında olan 14.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı Bicaq desti Rondell Urban 4 parca və Mikrodalğalı sobanı təhvil almışdır. İş materiallarında olan 14.11.2019-cu il tarixli 01050084 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 25 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh qızı arasında bağlanmış 25.12.2019-cu il tarixli 01157929 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh qızı “Samsung” markalı televizor və “Samsung” markalı paltaryuyan almışdır. İş materiallarında olan 25.12.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh qızı “Samsung” markalı televizor və “Samsung” markalı paltaryuyanı təhvil almışdır. İş materiallarında olan 25.12.2019-cu il tarixli 01157929 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 211.3 manat müəyyən edilmişdir. İş materiallarına əlave edilmiş xəbərdarlıq məktubundan görünür ki, сavabdeh 14.11.2019-cu il tarixli və 25.12.2019-cu il tarixli müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 23 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 25.12.2019-cu il tarixli müqaviləyə əsasən 2916.4 (iki min doqquz yüz on altı, qırx qəp) manat ödənilməmiş hissə, 886 (səkkizyüz səksən altı) manat dəbbə pulu, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən, 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat olmaqla cəmi 313 (üç yüz on üç) manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 25.12.2019-cu il tarixli müqaviləyə əsasən 100 (bir yüz) manat dəbbə pulu, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən 20 (iyirmi) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 25.12.2019-cu il tarixli müqaviləyə əsasən 2916.4 (iki min doqquz yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, 14.11.2019cu il tarixli müqaviləyə əsasən 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 3274.4 (üç min iki yüz yetmiş dört manat, qırx qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25.12.2019-cu il tarixli müqaviləyə əsasən 2916.4 (iki min doqquz yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 3274.4 (üç min iki yüz yetmiş dört manat, qırx qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5863/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5863/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver