Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5911/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı Əbülfəz oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Əbülfəz oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əbülfəz oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış şifahi əqd üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 3780 manat və iddiaçıya məxsus avtomobilə vurduğu zərərin əvəzi olaraq 2000 manat, cəmi 5780 manat pul və 78 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2018-ci ilin may ayında cavabdehin dostu Babanın usta kimi fəaliyyət göstərdiyi təmir sexinə gələrək istifadəsində olan avtomobilin sürətlər ötürücü qutusunun yağını dəyişdirmişdir. Həmin gündən təxminən 15-20 gün sonra avtomobilin sürətlər qutusunda problem yarandığından avtomobili Babanın yanına aparmışdır. Bunun üçün o, 3450 manat pul istəmiş və iddiçı pulu X1 vermişdir. Baba onu sonradan gələn usta Cavabdehlə tanış etmiş və hazırki iş üzrə cavabdehə əlavə olaraq 1500 manat verməli olduğunu bildirmişdir. İddiaçı həmin pulun 1000 manatını “Access Bank”-ın Bakıxanov qəsəbəsindəki filialından Rövşənin kartına, yerdə qalan 500 manatını əlbəəl vermişdir. Avtomobilin sürətlər qutusuna səhv yağ töküldüyündən nasazlığın əmələ gəldiyini və sürətlər qutusunun sökülərək yenidən yığılmalı olduğunu bildirmiş və avtomobili 20-25 günə saz vəziyyətə gətirəcəklərinə dair vəd vermişdir. Cavabdehin söz verdiyi vaxtda iddiaçı avtomobil təmiri sexinə getmiş, ona hələ lazımlı ehtiyat hissələrinin gəlmədiyini bildirilmişdir. Bundan sonra o, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Bu müddətdə iki dəfə hərəsində 300 manat olmaqla 600 manat sürətlər qutusu üçün yağ və bir ədəd 140 manat dəyərində akkumlyator aldırmışdılar. 740 manat pul xərcləsə də iddiaçı yenə də gözləməyə davam etmişdir. Bundan sonra Cavabdeh guya ürəyindən əməliyyat olunduğunu bəhanə edərək vaxtı uzatmışdır. Nəhayət, 2019-cu ilin noyabr ayında Rövşən zəng edərək avtomobili götürə biləcəyini demişdir. O, cavabdehin yanına gəldikdə maşına xeyli ziyan dəydiyini, maşının açarlarının qırıldığını,arxa qapılarda batıq və cızıqların olduğunu, sol yan güzgünün sındığını, buksir yerinin qoşqusunun itdiyini, mühərrikin alt qoruyucusunun yerində olmadığını aşkar etmişdir. Aşkar etdiyi qüsurları yerindəcə cavabdehə və digər ustaya bildirmişdir. Avtomobili sürmək üçün yerindən azca hərəkət etdirdikdə sürətlər qutusunundan yerə yağ damcıladığını görmüşdür. Bunu gördükdə Rövşəndən və Babadan yaranmış qüsuru aradan qaldırmağı tələb etmişdir. Baba avtomobili yenidən gətirib təmir sexində onlara təhvil verməyimi xahiş etmişdir. (Hazırki cavabdeh Rövşənə zəng çatmırdı) İddiaçı da öz növbəsində avtomobili onu Rövşənlə tanış edən usta Babanın təmir sexinə apararaq ona təhvil vermişdir. Nəhayət 2021-ci ildə cavabdeh avtomobili göstərmədən düzəltdiyini bildirmiş və evakuator vasitəsilə ona göndərmişdir. O, Rövşəni tapa bilmədiyindən Rövşənlə Babanın dostu Samid adlı ustaya aparmış və usta avtomobilin sürətlər qutusunu açdıqda nasaz olduğunu və təmiri üçün 1500 manat verməli olduğunu bildirmişdir. Bu ərəfədə Rövşənin nömrəsi aktiv idi və ona zəng edə bilmişdir. İddiaçı bu sözləri cavabdeh Rövşənə demiş, o isə avtomaşını və ehtiyat hissələrini götürüb qaraşəhər adlanan yerdə profılaktoriyaya gətirməyini xahiş etmişdir. O, onun dediyi yerə ehtiyat hissələrini və avtomobili aparmışdır. Orada Rövşən 1000 manat yenə pul istəmiş və iddiaçı hissə-hissə olmaqla 300 azn beh və 280 azn cavabdehə pul vermişdir. Bir müddət sonra Rövşən yenə yoxa çıxmış və iddiaçı çətinliklə onun Ramana qəsəbəsində yaşadığını öyrənmişdir. Onu tapdıqdan sonra bu dəfə iddiaçını 8-ci km bazarının yaxınlığında "MİQ” adlı avtotəmir sexinə çağırmış və maşının demək olar ki hazır olduğuna inandıraraq əlavə 510 manat pul almışdır. Pulu alarkən 510 manat aldığlna dair kağız imzalamış, lakin bir neçə dəfə təkid etsə də, əvvəlki pullarla bağlı məbləği imzalamaqdan yayınmışdır. Bir neçə gün sonra avtomobili saz vəziyyətə gətirildiyini və sadəcə sürətlər qutusuna təkrarən yeni yağ və maşına akkumlyator alınmalı olduğundan 300 azn yağ üçün, 140 azn isə akkumlyator üçün istəmiş və o, da ona inanıb həmin məbləği də Rövşənə verdmişdir. Bu pulları verdikdən sonra o, Rövşəndən maşını təhvil verməyi tələb edərkən o hansısa ehtiyat hissələrinin yoxa çıxdığını bəhanə gətirərək yenə də işi uzatmağa davam etmişdir. Polis bölməsində aparılmış araşdırma zamanı hazırki iş üzrə cavabdeh izahat verərək, pul aldığını etiraf etmiş, lakin bu pulun guya avtomobilin təmirinə xərcləndiyini bildirmişdir. İddiaçı eyni şikayətlə bir ildən sonra 2-ci dəfə Nizami RPİnin 23-cü polis bölməsinə müraciət etmiş və orada da cavabdeh yenidən izahat verərək müxtəlif bəhanələr gətirmişdir. Həmin izahatdan da görünür ki, hazırda maddi imkanı olmadığından həmin pulu ödəyə bilmir, işsiz olduğu üçün dəqiq nə zaman ödəyəcəyini bilmədiyini qeyd etmişdir. Avtomobilin cavabdehdə olduğu 5 ilə yaxın dövrdə maşın yararsız hala salınmış (2 ədəd açar 1200 azn, yan sol güzgü 500 azn, mühərrikin alt qoruyucusu 300 azn) və iddiaçıya 2000 manat zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Əbülfəz oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, iddiaçı ona 1300 manat pul vəsaiti verib, o, həmin məbləğlə ehtiyat hissələrini alıb iddiaçının avtomobilini təmir etmiş, iddiaçı iş haqqı 1000 manatı ona verməmiş, avtomobili götürüb getmiş, sonradan cavabdehin həmin avtomobili başqa profilaktoriydə görmüş, xeyli vaxt sonra iddiaçı yenə avtomobili ona gətirmiş, 300-400 manat ehtiyyat hissələri üçün pul vermiş, lakin avtomobilə «plata» alınmalı olduğundan o, əlavə 650 ABŞ dolları verməli olduğu halda həmin məbləği verməmişdir. Hazırda avtomobil onun işlədiyi profilaktoriydədir, iddiaçı avtomobilini aparmaqdlan imtina edir, onun avtomobilini hansı usta bu vəziyyətə salıbsa gedib pulunu ondan da almalıdır, cavabdeh avtomobilin onun yanından götürülməsini tələb edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən iddia tələbini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 78 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5911/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5911/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver