Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5912/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4284,16 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 63 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" ASC-nin Xətai filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə 22 % dərəcəsi ilə 9500 manat kredit verilmişdir. Onunla "xxxx" ASC-nin Xətai filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh zamin dayanmışdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3273/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən ondan və Cavabdeh Bahram oğlundan müştərək qaydada iddiaçı "xxxx" ASC- nin xeyrinə 6519,23 manat əsas borcun, 492,68 manat faiz borcunun və 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Həmin qətnamə üzrə əsas borclu Cavabdeh Bahram oğlu "xxxx" ASC-dan kredit götürmüş, o isə ona zamin dayanmışdır. Cavabdeh Bahram oğlu borcunu banka qaytarmadığına görə bank tərəfindən həm ona, həm də zamin qismində ona qarşı iddia qaldırmış və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 2(008)-3273/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnamə qəbul edilmişdir. “X2 Edilməsi Agentliyi” MMC-nin ona və cavabdehə ünvanlanmış 1737 nömrəli, xx.xx.2018-ci il tarixli bildirişinə əsasən "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nın problemli aktivlərin tələb hüququ "xxxx" QSC-ya keçmiş, "xxxx" QSC ilə “X2 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı ildə bağlanmış xidməti müqaviləyə əsasən problemli aktivlərin tələb hüququ "xxxx" QSC -yə keçmiş, "xxxx" ASC-nin problemli aktivlər üzrə tələb hüququnun idarə edilməsinin “X3 Edilməsi Agentliyi” MMC tərəfindən həyata keçirilməsi onlara bildirilmişdir. Odur ki, qətnamə qüvvəyə mindikdən sonra qətnamə üzrə onun əmək haqqından kredit borcunun ödənilməsinə 4284,16 manat pul tutularaq “X2 Edilməsi Agentliyi” MMC-nin hesabına köçürülmüşdür. Belə ki, onun əmək haqqından xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2022-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 595 manat, xx.xx.2022-ci ildə 528 manat, xx.xx.2023-cü ildə 861,16 manat, cəmi 4284,16 manat tutularaq Cavabdeh Bahram oğlunun kredit borcu banka ödənilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 7011,91 manat borc və 20 manat dövlət rüsumunun ödənilməsi təmin edildiyinə görə onun əmək haqqından tutulmalar dayandırılmışdır. Cavabdehin təqsirindən o qeyd edilən məbləğdə zərərə məruz qalmış və hesab edir ki, həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3273/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh Bahram oğlundan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 6519 manat 23 qəpik əsas borc, 492 manat 68 qəpik faiz borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır. “X2 edilməsi Agentliyi” MMC-nin 1737 nömrəli, 17 iyul 2018-ci il tarixli tələbin güzəşt edilməsinə dair bildirişdən görünür ki, İddiaçı tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ "xxxx" QSC-yə keçmiş, "xxxx" QSC ilə “X2 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti Müqaviləyə əsasən “X2 edilməsi Agentliyi”-yə keçməsi, "xxxx" ASC –nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 edilməsi Agentliyi” MMC tərəfindən həyata keçirildiyi barədə məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Qəfarov Əzizin əmək haqqısından 500 manat Aqrarkredit KT-nin Bakı Filialının xeyrinə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş ta tapşırığından görünür ki, Qəfarov Əzizin əmək haqqısından 500 manat Aqrarkredit KT-nin Bakı Filialının xeyrinə tutulmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Qəfarov Əzizin əmək haqqısından 861.16manat Aqrarkredit KT-nin Bakı Filialının xeyrinə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Qəfarov Əzizin əmək haqqısından 595 manat Aqrarkredit KT-nin Bakı Filialının xeyrinə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Qəfarov Əzizin əmək haqqısından 528 manat Aqrarkredit KT-nin Bakı Filialının xeyrinə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən tapşırığından görünür ki, Qəfarov Əzizin əmək haqqısından 300 manat Aqrarkredit KT-nin Bakı Filialının xeyrinə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Qəfarov Əzizin əmək haqqısından 500 manat Aqrarkredit KT-nin Bakı Filialının xeyrinə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Qəfarov Əzizin əmək haqqısından 500 manat Aqrarkredit KT-nin Bakı Filialının xeyrinə tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 204175/17-18 nömrəli məktubdan görünür ki, zərurətin aradan qalxması səbəbindən icra sənədi üzrə borclu İddiaçı əmək haqqından göstərilən borcun 7 % həcmində məcburi icra ödənişini tutulmasını dayandırılması xahiş edilmişdir. X1 LTD –nin 71004/439 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı əmək haqqından tutulmalar 204175/17-18 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən dayandırılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icra ödənişinin alınması haqqında qərardan görünür ki, İddiaçı 493 manat məbləğində icra ödənişi tutulmuşdur. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 63 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə mülki işin matriallarından da görünür ki Cavabdeh ilə Bank arasında kredit müqaviləsi bağlanaraq bank tərəfindən borcalana 9500 manat məbləğində kredit pulu verilmişdir. Sözügedən müqavilə üzrə öhdəliyini təminatı kimi isə İddiaçı ilə Bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin sözügedən kredit müqaviləsi üzrə borcalan öhdəliyini icra etməməsi səbəbindən bank tərəfləri məhkəməyə vermiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3273/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh Bahram oğlundan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 6519 manat 23 qəpik əsas borc, 492 manat 68 qəpik faiz borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır. Bundan sonra kredit müqaviləsi üzrə borc məbləğindən 4284.16 manat pul zamin yəni hazırki mülki iş üzrə iddiaçı tərəfindən ödənmişdir. Belə olan halda zaminin borcalandan ödəmiş olduğu pulu geri tələb etmək hüququ yarandığından iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalısı hissəsində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4284.16 (dört min iki yüz səksən dört manat on altı qəpik) manat məbləğində pul vəsaiti və 63 (altmış üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5912/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5912/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver