Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5921/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladlarının xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hənifə-zadə Rəfail Məmmədhənifə oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o İddiaçı Cavabdeh2 ilə 2006-cı ildə faktiki nikaha daxil olsa da, xx.xx.2015-ci il tarixdə nikah rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladı xx.xx.2007-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X22 anadan olmuşdur. O, Cavabdeh2 ilə qeyri-rəsmi nikaha daxil olduğu vaxtdan, yəni 2006-cı ildən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçüb, bu günə kimi həmin evdə yaşayır. Birgə nikahdan olan övladları xx.xx.2007-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X22 da ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla, həmin ünvanda qeydiyyatdadırlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində o və övladları X18 və X9 başqa Cavabdeh1 da yaşayır. Digər Cavabdeh2 isə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Axırıncı dəfə 2023-cü ilin yanvar ayında müvəqqəti olaraq Azərbaycan Respublikasına gəlib geri qayıtmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportla Cavabdeh1 həyat yoldaşının anası Cavadova X10 adınadır. Həmin şəxs vəfat etdikdən sonra həmin evə heç kimin mülkiyyətçi kimi hüququ tanınmamışdır. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığım ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini heç bir əsas olmadan mütəmadi olaraq onu təhqir edərək tərk etməyini tələb ediblər. Qeyd edir ki, Bakı şəhəri, Sabunçu Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-788/2022 saylı qətnaməsi ilə Cavabdeh2 ilə olan nikahın pozulması, birgə nikahdan olan övladları xx.xx.2007-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X12 Cavabdeh2 himayəsində saxlanılması qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(103)-949/2023 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X12 oun himayəmdə saxlanılması qət edilmiş, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(103)-949/2023 saylı qətnaməsindən kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2050/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(103)-949/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birgə nikahdan olan övladları X18 və X22 hazırda onun himayəsindədirlər, onların təlim-tərbiyəsi ilə o, məşğul olmaqla onların maddi ehtiyaclarını ödəyir. Həmçinin o, 17 ildir ki, qeyd olunan ünvanda yaşayır. Həmin evdə yaşadığı müddətdə dəfələrlə həmin fərdi yaşyış evinin əsaslı təmirini aparmışdır. O, tək qadın olaraq uşaqların maddi ehtiyaclarını təmin etməkdə çətinlik çəkir və onun başqa yerdə yaşamağa nə evi var, nə də kirayə ev tutmağa maddi imkanı var. Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, texniki inventarizasiya pasportuna əsasən ünvan 2 cavabdehin mərhumə qaynanasının Cavadova X10 adında olmuş olsa da, sonradan X1 mülkiyyətinə keçmişdir. Hal-hazırda da onun mülkiyyətindədir. Qeyd edir ki, iddiaçı olan İddiaçı onun keçmiş gəlini olmuşdur. O, özünün və övladlarının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi 55 nömrəli evə “yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair” ona və oğluna qarşı iddia qaldırmışdır. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, qeyd edilən evdə onlar, yəni cavabdehlər qeydiyyatdadırlar. İddiaçı qeyd edir ki, onu və övladlarını cavabdehlə evdə yaşamağa imkan vermədiyi absurd bir iddiadır. Belə ki, iddiaçının övladları olan Mirzə və Adəm onun nəvələridir və onlar onunla birlikdə yaşayırlar, onların gündəlik qida tələbatlarını, təhsil ilə bağlı xərcləri tərəfindən qarşılanır. Nəvələrinin anası olan iddiaçı isə öz azyaşlı övladlarının gündəlik tələbat və qayğıları ilə maraqlanmır. Qeyd edilən fərdi yaşayış evi qaynı X3 məxsusdur, ümumiyyətlə İddiaçı onlara qarşı iddia qaldrmağı da düzgün deyil. O, iddianı onlara deyil, mənzilin mülkiyyətçisinə qarşı qaldırmalı idi. İddiaçını evdən qovmaq və ya belə bir şəraiti yaratmaq kimi niyyəti belə yoxdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasnın məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməmiş, etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasnın məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxs X2 xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə 3-cü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, 55 saylı evin sahibi Cavadova X13r. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri üzrə 5-18-2/2-2978/23 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, 55 saylı ev (yeni qaydalarla: AZ 1038, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Lütfi Məmmədbəyov küçəsi, ev 15) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır; - Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmiş və xx.xx.2021-ci il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 238 nömrə ilə qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2023-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, 55 saylı ev (yeni qaydalarla: AZ 1038, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Lütfi Məmmədbəyov küçəsi, ev 15) xüsusi mülkiyyət hüququ əsasında X1 mülkiyyətidədir. 2023-cü ilədək isə evin sahibi Cavadova X20 olub. İddiaçı Cavadova X10 nəvəsinin keçmiş arvadıdır. İddiaçı Cavabdeh2 ilə 2006-ci il tarixdə faktiki nikaha daxil olsa da, rəsmi nikahları 2015-ci ildə bağlanmışdır. Mübahisə predmeti olan həmin evə gəlin köçərkən evin sahibi iddiaçınını həyat yoldaşı Xalidin nənəsi Cavadova Sara idi. İddiaçı ilə Cavabdeh2 aralarında bağlanmış nikah pozulduqdan sonra da həmin evdə yaşamağa davam edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçının nikahı 2015-ci ildə rəsmiləşdirildiyinə görə tərəflər arasında hüquq münasibətləri həmin zaman yaranmış və cavabdehin mübahisəli evə istifadə hüququnun olub-olmaması həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmalıdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına göstərilmişdir ki, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Həmin qərara əsasən Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Hazırkı işdə İddiaçı nikaha daxil olarkən köçdüyü yaşayış sahəsinin mülkiyyətçisi ilə ( o zaman Cavadova X20) birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə ki, Ailə Məcəlləsinin “ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi öz əksini tapmışdır. Lakin, tərəflər arasında həmin qohumluq münasibəti aşkar edilmədiyindən (Ailə Məcəlləsinin 15-ci fəslinin təsir dairəsinə düşmədiyindən) sözügedən mənzildə iddiaçının istifadə hüququ yaranmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri,Sabunçu rayonu,Balaxanı qəsəbəsi,Dirçəliş küçəsi, 55 saylı evə istifadə hüququ yaranmadığından onun həmin mənzilə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, 55 saylı evə istifadə hüququnun müəyyyən olunması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-5921/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5921/2023
13.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver