Məhkəmə qərarları › İş №2(008)-5951/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5951/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5951/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019cu il tarixli, 009A********** saylı və 22.07.2019-cu il tarixli, 009A********** saylı kredit müqavilələrinin ləğv edilməsi və Cavabdeh 22.07.2019-cu il tarixli, 009A********** saylı kredit müqaviləsinə əsasən 53.41 (əlli üç manat, qırx bir qəpik) manat əsas borc, 0.9 (doxsan qəpik) manat faiz borcu, 1.6 (bir manat, altmış qəpik) cərimə borcu, 22.07.2019cu il tarixli, 009A********** saylı kredit müqaviləsinə əsasən 4661.77 (dörd min altı yüz altmış bir manat, yetmiş yeddi qəpik) manat əsas borc, 31.96 (otuz bir manat, doxsan altı qəpik) manat faiz borcu və 1354.45 (bir min üç yüz əlli dörd manat, qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 6103.28 (altı min yüz üç manat, iyirmi səkkiz qəpik)) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 22.07.2019-cu il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 61.96 (altmış bir manat, doxsan altı qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.05.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 8.55 manat ödəniş etmiş və onun iddiaçıya 53.41 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 23.06.2021-ci il tarixə 30 gün üçün hesablanmış faiz borcu 0.09 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə 22.07.2019-cu il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4787.39 (dörd min yeddi yüz səksən yeddi) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.05.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Onun iddiaçıya 53.41 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 23.06.2021-ci il tarixə 274 gün üçün hesablanmış faiz borcu 31.96 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5(beş) il ərzində 0.1 faiz artıq olmaması şərti ilə cərimə ödəməlidir. 23.06.2021-ci il tarixə 274 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1354.45 manat təşkil edir.. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək kredit götürdüyünü, lakin ödəmək üçün maddi imkanının olmadığını bildirdi. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu il tarixli, 009A********** nömrəli kredit müqaviləsindən görünür ki, cavabdeh 60 ay müddətinə 61.96 manat məbləğində kredit götürmüşdür. -İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu il tarixli, 009A********** nömrəli kredit müqaviləsindən görünür ki, cavabdeh 60 ay müddətinə 4789.39 manat məbləğində kredit götürmüşdür. -03.09.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 009A**********, 22.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 51.5 (əlli bir manat, əlli qəpik) manat əsas borc, 0.1 (on qəpik) manat faiz borcu, 2.2 (iki manat, iyirmi qəpik) cərimə borcu olmaqla, cəmi 53.82(əlli üç manat, səksən iki qəpik) manat təşkil edir. -23.06.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 0009A**********, 22.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4661.77 (dörd min altı yüz altmış bir manat, yetmiş yeddi qəpik) manat əsas borc, 31.96 (otuz bir manat, doxsan altı qəpik) manat faiz borcu və 1354.45 (bir min üç yüz əlli dörd manat, qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 6048.18 (altı min qırx səkkiz manat, on səkkiz qəpik) manat təşkil edir. -22.07.2019-cu il tarixli kredit müqavilələrinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 0009A**********, 22.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə aylıq ödəniş 102 manat və 009A**********, 22.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə aylıq ödəniş 1 manat müəyyən edilmişdir. -İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi və kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına ələva edilmiş qəbzdən görünür ki, iddiaçı 30.40 manat dövlət rüsumu ödəmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh kredit müqavilələr ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozaraq, iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Buna görə də o, cavadeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu il tarixli, 009A********** saylı və 22.07.2019-cu il tarixli, 009A********** saylı kredit müqavilələri ləğv edilməli və Cavabdeh 22.07.2019-cu il tarixli, 009A********** saylı kredit müqaviləsinə əsasən 51.5 (əlli bir manat, əlli qəpik) manat əsas borc, 0.1 (on qəpik) manat faiz borcu, 2.22 (iki manat, iyirmi iki qəpik) cərimə borcu, 22.07.2019-cu il tarixli, 009A********** saylı kredit müqaviləsinə əsasən 4661.77 (dörd min altı yüz altmış bir manat, yetmiş yeddi qəpik) manat əsas borc, 31.96 (otuz bir manat, doxsan altı qəpik) manat faiz borcu və 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 4847.55 (dörd min səkkiz yüz qırx yeddi manat, əlli beş qəpik) manat kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu il tarixli, 009A********** saylı və 22.07.2019-cu il tarixli, 009A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh 22.07.2019-cu il tarixli, 009A********** saylı kredit müqaviləsinə əsasən 51.5 (əlli bir manat, əlli qəpik) manat əsas borc, 0.1 (on qəpik) manat faiz borcu, 2.22 (iki manat, iyirmi iki qəpik) cərimə borcu, 22.07.2019-cu il tarixli, 009A********** saylı kredit müqaviləsinə əsasən 4661.77 (dörd min altı yüz altmış bir manat, yetmiş yeddi qəpik) manat əsas borc, 31.96 (otuz bir manat, doxsan altı qəpik) manat faiz borcu və 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 4847.55 (dörd min səkkiz yüz qırx yeddi manat, əlli beş qəpik) manat kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar