Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5969/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil2 oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 56.000 (əlli altı min) ABŞ dolları borc məbləğinin və həmin borc məbləğinin gecikdirilməsi ilə əlaqədar olaraq 8.166 (səkkiz min bir yüz altmış altı) ABŞ dollarının ümumilikdə 64.166 (altmış dörd min bir yüz altmış altı) ABŞ dollannın tutularaq ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iki mart 2018-ci il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunun xüsusi notariusu X4 tərəfindən 3M-242 nömrəli reyestrlə təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh 106.000 (yüz altı min) ABŞ dolları məbləğində pul borca vermişdir. Bu Müqavilənin 2-ci bəndinə əsasən «borc alan» krediti 31 iyul 2018-ci il tarixinədək «borc verənə» qaytarmağı öhdəsinə götürmüşdür. 30 iyul 2018-ci il tarixində cavabdeh ona bu borc məbləğindən 50.000 (əlli min) ABŞ dollarını qaytarmışdır. 31 iyul 2018-ci il tarixində öhdəliyin icrası müddəti bitdiyi gündən bu günədək cavabdeh qalan 56.000 (əlli altı min) ABŞ dollarından heç bir məbləğ qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil2 oğlu iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlamışdır. Cavabdeh iddia tələbini qismən qəbul edərərk 56000 manat məbləğində pulu ödəməyə hazırdır, lakin borca görə hesablanmış 5 faiz hissəni qəbul etməyərk iddia tələbini həmin hissədə rədd edilməsini məhkəmədən xahiş edir və yazılı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 02.03.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 106000 (bir yüz altı min) ABŞ dolları məbləğində pulu İddiaçı borc almış və 31.07.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh 56 000 ABŞ dolları məbləğində borc pul vəsaitini 31.07.2018-ci il tarixədək qaytarmamışdır. Bu halda 31.07.2018-ci il tarixdən etibarən gecikdirilmiş vaxt üçün illik 5 % təşkil edən 8.166 (səkkiz min yüz altmış altı) ABŞ dollarının iddiaçıya ödənilməsini, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. İş materialarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsuu ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, Hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə vaxtında ödənilməsi üçün pul vəsaiti vermişdir və bu halı təsdiq edən notarial qaydada təsdiq edilmiş kredit müqaviləsini də, mülki işin materiallarına əlavə etmişdir. İddiaçı onun tərəfindən verilmiş olduğu pulun məbləğinin 106.000(bir yüz altı min) ABŞ dolları olduğunu, cavabdehin həmin borc məbləğindən 50000 (əlli min) ABŞ dolları qaytardığını qeyd edərək, hazırda cavabdehin ona 56000 (əlli altı min) ABŞ dolları borcu olduğunu məhkəməyə bildirmişdir. Həmçinin bu hal cavabdehin nümayəndəsi və vəkili tərəfindən də etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 56000 (əlli alt min) ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa kredit müqaviləsindən də göründüyü kimi borc məbləğini icra müddəti 31.07.2018-ci il tarixdə bitmişdir. Beləliklə, gecikdirilmiş vaxt üçün illik öhdəliyin icrasının son müddətindən, yəni 31.07.2018-ci il tarixdən etibarən borc məbləğinin gecikdirilməsi ilə əlaqədar illik 5 faizi tələb etmişdir. Göründüyü kimi Cavabdeh kredit üzrə yaranmış borcun qaytarılmasını təxmini 2 il 11 ay (31.07.2018-ci il tarixdən 14.07.2021-ci il tarixədək) gecikdirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən gecikdirilmiş 2 il 11 ay vaxt üçün illik beş faiz pul tutulmalıdır. Həmin məbləğ isə 8166 ABŞ dolları (560 x 5% = 2800; 2 il üçün 5600 + 11 ay üçün 2566 = 8166 ABŞ dolları) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün illik 5 faiz hesablanmaqla 8166 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 30 manat dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X3 56000 (əlli altı min) ABŞ dolları əsas borc və öhdəliyin icrası müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8.166 (səkkiz min bir yüz altmış altı) ABŞ dolları faiz borcu olmaqla, cəmi 64.166 (altmış dörd min bir yüz altmış altı) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5969/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5969/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver