Məhkəmə qərarları › İş №2(008)-6012/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6012/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6012/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı "İddiaçı" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, 01177 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 aid 1449,31 manat məbləğdə əsas borc, 94,71 manat məbləğində vaxtı keçmiş əsas borc, 19,47 manat hesablanmış adi faizlər üzrə borc, 6,14 manat isə vaxtı keçmiş borc üzrə hesablamış cərimə faizləri olmaqla cəmi 1569,63 manat məbləğində pul vəsaitinin, dövlət rüsmu olaraq ödənilmiş 30 manat pul vəsitinin, ümumilikdə 1599,63 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq "İddiaçı" BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə "İddiaçı" BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il 01177 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan 60 ay müddətinə qaytarmaq şərti ilə illik faiz dərəcəsi 1% olmaqla 1544,02 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2019-cu il 01177 №-li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri həyata keçirməmiş və həmin tarixdən bu günədək müqavilədən irləi gələn öhdəlikləri yerinə yetirməmişdir. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixə kredit müqaviləsi üzrə "İddiaçı" BOKT MMC-yə 1449,31 manat məbləğdə əsas borc, 94,71 manat məbləğində vaxtı keçmiş əsas borc, 19,47 manat hesablanmış adi faizlər üzrə borc, 6,14 manat isə vaxtı keçmiş borc üzrə hesablamış cərimə faizləri olmaqla cəmi 1569,63 manat məbləğində borcu vardır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). "İddiaçı" BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il 01177 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 illik 1% olmaqla 5 il müddətinə 1544,2 manat məbləğində kredit verilmiş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Eyni zamanda, "İddiaçı" BOKT MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il 01177 №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc alan borc verən qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə - kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülkihüquqi) sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və borc alan borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borc verənə dəymiş zərərin əvəzinin ödənilməsi daxil olmaqla - borc alanla birgə məsuliyyət daşıyır. "İddiaçı" BOKT MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışa əsasən Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il 01177 №-li kredit müqaviləsi üzrə 1449,31 manat məbləğdə əsas borc, 94,71 manat məbləğində vaxtı keçmiş əsas borc, 19,47 manat hesablanmış adi faizlər üzrə borc, 6,14 manat isə vaxtı keçmiş borc üzrə hesablamış cərimə faizləri, cəmi 1569,63 manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış cəmi 1569,63 dolları məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. "İddiaçı" BOKT MMC tərəfindən cavabdehlərə borcla bağlı ödənişin icra edilməsi, əks təqdirdə borcun ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zamin Cavabdeh2 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 "İddiaçı" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli, 01177 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 aid 1449,31 manat məbləğdə əsas borc, 94,71 manat məbləğində vaxtı keçmiş əsas borc, 19,47 manat hesablanmış adi faizlər üzrə borc, 6,14 manat isə vaxtı keçmiş borc üzrə hesablamış cərimə faizləri olmaqla cəmi 1569,63 manat məbləğində pul vəsaiti və dövlət rüsmu olaraq ödənilmiş 30 manat pul vəsiti, ümumilikdə 1599,63 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "İddiaçı" BOKT MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 01177 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 aid 1449,31 manat məbləğdə əsas borc, 94,71 manat məbləğində vaxtı keçmiş əsas borc, 19,47 manat hesablanmış adi faizlər üzrə borc, 6,14 manat isə vaxtı keçmiş borc üzrə hesablamış cərimə faizləri olmaqla cəmi 1569,63 manat məbləğində pul vəsiti və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti, ümumilikdə 1599,63 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "İddiaçı" BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar