Məhkəmə qərarları › İş №2(008)-6014/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6014/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6014/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 qızının, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01/195/19 saylı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, dəyəri 2543,19 manat olan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını, divardan asılan məişət qaz qazanı asqı seti 1 ədəd, qaz requlyatoru 1 ədəd, stabilizator ortimal 1 ədəd, polobarot vintil 2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintili 1 ədəd, radiator asqı seti 8 ədəd, al eko suşilka (80-lik) 1 ədəd, suşilka vintili 2 ədəd, radiator 45 ədəd, radiator vintili köşə 14 ədəd, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh alınaraq iddiaçıya geri qaytarılması, 272,14 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01/195/19 saylı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 2543,19 manat olan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını, divardan asılan məişət qaz qazanı asqı seti 1 ədəd, qaz requlyatoru 1 ədəd, stabilizator ortimal 1 ədəd, polobarot vintil 2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintili 1 ədəd, radiator asqı seti 8 ədəd, al eko suşilka (80-lik) 1 ədəd, suşilka vintili 2 ədəd, radiator 45 ədəd, radiator vintili köşə 14 ədəd cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq ayba ay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan ödəniş qrafikinə əsasın xx.xx.2020-ci il tarixinədək, cari ödənişləri üzrə 1504,19 manat, cərimə üzrə 272,14 manat olmaqla, cəmi 1776,33 manat məbləğində borcu yaranmışdır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 307 gün gecikdirilmiş və beləliklə də müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı MMC ilə Cavabdeh arasında 01/195/19 saylı, xx.xx.2019-cu il saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcı tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi olan 1 №-li əlavədə göstərilən və ümumi dəyəri 2543,19 manat olan 1 ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını, divardan asılan məişət qaz qazanı asqı seti 1 ədəd, qaz requlyatoru 1 ədəd, stabilizator ortimal 1 ədəd, polobarot vintil 2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintili 1 ədəd, radiator asqı seti 8 ədəd, al eko suşilka (80-lik) 1 ədəd, suşilka vintili 2 ədəd, radiator 45 ədəd, radiator vintili köşə 14 ədəd alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu Müqavilə ilə müəyyən edilmiş pul məbləğini hissə-hissə satıcıya ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə 2 №-li əlavədə müəyyən edilmiş ödəniş qrafikinə əsasən ödənişlərin ardıcıl olaraq aparılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən lizinqin müddəti 18 ay müəyyən edilmişdir. Müqaviləyə 3 №-li əlavədən və həmin əlavədə müəyyən edilmiş təhvil-təslim aktından görünür ki, müqavilənin predmeti 1 ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını, divardan asılan məişət qaz qazanı asqı seti 1 ədəd, qaz requlyatoru 1 ədəd, stabilizator ortimal 1 ədəd, polobarot vintil 2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintili 1 ədəd, radiator asqı seti 8 ədəd, al eko suşilka (80-lik) 1 ədəd, suşilka vintili 2 ədəd, radiator 45 ədəd, radiator vintili köşə 14 ədəd xx.xx.2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. Müqavilənin 11.2-ci bəndinə əsasən alıcı satıcının tələbində göstərilmiş müddətdə satıcının tələblərinə cabab verən təminatı dəqdim etməyi, yaxud əvvəllər verilmiş təmnatı əvəz etməyi öhdəsinə götürür, alıcı tərəfindən göstərilən şərtlər yerinə yetirilmədikdə, satıcı alıcının əmlaka sahiblik və istifadə hüququna birtərəfli qaydada xitam verə və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada əmlakı tələb edə bilər. İddiaçı MMC tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənişlər üzrə borc qalığı 706,45 manat, əsas borcun qalığı 1836,74 manat, cərimə haqqı 222,69 manat, ümumi borc 2 765,88 manat təşkil edir. Hazırda iddiaçı 01/195/19 saylı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, dəyəri 2543,19 manat olan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını, divardan asılan məişət qaz qazanı asqı seti 1 ədəd, qaz requlyatoru 1 ədəd, stabilizator ortimal 1 ədəd, polobarot vintil 2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintili 1 ədəd, radiator asqı seti 8 ədəd, al eko suşilka (80-lik) 1 ədəd, suşilka vintili 2 ədəd, radiator 45 ədəd, radiator vintili köşə 14 ədəd, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh alınaraq iddiaçıya geri qaytarılması, 272,14 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın təmin edilməli qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə üzrə öhdəliklər yaranmış, iddiaçı həmin öhdəliklərini lazımınca yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımınca icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, alınan məbləğ geri qaytarılmalıdır. Lakin 272,14 manat dəbbə pulunun tutulması hissəsində məhkəmə 30 manatın tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dəyəri 2543,19 manat olan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını, divardan asılan məişət qaz qazanı asqı seti 1 ədəd, qaz requlyatoru 1 ədəd, stabilizator ortimal 1 ədəd, polobarot vintil 2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintili 1 ədəd, radiator asqı seti 8 ədəd, al eko suşilka (80-lik) 1 ədəd, suşilka vintili 2 ədəd, radiator 45 ədəd, radiator vintili köşə 14 ədəd, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh alınaraq iddiaçıya geri qaytarılmalı, Cavabdeh 30 manat dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01/195/19 saylı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Dəyəri 2543,19 manat olan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını, divardan asılan məişət qaz qazanı asqı seti 1 ədəd, qaz requlyatoru 1 ədəd, stabilizator ortimal 1 ədəd, polobarot vintil 2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintili 1 ədəd, radiator asqı seti 8 ədəd, al eko suşilka (80-lik) 1 ədəd, suşilka vintili 2 ədəd, radiator 45 ədəd, radiator vintili köşə 14 ədəd, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh alınaraq iddiaçıya geri qaytarılsın. Cavabdeh 30 manat dəbbə pulu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar