Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6020/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun adına götürdüyü 2212 manat məbləğində əsas kredit borcunun və hesablanmış faizlərin tutularaq kredit təşkilatına ödənilməsinə və kreditin bağlanmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 oktyabr 2024-cü il tarixində onun adına "Kontakt Home" mağazasından 2212 manat məbləğində mobil telefonu kreditlə götürmüşdür. Cavabdeh bu krediti vaxtında ödəyəcəyini demiş, lakin indiyə qədər heç bir ödəniş etməmişdir. Həmçinin, nə telefonu qaytarıb, nə də krediti ödəyib. Yəni, nə telefon ona verilib, nə də kredit ödənilib. Hal-hazırda kredit borcu qalır və üzərinə faizlər əlavə olunmaqdadır. Özünün maliyyə imkanı zəif olduğu üçün bu borcu ödəyə bilməmişdir. Cavabdehin anası 3 ay müddətində ödəniş edib, amma sonra ödənişdən imtina etmişdir. Bununla yanaşı, cavabdeh öhdəliyini yerinə yetirməyərək ona maddi zərərə vurulmasına səbəb olmuşdur. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, ona məxsus olan İPhone 14, 128 GB yaddaşlı, qutusu açılmamış, işlənməmiş (yeni) mobil telefonun cavabdeh tərəfindən qaytarılması, qaytarmaq mümkün olmadığı halda həmin əşyanın kredit müqaviləsində göstərilən 2214 manat məbləğin ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, cavabdeh telefonu ondan götürmüş və geri qaytarmamış, kredit üzrə də borcunu ödəməmişdir. Özü ilə hazırda əlaqə saxlaya bilmədiyindən anası ona bildirmişdir ki, oğlu ölkə ərazisində deyildir. Kredit onun adına bağlandığından və ödənişlər də edilmədiyindən “ABC Telekom” ona qarşı iddia qaldırmış və qətnamə qəbul edilmişdir. Hazırda kredit borcu ondan tələb edilir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 132988 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Ağdaş Rayon Məhkəməsinin e-2(104)-1660/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 1844.56 manat əsas borc, innovativ layihələr mərkəzinə ödənilən 23.60 manat rüsum, 20 manat cərimə olmaqla, cəmi 1888.16 manat məbləğində borc və 40.53 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № 02874731 saylı müqaviləyə əsasən "xxxx" MMC İddiaçı 18 ay müddətinə hər ay 123.01 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 2214.18 manat qiyməti olan İmei Kod **********27084 “İPhone 14”, zəmanət+1 il xidməti, paket XXXL xidməti verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № 02874731 saylı müqaviləyə əsasən İddiaçı xx.xx.2025-ci il tarixə ümumi borcu 2052.62 manat təşkil edir. - İş materiallarında olan ꓪhatsapp profilinin surətindən görünür ki, ********** saylı mobil nömrə Üzeyir adlı şəxsə aiddir. - İş materiallarında olan Üzeyir adlı şəxslə ꓪhatsapp yazışmalarından görünür ki, telefon Üzeyir adlı şəxsdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № 02874731 saylı müqaviləyə əsasən "xxxx" MMC İddiaçı 18 ay müddətinə hər ay 123.01 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 2214.18 manat qiyməti olan İmei Kod **********27084 “İPhone 14”, zəmanət+1 il xidməti, paket XXXL xidməti nisyə satmışdır. İddiaçı həmin telefonu aralarındakı razılaşmaya əsasən tanışı Üzeyirə vermiş, sonradan geri qaytarılmasını tələb etsə də, cavabdeh vədinə əməl etməyərək nə telefonu, nə də onun dəyərini iddiaçıya qaytarmamışdır. Hazırda sözügedən telefon cavabdehin qanunsuz sahibliyindədir. Hazırda iddiaçı hesab edir ki, telefon cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmalıdır. İşin məhkəmə iclasında tədqiq edilən halları ilə 2214.11 manat qiyməti olan İmei Kodu **********27084 “İPhone 14” 128 GB Midnight model telefonun İddiaçı mülkiyyətində olması və hazırda cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilmişdir. Bu fakt müvafiq qətnamə və iddiaçının cavabdehlə aparılmış ꓪhatsapp yazışmaları ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan 2214.11 manat qiyməti olan İmei Kodu **********27084 “İPhone 14” 128 GB Midnight model telefon, həmin əmlak olmadığı təqdirdə onun dəyəri 2214 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğundan, Cavabdeh 42.14 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238, 241, 242, 244, 252-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan 2214.11 manat qiyməti olan İmei Kodu **********27084 “İPhone 14” 128 GB Midnight model telefon, həmin əmlak olmadığı təqdirdə onun dəyəri 2214 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 42.14 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6020/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-6020/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver