Məhkəmə qərarları › İş №2(008)-6049/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6049/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6049/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6100 manat məbləğində pulun və 81 manat dövlət rüsuiunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən Suraxanı Rayon Polis İdarəsinə müraciət edilərək Cavabdeh dələduzluq yolu ilə ondan alınmış pul məbləğinin geri ödənilməsi barədə köməklik göstərilməsi xahiş edilmişdir. Belə ki, həmin şəxs istismar müddəti bitmiş “Ford” markalı “Cargo” modelli nəqliyyat vasitəsinin satılması ilə əlaqədar 8100 pulumu mənimsəmiş, daha sonra nəqliyyat vasitəsini sənədləşmə işləri aparıldıqdan sonra ona verəcəyini vəd etsə də, vədinə əməl etməmiş, pulun geri ödənilməsini də tam həyata keçirilməmiş, 2000 manat qaytarılsa da, 6100 ona ödəniş edilməmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması barədə qərarda cinayət işinin başlanılması rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hazırkı iş mülki xarakterli olduğundan, cavabdehin əməlində cinayət tərkibi yoxdur. Qeyd olunan səbəbdən də hazırkı iddia ərizəsi ilə cavabdehdən pulun tutulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, istər cinayət işinin başlanılması barədə qərardan, istərsə də həmin qərarda istinad edilmiş iş üzrə cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, cavabdeh özü də həmin pul məbləğini mənimsədiyini etiraf etmişdir. Beləliklə də cavabdeh pulu aldığını etiraf etmiş, nəticədə iddiaçıya 6100 manat məbləğində maddi zərər dəymiş, eyni zamanda iddiaçıda həmin məbləğdə əlavə pul vəsaiti əldə etməklə əsassız varlanmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh bir dəfə məhkəməyə teleqram vuraraq xx.xx.2023-cü il tarixə təyin edilən məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salmış, lakin cavabdeh gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı X2 tərəfindən qəbel edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması barədə qərardan görünür ki, xx.xx.2022ci il tarixdə vətəndaş İddiaçı bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" MMC-nin qarşısında tanış olduğu Cavabdeh istismar müddəti bitmiş “Ford” markalı “Cargo” modelli nəqliyyat vasitəsini almaq üçün razılaşıb ona 8100 manat pul vermiş, bundan sonra sonuncu sənədləşmə işlərini aparıb avtomobili ona verəcəyini demiş, 5 ay sonra həmin şəxs ona aldığı puldan 2000 manat qaytarmış 6100 manat pulu müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh polisdə verdiyi izahatında İddiaçı 7000 manat pul aldığını, onun 2000 manatının Natiqin oğlunun kart hesabına göndərdiyini, qalan məbləği isə hissə-hissə və ya tam şəkildə ödəyəcəyini bildirmişdir. Hazırda iddiaçı 6100 manatın cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Tərəflərin arasında rəsmi alqı-satqı müqaviləsi olmamışdır, aralarındakı razılaşmanı da borc müqaviləsi kimi qiymətləndirmək olmaz. Məhkəmə cavabdehin polisdə verdiyi izahatı nəzərə alaraq qesab edir ki, cavabdehdən 5000 manat iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı borcun 6100 manat olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Cavabdehnın hərəkətləri nəticəsində 5000 manat məbləğində zərərə düşmüşdür. Nəticədə Cavabdeh həmin məbləğdə əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 81 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia 5000 manat hissəsində təmin edildiyindən, 70 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 11 manat iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli,cavabdehdən iddiaçının xeyrinə 5000 manat pul və 70 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat pul və 70 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 11 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar