Məhkəmə qərarları › İş №2(008)-608/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-608/2020

10.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-608/2020 10.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 24.08.2005ci il tarixdə x2, 23.01.2007-ci il tarixdə x3 üçün hər ay 160 manat olmaqla, cəmi 320 manat məbləğində ərizə verildiyi tarixdən aliment tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıiddia ərizəsində göstərmişdir ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 4382/2018 saylı qətnaməsi üzrə Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi üzrə iddia təmin edilmiş, aliment hissəsi üzrə məhkəmə qətnaməsindən cavabdehdən 01.05.2018-ci ildən hesablanaraq qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmiş və hazırda iş Sabunçu rayon İcra və Probasiya Şöbəsindədir. Lakin cavabdehin gəliri qeyrimüəyyən olduğu üçün, rəsmi iş yeri olmadığından çox çətinliklə ödədiyi aliment iddiaçının öhdəsində olan 2 uşağın ehtiyacını ödəmir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh göstərilən tarixdə məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının və cavabdehin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan nikahın pozulması haqqında 28.02.2020-cu il tarixli, AZ-İ seriyalı 344598 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmişdir. -Bakı Apelyasiya Məhkəməsinin 25.12.2018-ci il tarixli, 2(103)-13465/2018 saylı qətnaməsindən görünür ki, Sabunçu rayon Məhkəməsinin 27.08.2018-ci il tarixli, 2(008)-4382/2018 saylı qətnaməsi ilə 23.01.2007-ci il təvəllüdlü x3 və 24.08.2005-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 may 2018-ci il tarixdən hesablanmaqla Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı Mehti qızına ödənilməsi qət edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki,tərəflərin birgə nikahından 23.01.2007-ci il təvəllüdlü x3 və 24.08.2005-ci il təvəllüdlü x2 doğulmuşdur. İddiaçı, müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair tələbini təyin edilmiş aliment məbləği ilə uşağın saxlanılmasında maddi çətinliklər çəkməsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasənqismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 170 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Belə ki, uşaqların böyüməsi ilə onun zəruri xərclərinin artması, bununla da maddi vəziyyətində pisləşməyə doğru dəyişiklik olmasına dair iddiaçının dəlillərini məhkəmə inandırıcı sayır. Bununla da Salyan rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının az olması uşaqların maraqlarını əhəmiyyətli dərəcədə pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artıtılmalı və alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən yox, bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzindəödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasəniddia qiyməti 500 manatdan çox olduqda 30manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4382/2018 saylı 27.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdehqətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq, 23.01.2007-ci il təvəllüdlü x3 və 24.08.2005-ci il təvəllüdlü x1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər uşağagörə hər ay 160 (yüz altmış) manat, cəmi 320 (uü yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üzrə 30 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar