Məhkəmə qərarları › İş №2(029)-1054/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1054/2025

23.12.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1054/2025 23.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü X3nun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixində Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə X5 ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.1993-cü il təvəllüdlü X6 adında uşaqları anadan olmuşdur. X3 xx.xx.1993-cü il tarixdə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. xx.xx.1993-cü il təvəllüdlü X3 2016-cı ildə evdən getmiş və bir daha geri qayıtmamışdır. 2016-cı ildən etibarən X9 harada olması barədə məlumatı yoxdur. Həmin vaxtdan sonra Ramik bir daha daimi yaşadığı Qusar rayonunun İmamqulukənd kəndinə qayıtmamış, harada olduğu barədə məlumat verməmişdir. Onun əlaqə nömrələrini, ünvanını bilmir. X9 əmlaklarının idarə edilməsi, həmçinin vərəsəlik hüquqularımın müəyyənləşdirilməsi məqsədilə onun məhkəmə qaydasında xəbərsiz itkin düşmüş şəxs hesab edilməsi zərurəti yaranmışdır. X9 harada olması barədə artıq 10 il ərzində heç bir məlumat olmadığından, həmin müddət ərzində yaşayış yerində görünmədiyindən hesab edir ki, o, xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir, odur ki, işə onun və ərizəçinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.6-cı maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçinin və maraqlı şəxsi nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan 15 iyul 1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 may 1993-cü il tarixdə anadan olmuşdur. X2, anası Ərizəçidır. İşdə olan 3-38-33/2-3940/25 saylı xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X1 dəfə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2016-cı il tarixdə ölkədən çıxması qeydə alınmışdır. Bununla yanaşı, xx.xx.1993-cü il təvəllüdlü X4 xarici ölkələrdən Azərbaycan Respublikasına deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. İşdə olan 3-13-93/2-16900/2025 saylı xx.xx.2025-ci il tarixli Qusar rayon Polis Şöbəsindən verilmiş məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X4 xəbərsiz itkin düşməsi və ya ölməsi barəsində hər hansı əməliyyatın keçirilməsi haqqında Qusar RPŞdə hər hansı bir məlumat yoxdur. İşdə olan xx.xx.2025-ci il tarixli 3-39-5/2-4041/25 saylı Dövlət Təhlükəsizlik Xidmətindən verilmiş məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X4 qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getməsi barədə əməliyyat məlumatları mövcuddur. Onun barəsində DTX-də təqsirləndirici materiallar olmamışdır. R.Məmmədovun Suriya ərazisində gedən döyüşlər zamanı öldürülməsinə dair əməliyyat məlumatları əldə edilsə də,rəsmi sənəd ünvanlarına daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1993-cü il təvəllüdlü X3 2016-cı ildə evdən getmiş və bir daha geri qayıtmamışdır, hazırda onun harada olması, Suriyada olan məlum hərbi əməliyyatlar zamanı həlak olub-olmaması barədə məlumat yoxdur. Hazırda ərizəçinin X9 əmlaklarının idarə edilməsi, həmçinin vərəsəlik hüquqularımın müəyyənləşdirilməsi məqsədilə həmin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tədqiq olunmuş sübutlara birgə hüquqi qiymət verərək, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi oğlu, xx.xx.1993-cü il təvəllüdlü X4 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu, xx.xx.1993-cü il təvəllüdlü X4 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar