Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6114/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobil almaq üçün verdiyi 22.000 (iyirmi iki min) manat məbləğində pulunun və ya ona məxsus olan faktiki olaraq Cavabdeh tərəfindən gizlədilərək saxlanılan “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin geri qaytarılması, eləcə də ödənilmiş 156 (yüz əlli altı) manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin əvvəllərində ortaq tanışları vasitəsi ilə tanış olmuşdur və aralarında normal münasibətlər olmuşdur. Həmin zaman o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində polis nəfəri, polis serjantı kimi xidmət edirdi. 2022-ci ilin iyun ayının əvvəllərində Cavabdeh onun təcili pula ehtiyacı olduğunu, aralarında dostluq münasibətləri olduğu üçün ona kömək etməsini xahiş etdi. O, Toğrula kömək edə bilməyəcəyini bildirdi. Toğrul ona kömək etməsini təkidlə xahiş edərək, ailəsində və şəxsi həyatında yaranmış problemlərlə bağlı idarə etdiyi “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili 5-6 ay müddətinə idarə etməsi şərti ilə ona 22.000 manata satmağı təklif etdi. O, aralarında dostluq münasibətlərinin olmasına, onun polis işçisi olmasına inanaraq avtomobilin 5-6 ay müddətində onda qalması ilə almağa razılaşdı. Cavabdehlə 22.000 manat pul müqabilində həmin avtomobili ona satması ilə razılaşdılar. 10 iyun 2022-ci ildə DİN-in BDYPİ-də avtomobilin alqı-satqısını həyata keçirdilər və avtomobil mülkiyyətinə keçirildi. Həmin gün yaşadığım evin qarşısında Toğrula 22.000 manat pul verdi. Toğrul 5-6 ay avtomobili idarə etdikdən sonra ona təhvil verəcəyini öhdəsinə götürdü. Avtomobil Toğrulda qaldı. Bundan sonra 26 iyun 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 24a ünvanında yerləşən 6 saylı notarius ofisində 23 iyun 2023-cü ilədək müddətinə ona yalnız istifadə üçün etibarnamə verdi. Bundan sonra 2023-cü ilin fevral-mart ayına kimi avtomobil Toğrulda qaldı. 2023-cü ilin mart-aprel aylarında Toğruldan avtomobilini ona qaytarmasını tələb etsə də o, müxtəlif bəhanələrlə vaxtı uzatdı. Bir müddətdən sonra Toğrulun ona avtomobili qaytarmaq niyyətində olmadığını anladı. Toğrul vədinə əməl etmədi, onun avtomobilini qaytarmadı, dəfələrlə ona ya pulunu, ya da avtomobilini qaytarması barədə müraciətlər etdi, lakin nəticəsiz qaldı. 23 iyun 2023-cü ildə ona istifadə üçün verdiyi etibarnamə öz hüquqi qüvvəsini itirdi. Toğrul ondan qaçmağa və telefon zənglərinə cavab verməməyə başladı. Daha sonra isə 11 oktyabr 2023-cü il tarixdə avtomobilin axtarışa elan edilməsi barədə DİN-in BDYPİ-nə rəsmi müraciət etdi və avtomobil barədə axtarış elan edilərək Cavabdeh sürücülük vəsiqəsindəki ünvanı ünvan 2kı şəhəri Nərimanov RPİnin DYPŞ-nə həvalə edildi. Sonradan isə eşitdi ki, onun bu kimi əməlləri nəticəsində onu polis orqanlarından xaric etmişlər. Bundan sonra isə onu ümumiyyətlə tapa bilmədi. Gördüyü bütün tədbirlərə baxmayaraq Cavabdeh nə avtomobilini, nə də ki, ona verdiyi pulu ona qaytarmadı. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - avtomobilin axtarışda yaxud yüklü olub-olmaması barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklüdür (axtarışdadır). - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, arayış verilir ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ondan ötəri ki, sonuncunun 11 oktyabr 2023-cü il tarixdə ona məxsus olan “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Cavabdeh tərəfindən qanunsuz idarə edilməklə barəsində axtarış elan olunmasının xahiş edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə müraciətinə əsasən həmin tarixdən sözügedən avtomobil barədə Baş X5 İdarəsi tərəfindən axtarış elan edilmiş və avtomobilə dair sonuncu etibarnamə verilmiş sürücü Cavabdeh sürücülük vəsiqəsindəki ünvanı ünvan 5bindən Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin DYPŞnə həvalə edilmişdir. Tərəfimizdən avtomobilin saxlanılması ilə bağlı bir sıra tədbirlər görülməsinə baxmayaraq qeyd edilən avtomobilin saxlanılması təmin edilməmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 il müddətinə istifadə hüququna dair Cavabdeh etibarnamə verilmişdir. - Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan, məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, X3 nəqliyyat vasitəsinə sərəncam hüququna dair xx.xx.2022-ci il tarixdə Cavabdeh etibarnamə vermişdir. X3 xx.xx.2022-ci il tarixdə 2013-cü il buraxılışlı “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 manata İddiaçı satmışdır. İddiaçı nəqliyyat vasitəsindən istifadə hüququna dair xx.xx.2022-ci il tarixdə Cavabdeh etibarnamə vermiş, etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. - turbo.az saytından çıxarışdan görünür ki, 2013-cü il buraxılışlı “Volkswagen Passat CC” markalı avtomobilin satış dəyəri 10.777 ABŞ dolları, 21.000 AZN, 22.800 AZN, 22.000 AZN təşkil edir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 156 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbindən görünür ki, tərəflər arasında dostluq münasibətləri olmuş, cavabdeh iddiaçıdan ona borc pul verməsini xahiş etmiş, iddiaçı cavabdehə borc pul verə bilməyəcəyini bildirdikdə, sonuncu istifadəsində olan “Volkswagen Passat CC” markalı **- LU-*** dövlət qeydiyyat nişanlı avtomobili 5-6 ay müddətinə idarə etməsi şərti ilə iddiaçıya 22.000 manata satmağı təklif etmiş, iddiaçı da cavabdehin təklifi ilə razılaşmışdır. 10 iyun 2022-ci ildə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin gün iddiaçı yaşadığı evin qarşısında cavabdehə 22.000 manat pul vermişdir. Bundan sonra iddiaçı cavabdehə nəqliyyat vasitəsindən istifadə ilə bağlı etibarnamə vermişdir. Cavabdeh 5-6 ay idarə etdikdən sonra avtomobili iddiaçıya qaytaracağına dair vədinə əməl etməmiş, hazırkı vaxtadək nə avtomobili, nə də pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X3 arasında xx.xx.2022ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən sonuncu, mülkiyyətində olan “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 manata İddiaçı satmış, müqaviləni X2 adından Cavabdeh imzalamışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 il müddətinə istifadə hüququna dair Cavabdeh etibarnamə verilmişdir. Tərəflər arasındakı şifahi razılaşmaya əsasən alqı-satqı müqaviləsi bağlandıqdan sonra 5-6 ay müddətində “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində qalmalı, sonra avtomobil iddiaçıya təhvil verilməli idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, razılaşdırılmış vaxtın tamam olmasına və nəqliyyat vasitəsinin idarə edilməsi üçün verilmiş etibarnamənin müddətinin bitməsinə baxmayaraq, avtomobili iddiaçıya qaytarmamışdır. Cavabdehin və avtomobilin olduğu yer məlum olmadığından, iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə avtomobil barəsində axtarış elan edilmiş, hazırkı vaxtadək avtomobilin saxlanılması üçün görülmüş tədbirlər nəticə verməmişdir. Hazırda iddiaçı avtomobilin alınması üçün cavabdehə 22.000 manat pul verdiyini iddia edərək, həmin pulu sonuncudan tələb etsə, də bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir ki, sübuta söykənməyən tələb də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı 22.000 manat məbləğində pulun verilməsi hissəsində tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həmin əmlak olmadığı təqdirdə onun dəyəri (xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində avtomobilin satışı dəyəri kimi göstərilmiş) 5000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Volkswagen Passat CC” markalı **-LU- *** dövlət qeydiyyat nişanlı avtomobil, həmin əmlak olmadığı təqdirdə onun dəyəri 5000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 70 (yetmiş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. “Volkswagen Passat CC” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmin əmlak olmadığı təqdirdə onun dəyəri 5000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 70 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6114/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6114/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver