Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-62/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X6, İddiaçının nümayəndəsi X10, Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi (vəkili) X7 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu və ona hesablanmış faiz borcunun, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış faydanın ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödnilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ümumilikdə 24591,65 ABŞ dolları (əsas borc 13715,02 ABŞ dolları, faiz borcu 7199,01 ABŞ dolları, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 3677,62 ABŞ dolları) və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, tələbin X11 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 26 №-li evin, 17 №-li mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 22593,32 ABŞd olları məbləğin və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bakıxanov filialı ilə X12 arasında 18.04.2013-cü il tarixli 2573 №-li kredit müqaviləsi bağlanmışdır. müqaviləyə əsasən X8 30 ay müddətinə illik 24 faiz olmaqal 20000 ABŞ dolları kredit verilmişdir. Həmin kreditin təminatı kimi 18.03.2011-ci il tarixli 431 №-li ipoteka müqaviləsinə əlavə 2192 18.04.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq X9 mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 26 №-li evin, 17 №-li mənzili ipoteka ilə yüklü edilmişdir. Borc tam ödənilməmişdir. X11 ölmüşdür. Onun əmlakına dair vərəsəlik işi açılmamışdır. 24.09.2018-ci il tarixli maliyyə arayışına əsasən 2573 №-li kredit müqaviləsinə əsasən borc 22593,32 ABŞ dolları (əsas borc 13715,02 ABŞ dolları, faiz borcu 7199,01 ABŞ dolları, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 1679,29 ABŞ dolları) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər nümayəndəsi (vəkili) X14 iddianı qismən qəbul edərək, qeyd yetdi ki, kredit müqaviləsi üzrə borcun hesablanması X4 öldüyü gün dayandırılmalı idi. bundan başqa, cavabdehlər tərəfindən son zamanlarda ödənilmiş 1057 ABŞ dolları məbləğ çıxılmalıdır. Məhkəmə itərəfləri izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ASC-nin Bakıxanov filialı ilə X12 arasında 18.04.2013-cü il tarixli 2573 №-li kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən X8 30 ay müddətinə illik 24 faiz olmaqal 20000 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən hər ayın 18-dən gec olmayaraq 893 ABŞ dollar məbləğində olmaqla borcun qaytarılması nəzərdə tutulmuşdur. Həmin kreditin təminatı kimi 18.03.2011-ci il tarixli 431 №-li ipoteka müqaviləsinə əlavə 2192 18.04.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq X9 mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 26 №-li evin, 17 №li mənzili ipoteka ilə yüklü edilmişdir. Mənzilin yüklülüyü DƏDRX-də qeydiyyata alınmışdır (0167603 №-li Çıxarış). Həmin mənzildə X11, onun arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 qeydiyyatda olmuşdular, hazırda da qeydiyyatdadılar. X11 22.07.2014-cü il tarixdə ölmüşdür (689008 №-li ölüm haqqında şəhadətnamə). İddiaçı ASC-nin sorğuları əsasında X5 əmlakına dair vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. 24.09.2018-ci il tarixli maliyyə arayışına əsasən 2573 №-li kredit müqaviləsinə əsasən borc 22593,32 ABŞ dolları (əsas borc 13715,02 ABŞ dolları, faiz borcu 7199,01 ABŞ dolları, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 1679,29 ABŞ dolları) təşkil edir. 22.06.2021-ci il tarixli maliyyə arayışına əsasən 2573 №-li kredit müqaviləsinə əsasən borc 24591,65 ABŞ dolları (əsas borc 13715,02 ABŞ dolları, faiz borcu 7199,01 ABŞ dolları, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 3677,62 ABŞ dolları) təşkil edir. 29.08.2018-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə M/11-11603 №-li Bildiriş göndərilmişdir. Həmin Bildiriş DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəçsi tərəfindən qeydə alınmışdır (DƏDRX tərəfindən verilmiş 26.09.2018-ci il tarixli məlumat). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28.02.2022-ci il tarixli, 9/7015 №-li ekspert rəyinə əsasən: 22.07.2014-cü il tarixə (X5 öldüyü günə) əsas borc 13926 ABŞ dolları, faiz borcu 714,87 ABŞ dolları; 18.10.2015-ci il tarixə (müqavilə müddətinin sonu) - əsas borc 13926 ABŞ dolları, faiz borcu 4855,55 ABŞ dolları 25.06.2021-ci il tarixə əsas borc 13926 ABŞ dolları, faiz borcu 7757,55 ABŞ dolları təşkil edir. Ekspert rəyindən görünür ki, X11 tərəfindən öldüyü günədək mütəmadi olaraq həmin məbləğ ödənilmişdir (bəzi hallarda daha çox, bəzi hallarda bir neçə ayın borcu toplam şəkildə). Həmin rəydən eyni zamanda görünür ki, X5 ölümündən sonra 05.09.2019-cu il tarixdə 646,1 və 26.02.2020-ci il tarixdə 411,16, cəmi 1057 ABŞ dolları ödənilmiş, həmin məbləğlər Bank tərəfindən faiz borcunun ödənilməsinə yönəlmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmetinin likvid dəyəri 48000 manat müəyyən edilmişdir. Hazırda iddiaçı Bank 24591,65 ABŞ dolları (əsas borc 13715,02 ABŞ dolları, faiz borcu 7199,01 ABŞ dolları, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 3677,62 ABŞ dolları) məbləğində borcun tutulmasını və tutmanın ipoteka predmteinə yönəldilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunmalı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edildiyi kimi, cavabdehlər X9 mülkiyyət hüququ üzrə məxsus mənzildə onun öldüyü gəndən bu günədək qeydiyytdadılar, həmin evdə yaşayırlar və bu əsasdan onlar mirası tamamilə qəbul etmiş hesab edilirlər. Odur ki, məhkəmə hesab edir ki, X5 Bank qarşısında yaranmış borcunu cavabdehlər (arvadı və oğlu) ödəməlidilər. Lakin, məhkəmə hesab edir ki, cavabdehlər X5 öldüyü günə yaranmış borca görə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktiv) və vəziflərin (miras passivi) toplusu daxildir. Qeyd edildiyi kimi, X5 öldüyü günə (22.07.2014-cü il tarixə) əsas borc 13926 ABŞ dolları, faiz borcu 714,87 ABŞ dolları təşkil edir, gecikdirmə günləri faktiki olaraq mövcud olmamışdır. Bundan başqa, qeyd edildiy kimi, X5 ölümündən sonra cavabdehlər tərəfindən 1057 ABŞ dolları ödənilmiş, həmin məbləğlər Bank tərəfindən faiz borcunun ödənilməsinə yönəlmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 714,87 ABŞ dolları faiz borcu olduğundan və 1057 ABŞ dolları ödənildiyindən, kredit müqaviləsi üzrə ümumiyyətlə faiz borcu mövcud deyil. Eyni zamanda məhkəmə hesab edir ki, (1057 - 714,87) 342,13 ABŞ dolları da tələb edilən 13715,02 ABŞ əsas borcdan silinməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən 13372,89 ABŞ dolları əsas borc tutulmalıdır. İddiaçı Bank tutmanın ipoteka predmetinə yönəldilməsi istəyir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13372,89 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməli, X2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 26 №-li evin, 17 №-li mənzilinə yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, ilkin satış qiyməti 48000 manat müəyyən edilməli, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalı, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 13372,89 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğ və 30 manat dövlət rüsumu ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfin vəsatəti əsasında iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manatın ödənilməsi cavadehlər tərəfindən, məhkəmənin təşəbbüsü ilə iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatının ödənilməsi iddiaçı tərəfindən, 100 manatının ödənilməsi isə cavabdehlər tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizaları məhkəmə cavabdehlərin vəsatəti əsasında və öz təşəbbüsü ilə təyin etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərin vəsatəti əsasında aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdehlər X13 və X1 müştərək qaydada tutularaq (“Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, Kod 502058, VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h AZ46NABZ********************, "xxxx" MMC VÖEN **********, M/h № AZ65UBAZ**********0060AZN001) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş üzrə məhkəmənin təşəbbüsü ilə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatı iddiaçı İddiaçı ASC-dən, 100 manatı cavabdehlər X13 və X1 müştərək qaydada tutularaq X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Ccavabdehlər Cavabdeh1 və Cavabdeh2 13372,89 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə verilsin. X2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 26 №-li evin, 17 №-li mənzilinə yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, ilkin satış qiyməti 48000 manat müəyyən edilsin, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 13372,89 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğ və 30 manat dövlət rüsumu ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə cavabdehlərin vəsatəti əsasında aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdehlər X13 və X1 müştərək qaydada tutularaq (“Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, Kod 502058, VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h AZ46NABZ********************, "xxxx" MMC VÖEN **********, M/h № AZ65UBAZ**********0060AZN001) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmənin təşəbbüsü ilə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatı iddiaçı İddiaçı ASC-dən, 100 manatı isə cavabdehlər X13 və X1 müştərək qaydada tutularaq X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-62/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-62/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver