Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-622/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyətə maneənin cavabdehin hesabına aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi verərək (artırılmış tələblə), mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Firudin bəy Köçərili (hazırki Y.Qasımov) küçəsi ev 3, mənzil 8-in yerləşdiyi torpaq sahəsinin giriş çıxışına mane olan cavabdehlərin istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu Qasımov küçəsi ev 3, mənzil 4-ün yerləşdiyi həyətin giriş qapısının cavabdehlərin hesabına sökülrərək onun yerinin bağlanması və onun mənzilinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul etidləmsini xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək İstifasində olan, mərhum anası X2 məxsus ünvan 1 ünvanında yerləşən 12 №-li mənzilin girişinə mane olan 1 ədəd dəmir darvazanın və 2 ədəd yerə basdırılmış trubanın İddiaçı hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və bundan sonra mənzildən istifadə ediləcək maneənin cavabdeh və digər şəxslərə qadağan edilməsi, 100 manat dövlət rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı ilk iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Hazırda məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə işə baxır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçını dinləyib, onun ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalı və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı, sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 7133 №-li (GPP qəbz nömrəsi **********) qəbzdən görünür ki, Cavabdeh1 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin rüsum dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyətə maneənin cavabdehin hesabına aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli 7133 №-li (GPP qəbz nömrəsi **********) qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh1 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-622/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-622/2024
06.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver