Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6245/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X1, Cavabdeh1 Tanıverdi oğlunun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 45000 manat dəyərində maddi ziyan və 15000 manat məbləğində mənəvi ziyanın əvəzi iddiaçın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayənədəsi vəkil X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil İddiaçı cücə sexi işlətdiyini, bunun isə sahibkarlıq fəaliyyəti olduğunu və hazırki mübahisənin onun sahibkarlıq fəaliyyətindən yaranan mübahisə olduğunu və Mülki-Prossesual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxıldığını deyərək aidiyyəti üzrə işin kommersiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini dedi. Həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, iş materialları arasında olan “İddiaçı Cavabdeh1 barədə şikayət ərizəsi əsasında toplanmış materialları”ın arasında İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi olduğunu, həmin ərizədə İddiaçı Binə qəsəbəsində cücə sexi işlətdiyini, onun Xəzər PRİ-nin 3-cü Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatında “Həsən adlı şəxslə tanış olduğunu, Fəxrəddin adlı şəxsin işçisi olduğunu” beləliklə, İddiaçı Xəzər RPİ-nin 3-cü Şöbəsinə verdiyi izahatında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və yem alqı-satqısının Fəxrəddin adlı şəxslə onun özü arasında olduğunu qeyd etmiş və bununla mübahisənin tərəfinin Cavabdeh1 deyil, Cavabdeh2dur. Hazırda Cavabdeh2 vətəndaş İddiaçı qarşı iddia tələbinə e-2-2(113)-3638/2023 nömrəli Bakı Kommersiya Məhkəməsi baxılaraq Qətnamə qəbul edilmiş və Cavabdeh2 iddia tələbi təmin edilmişdir. Göründüyü kimi hazırki iddia tələbi kommersiya xarakterlidir. Belə ki, İddiaçı cücə sexi işlədir, bu isə sahibkarlıq fəaliyyətidir. Həmçinin bildirib ki, Mülki- Prossesual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Odur ki, hazırki ərizə ilə vəsatət verərək, İddiaçı məhkəmə aidiyyəti qaydalarını pozmaqla iddia ərizəsi verməsini, həmçinin mübahisə predmeti barəsində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3638/2023 nömrəli Qətnaməsinin qəbul edilməsini, mübahisənin əsl tərəfinin Cavabdeh2 olmasını nəzərə alaraq, iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyatı üzrə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsaəsn Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul etdiyi aşkar olunarsa, məhkəmə mülki işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardadın şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə işdə olan cavabdehin nümayəndəsinin izahatından göründüyü kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Bu əsaslarla və Azərbaycan Respublikası MPM-nin 31, 35, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh1 qarşı “istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-6245/2023 nömrəli mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: imza Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6245/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6245/2023
01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver