Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-625/2023 25.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Astra” minik markalı, **- DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 1144 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı məhkəmə iclasına gəlmədiyindən işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən qeyd edir ki, ərizə baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-625/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-625/2023
25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver