Məhkəmə qərarları › İş №2(008)-628/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-628/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-628/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** HY *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı minik avtomobilinə müqaviləyə əsasən ödənilən 3700 (üç min yeddi yüz) manat pulun və ödənilmiş 57 manat dövlət rüsumunun, cəmi 3757 (üç min yeddi yüz əlli yeddi) manat Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 aprel 2023-cü il tarixdə Cavabdeh ilə 2007 ci il buraxış ili olan ** HY *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilin ilkin ödəniş 1900 (bir min doqquz yüz) manat ödəməklə 36 ay olmaqla hər ay 600 (altı yüz) manat ödəməklə avtomobilin qalma şərti ilə aralarında razılaşma əldə olunmuş və müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehə 1900 manat pul verdildikdən sonra 3 ay cavabdehin kartına 600 manat pul ödəmişdir. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixdə cavabdeh heç bir əsas olmadan ** HY *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı minik avtomobilini onun əlindən almışdır. Cavabdehlə bağlanmış öhdəlik müqaviləsinin 1-ci bəndinə əsasən alıcı razılaşmada göstərilənlərə əməl etdiyi təqdirdə heç bir halda və heç bir əlavə bəhanə ilə maşını ondan geri alına bilməz. Göründüyü kimi cavabdeh əsassız bəhanələr gətirərək qeyd olunan avtomobili ondan almış və götürdüyü öhdəliyi yerinə yetirməmiş müqavilənin şərtini pozmuşdur. Bununla bağlı cavabdehə dəfələrlə onun müqavilənin şərtlərini pozduğunu bildirsə də, o nə avtomobli nə də ki, ödədiyi ümumilikdə 3700 (üç min yeddi yüz) manat pulu ona geri qaytarmamışdır. Cavadehin götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən onun hüquqları pozulmuşdur. Nəticədə cavabdehin hərəkətləri səbəbindən ona 3700 manat maddi ziyan dəymişdir. Qeyd olunan avtomobilə ödədiyi 3700 (üç min yeddi yüz) manat dəymiş maddi ziyan cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə, iddiaçı isə yazılı ərizə ilə razılıq verdiyinə görə işə qiyabi icraat qaydasında baxıldı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə görə, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsindən görünür ki, Cavabdeh “Toyota Prius” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin ödənişi 1900 manat ödəməklə 36 ay olmaqla, hər ay 600 manat aılınması barəsində İddiaçı ilə razılığa gəlmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 40 manat, 60 manat, 60 manat, 20 manat, 20 manat, 30 manat, 50 manat, 20 manat, 40 manat, 40 manat, 20 manat, 20 manat, 60 manat, 20 manat, 60 manat və 50 manat pul ödəmişdir. AE N 146480 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətmnməsindən görünür ki, 10HY356 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı minik avtomobil X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə əsasən Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinin tələbinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edili. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərək onun ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlnamış olduğunu bildirsədə, məhkəmə iddiaçının nəzərinə çatdırarq qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, 10HY356 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı minik avtomobilin mülkiyyətiçisi üçüncü şəxsdir, cavabdehin isə həmin avtomobil barsəində sərəncam verməyə hüququnun olmasını təsdiq edəcək hər hansı bir sənədinin olmasını təsdiq edəcək möhtəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa onuda qeyd etmək zəruridir ki, cavabdehin avtomobili iddiaçıya satmaq üçün etibarnaməsi olsa belə, resmi resytrdə qeydiyyata alınan daşınar əmlakın alqı-satqısına dair müqavilə tələblərinə riayyət olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh hər hansı bir əsas olmadan iddiaçının xeyrinə əsassız varlanmmış olduğundan, əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3700 ( üç min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 57 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3700 ( üç min yeddi yüz) manat məbləğində pul vəsaiti və 57 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar