Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6301/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh2 və Cavabdeh1n qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ondan aldığı 500 manat məbləğində, digər Cavabdeh2 isə 5.500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli qəsəbəsində torpaq sahəsi almaq niyyətindədir. Tanışı olan Cavabdeh1 ona onun tanışı Cavabdeh2 orada torpaq sahəsi olduğunu və ona sata biləcəyini bildirmiş və onları görüşdürməyini xahiş etmişdir. Cavabdeh2lə görüşündə onun Məmmədli qəsəbəsində yerləşən “MM House” kafesinin yanında 200 kv m2 (2 sot) torpaq sahəsinin olduğunu bildirmiş və daha sonra həmin əraziyə baxış keçirdikdən sonra xx.xx.2022-ci il tarixdə 4.500 manat pul müqabilində şifahi razılaşma yolu ilə almışdır. Və digər cavabdehə də köməklik etdiyi üçün 500 manat pul vermişdir. Torpaq sahəsinin sənədləri ilə bağlı maraqlananda isə o, ona 2 ay ərzində torpaq sahəsinin dövlət qeydiyyatına alınacağını (çıxarış) bildirmiş və onda ona inanaraq torpaq sahəsində tikinti işləri aparmaq qərarına gəlmişdir. Tikinti işləri görmək üçün isə Abşeron rayon icra hakimiyyətindən müvafiq icazənin alınmalı olduğunu bildirərək Cavabdeh2 ondan 500 manat məbləğində pul almış və 2-ci otağı inşa etdirmək istədikdə isə o ona yenə icazənin alınmalı olduğunu bildirərək 500 manat, ümumilikdə 1.000 manat məbləğində pul almışdır. Bu vaxtlarda o, ona torpaqın dövlət qeydiyatına keçməsinin nə yerdə olduğunu soruşduqda hər dəfə müxtəlif yalanlar söyləyərək həll edəcəyini bildirmişdir. O, qeyd edilən torpaq sahəsinə tikinti işləri apararkən özünü bələdiyyə işçisi olaraq təqdim edən şəxs bu torpaq sahəsinin kənd təsərüfatlı təyinatı olduğunu və hər hansı tikinti işlərini apara bilməyəcəyini bildirib tikintini dayandırmışdır. Özbəyə zəng edərək hadisəni danışdıqda narahat olma həll edəcəm gedək bələdiyəyə sənə sənəd verməsi bəhanəsi ilə bələdiyəyə getmişlər. Amma orda Özbəyi tanıdıqlarını və onun kimi bir çox şəxsi bu yolla aldatdığını öyrəndikdən sonra dərhal polis orqanlarına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd qərarı verilmişdir. (İş materiallarına əlavə olunur). xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iddiaçı Cavabdeh1 ərizə ilə müraciət edərək mülki iş üzrə Cavabdeh1 Səhrən oğlundan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə tərəfindən ərizə mümkün hesab edilmiş, Babek sehran oğlu cavabdehlər sırasından çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materaillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh2 izahat verərək bildirmişdir ki, o təxminən 2003-cü ildə tanımadığı şəxsdən özü üçün fərdi ev inşa etdirmək məqsədi ilə Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 250 kv.m (2,5 sot) boş torpaq sahəsini aldığını, həmin ərazidə özü üçün ev inşa etdirdiyini, hazırda Məmmədli qəsəbəsində fərdi qaydada ev və torpaq alqı-satqısı ilə məşğul olduğunu, 2022-ci ilin iyun ayının əvvəllərində həmin ərəfədə qonşuluqda yaşayan Qəşəm adlı şəxsin sonradan adlarını bildiyi İddiaçı və Cavabdeh1 Seyranoğlu ilə onu tanış edib sonuncuların ev inşa etdirmək üçün boş torpaq sahəsi almaq istədiklərini bildirdiyini, Qəşəmin həmin şəxslərin maddi vəziyyətlərinin yaxşı olmadığını bildirib onlara ucuz qiymətə torpaq sahəsi satmağını xahiş etdiyini, bu səbəbdən özünə məxsus 250 kv.m torpaq sahəsinin 100 kv.m (1 sot) hissəsini sata biləcəyini bildirdiyini, Qəşəm və Cavabdeh1 iştirakı ilə 100 kv.m torpaq sahəsini 3.700 manata satacağı barədə İddiaçı ilə şifahi razılaşdıqlarını, 2022-ci ilin iyun ayının ortalarında İddiaçı qeyd edilən torpaq sahəsinə gəlib Qəşəm və Cavabdeh1 iştirakı ilə ona 3.100 manat nəğd pul verdiyini, təxminən 1-2 gün sonra İddiaçı orada ev inşa etdirməyə başladığını, bundan təxminən 3 ay sonra Rozanın ona həyat yoldaşı kimi təqdim etdiyi Cavabdeh1 Seyranoğlunun iştirakı ilə torpaq sahəsində ona olan borcundan 500 manat nəğd pul verdiyini, bir müddət sonra İddiaçı maddi imkanının çatmadığına görə tikinti işlərini dayandırdığını, cari ilin fevral ayının əvvəllərində qeyd edilən torpaq sahəsində Roza və Cavabdeh1lə rastlaşdığını, həmin vaxt İddiaçı ona olan 100 manat borcunu da verdiyini, 2023-cü ilin aprel ayının əvvəllərində yenidən İddiaçı və Cavabdeh1 Seyranoğlu ilə rastlaşdıqlarını, həmin vaxt İddiaçı ona 500 manat nəğd pul verib evin 2-ci otağını inşa etdirmək istədiyini bildirib, ondan bunun üçün müvafiq icazə almağını xahiş etdiyini, onunla razılaşaraq 500 manat pulu götürdüyünü, bundan 2-3 ay sonra İddiaçı zəng edərək tikinti aparmaq istəmədiyini bildirib bunun üçün verdiyi 500 manatı qaytarmağını xahiş etdiyini, həmin gün İddiaçı Cavabdeh1lə birlikdə torpaq sahəsinə gəldiklərini, həmin vaxt Rozaya 250 manat pul qaytarıb qalan 250 manatı isə bir neçə günə qaytaracağına söz verdiyini, 2023-cü ilin aprel ayının ortalarında İddiaçı zəng edərək maddi vəziyyətinin yaxşı olmadığı üçün tikintini başa çatdıra bilmədiyini bildirib ondan oranı satmağını xahiş etdiyini, ona qeyd edilən torpaq sahəsini və yarımtikilini satılmasında köməklik edəcəyini bildirdiyini, lakin bundan bir neçə gün sonra İddiaçı zəng edib müxtəlif bəhanələr göstərərək verdiyi pulları və tikinti işlərinə xərclədiyi pulları qaytarmağını tələb etdiyini, İddiaçı 12x10 metr, yəni 120 kv.m ərazidə olan torpaq sahəsi satdığını, sonuncunun ona ümumilikdə 3.950 manat pul verdiyini, İddiaçı müraciətində və izahatında ona satdığı torpaq sahəsinin Bələdiyyə sənədinin və “çıxarış”ının olması və təxminən 2 aydan sonra torpaq sahəsinin müvafiq sənədlərini ona təqdim edəcəyinə söz verməsi barədə göstərdiklərinin həqiqətə uyğun olmadığını, öz şəxsi torpaq sahəsinin bir hissəsini İddiaçı satdığını və şifahi razılaşarkən qeyd edilən torpaq sahəsinin hər hansı bir sənədinin olmadığını ona bildirdiyini, lakin gələcəkdə həmin ərazinin sənədləşdirilməsi prosesində onun da torpaq sahəsinə müvafiq sənədlərin veriləcəyini izah etdiyini, eləcə də İddiaçı tikinti işlərinə təxminən 2.000-2.500 manat pul xərclədiyini bildirmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 81 manat dövlət rüsumu ödənmişdir. Məhkəmə iclasında dinləlinən səs yazısından məyyən edilir ki, İddiaçı cavabdeh X2 ona vermiş olduğu pulu tələb etmiş, lakin cavabdeh pulu olmadığını, adam tapıb torpaq sahəsini satdıqdan sonra pulu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə mülki işin matriallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh X1 izahatından müəyyən edilir ki, iddiaçı cavabdehdən torpaq almaq məqsədi ilə ona pul vermişdir. İddiaçı verilən pulun məbləğinin 5500 manat olduğunu bildirsədə, cavabdehin izhatından məlum olur ki, iddiaçı ona cəmi 4200 manat məbləğində pul vermişdir. Cavabdeh X3 ona verilmiş opuldan 250 manat hissəsini iddiaçıya qaytarmış olduğunu bildirsədə, bu halı təsdiq edəcək sübutları nə məhkəməyə, nədəki istintaq oraqanına təqdim etməmişdir, eyni zamanda iddiaçıda məhkəmə iclasında cavabdehin ona verdiyi puldan hər hansı bir ödəniş etməsi halını qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh hər hansı bir əsas olmadan iddiaçıdan 4200 manat məbləğində pul almış olduğundan almış olduğu pulu iddiaçıya qaytarmalıdır. Belə ki, daşınmaz əmlakın alqı satqısı müqaviləsi şifahi deyildə, yalnız sözügedən daşınmaz əmlak cavabdehin mülkiyyətində olduğu təqdirdə notariat ofisində bağlanmalı idi. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, alınması adı ilə pul ödənilən torpaq sahəsi dövlət qeydiyyatından keçməyən, cavabdehin qanunu istifadəsində olmayan olduğundan, topaq sahəsi alqı-satqı müqaviləsinin predmenti olması qanunvericiliyin tələblərini uyğun deyildir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 4200 (dörd min iki yüz) manat məbləğində pul və 62 (altmış iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6301/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6301/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver