Məhkəmə qərarları › İş №2(008)-6312/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6312/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6312/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iki ədəd HOFFMANN markalı Mikrodalğalı soba, iki ədəd HOFFMANN markalı Çaynik, Samsung LED markalı televizor, iki ədəd saxlama qabı, Samsung markalı paltaryuyan üçün 2808 manat ödənilməmiş hissə, 821 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən, masa, stul üçün 1142 manat ödənilməmiş hissə, 348 manat dəbbə pulu borcu, ümumilikdə 5119 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5149 manatın cavabdehdən alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən iki ədəd HOFFMANN markalı Mikrodalğalı soba, iki ədəd HOFFMANN markalı Çaynik, Samsung LED markalı televizor, iki ədəd saxlama qabı, Samsung markalı paltaryuyan, Panasonic markalı ətçəkən, masa, stul almış və nəticədə 5119 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 4195 manat (24 ay x 161 manat +331 manat ilkin ödəniş) olan iki ədəd HOFFMANN markalı Mikrodalğalı soba, iki ədəd HOFFMANN markalı Çaynik, Samsung LED markalı televizor, iki ədəd saxlama qabı, Samsung markalı paltaryuyan üçün 3629 manat olmaqla, ondan 2808 manat ödənilməmiş hissə, 821 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1494 manat (18 ay x 83 manat + 0 manat ilkin ödəniş) olan Panasonic markalı ətçəkən, masa, stul üçün 1490 manat olmaqla, ondan 1142 manat ödənilməmiş hissə, 348 manat dəbbə pulu, borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1739 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahat verərək qeyd etdi ki, adıçəkilən malları X2 xahişi ilə onun üçün lakin öz adına almışdır, başa düşür ki, borc onun üstündə qalıb. Qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrdən görünür ki, iddiaçı cavabdehə iki ədəd HOFFMANN markalı Mikrodalğalı soba, iki ədəd HOFFMANN markalı Çaynik, Samsung LED markalı televizor, iki ədəd saxlama qabı, Samsung markalı paltaryuyan, Panasonic markalı ətçəkən, masa, stul satmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə aralarında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 3950 manat əsas, 1169 manat cərimə borcu, cəmi 5119 manat borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış 1169 manat cərimə məbləğinin 10 %-i həcmində, yəni 117 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 79 % hissəsində təmin edildiyindən (51xx xxxxxxxx 4067 manatın faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 23,70 manatı cavabdehə,6,30 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iki ədəd HOFFMANN markalı Mikrodalğalı soba, iki ədəd HOFFMANN markalı Çaynik, Samsung LED markalı televizor, iki ədəd saxlama qabı, Samsung markalı paltaryuyan üçün 2808 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən, masa, stul üçün 1142 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu borcu, ümumilikdə 4067 manat borc Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iki ədəd HOFFMANN markalı Mikrodalğalı soba, iki ədəd HOFFMANN markalı Çaynik, Samsung LED markalı televizor, iki ədəd saxlama qabı, Samsung markalı paltaryuyan üçün 2808 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən, masa, stul üçün 1142 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu borcu, ümumilikdə 4067 manat borc Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 23,70 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. 6,30 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMC-yə aid edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar