Məhkəmə qərarları › İş №2(008)-6465/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6465/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6465/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5300 (beş min üç yüz) manat pulun, iddia qaldırmaqla bağlı tərəfindən ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında normal tanışlıq münasibətləri olmuş, maddi vəziyyətinin ağır olması ilə əlaqədar ondan borca pul istədiyini və Bank sistemində qara siyahıda olduğu üçün kreditlə pul götürə bilmədiyini deyərək, İddiaçı öz adına bankdan kredit götürərək ona verməsini, götürdüyü kreditin faizini və həmçinin götürülən əsas kredit məbləğinin ödənişini öz üzərinə götürdüyünü bildirmişdir. O, Cavabdeh inanaraq 05 iyul 2021-ci il tarixdə cavabdehlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən Beynəlxalq Banka gələrək öz adına kredit sənədləşdirərək, 4500 (dörd min beş yüz) manat kredit götürmüş və bankın qarşısında Cavabdeh vermişdir. 2023-cü ilin yanvar ayının sonralarında Xətai rayon İcra şöbəsinə dəvət olunmuş və orada icra məmuru tərəfindən ona icra qeydi təqdim edilən zaman məlum olmuşdur ki, Cavabdeh üçün öz adına sənədləşdirdiyi kredit üzrə cavabdeh aralarında olan şərtlərə əməl etməməklə, Banka heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, onun banka faiz, dəbbə pulu və əsas kredit məbləği ilə birlikdə ümumilikdə 5253,27 (beş min iki yüz əlli üç manat iyirmi yeddi qəpik) manat borcu olduğu və ödənilməsi ondan tələb edilmişdir. O, təqaüt pulunu aldığı üçün, banka yaranmış borcun ödənilməsi Xətai rayon İcra şöbəsi tərəfindən aldığı təqaüt puluna yönəldilmişdir. Beləliklə, məlum olmuşdur ki, Cavabdeh ilə aralarında olan razılaşmaya uyğun olaraq, cavabdeh üzərinə götürdüyü şərtləri və öhdəlikləri yerinə yetirməmişdir. Bu halları aydınlaşdırmaq üçün cavabdehi axtarmağa başlamış və nəhayət 05 mart 2024-cü il tarixdə onu taparaq yalan vədləri nəticəsində düşdüyü vəziyyəti ona bildirmişdir. Cavabdeh yenə də, yalan vədlər verərək yaranmış borcu 5 ay müddətinə tam ödənilməsinin təmin edəcəyini və onu inandırmaq üçün bununla bağlı yazılı iltizam verərək, imzası ilə təsdiq etmişdir. Lakin bir müddət sonra yenidən onunla əlaqə saxlamaq mümkün olmamış və məcburiyyət qarşısında qalaraq polis orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis bölməsində şikayəti ilə bağlı aparılan araşdırma zamanı Cavabdeh izahat verərək hər şey olduğu kimi etiraf etmiş və izahatında yaranmış borcu evini sataraq ödəyəcəyini demişdir. Aparılan araşdırmanın nəticəsində Nəsimi RPİ-nin 22-ci Polis bölməsi tərəfindən 03 may 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, şikayətin mülki xarakterli olduğunu, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı X1 tərəfindən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin rədd edilməsi və ona mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunan Cavabdeh tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, onun İddiaçı olan 5300 (beş min üç yüz) manat borcu 5 ay müddətinə qaytaracağını bildirmişdir. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, borclu İddiaçı tələbkar "xxxx" ASC tərəfindən ödənilməmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, 5253,27 (beş min iki yüz əlli üç manat iyirmi yeddi qəpik) manat pul tutulsun. İş materiallarında olan İddiaçı Səbail RPİ-nin rəisinə yazmış olduğu 15 aprel 2024cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Beynəlxalq Bankından götürmüş olduğu 4500 manat pulu Cavabdeh vermişdir. Məhkəmə araşdırması nəticəsində tərəflər arasında borc (pul) münasibətlərinin olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq, Cavabdeh 4500 manat pul tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən yazıldığı ehtimal olunan iltizamdan görünür ki, onun İddiaçı 5300 manat borcu var və 5 ay ərzində qaytaracağı qeyd olunur. Məhkəmə hesab edir ki, İddiaçı 15 aprel 2024-cü il tarixdə Polisə yazmış olduğu ərizəsində, 03 may 2024-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarda da qeyd edir ki, Bankdan götürmüş olduğu 4500 manat pulu Cavabdeh vermişdir. Yəni iddia bu əsasla qismən təmin olunaraq, Cavabdeh 5300 manat deyil 4500 manat tutularaq, İddiaçı qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bankdan götürülmüş 4500 manat kredit məbləğinə fesablanmış faiz və cərimə məbləğləri nəticəsində hazırda Banka olan borc məbləğinin 800 manat artaraq, 5300 manat olmasına İddiaçı məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Beynəlxalq Bankı ilə BPM**********75 nömrəli kredit müqaviləsinin tərəfi İddiaçıdur. Yəni bank qarşısında kredit müqaviləsinə əsasən öhdəlik daşıyan şəxs İddiaçıdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasını rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh, İddiaçı borc pul götürməsini etiraf etmişdir. Yəni Cavabdeh iddiaçı qarşısında borc pul öhdəliyinin olmasını etiraf etsə də öhdəliyə əməl etməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 65 (altmış beş manat) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz manat) manat məbləğində borc və 65 (altmış beş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar