Məhkəmə qərarları › İş №2(008)-647/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-647/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-647/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh əsassız köçürülmüş pulun geri qaytarılmasıtələbinə dair ilk iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC məhkəməyə müraciət edərək Cavabdeh səhvən artıq ödənilmiş 12431.32 avro məbləğin, həmin məbləğin bankdan götürüldüyü gündən illik xx.xx.2024-cü il tarixdən etibarən 5 faiz hesablanmaqla 177.83 avro (pulun çıxarıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ötən 103 günə görə günlük 1.7265 avro olmaqla) faizlərin və 3000 avro məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə verərək ərizənin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalı və ərizə baxılmamış saxlanılmalı, sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarında olan ********** №-li qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2024-cü il tarixdə 179.12 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin rüsum dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı İddiaçı ASC-nin ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 179.12 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar