Məhkəmə qərarları › İş №2(008)-6482/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6482/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6482/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 17 iyun 2023-ci il tarixdə böyük icra məmuru Nicat Bayramov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmşdir. Elə həmin gün müvafiq aktla 1 ədəd elektron mobil qurğu (attenti maralı), 1 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 1 ədəd mobil qurğunun qoruyucu kabrosu və 1 ədəd elektron qolbaq məhkum, hazırki iş üzrə cavabdeh olan Cavabdeh üzərinə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində olarkən izahatı alınmış, izahatında o, Reablitasiya mərkəzində müalicə aldığı zaman ona təhkim olunmuş elektron mobil qurğunun binanın 3-cü mərtəbəsindən 1-ci mərtəbəsinə yerə düşərək iki yerə bölündüyünü, yararsız vəziyyətə düşdüyünü və işlək vəziyyətdə olmadığını bildirmişdir. Belə olan halda, cavabdehin təqsiri üzündən elektron mobil nəzarət qurğusu yararsız vəziyyətə salınmış və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 2277,40 manat təşkil etməsi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu itirilmiş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh reablitasiya mərkəzində müalicə aldığı zaman ona təhkim olunmuş elektron mobil qurğu binanın 3-cü mərtəbəsindən 1-ci mərtəbəsinə yerə düşərək iki yerə bölünərək yararsız vəziyyətə düşmüşdür. İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin idarə rəhbərliyini müvəqqəti təmin edən Nicat Bayramov məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixində keçiriləcək məhkəmə iclasını onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan göstərişin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-364/2023 nömrəli hökmü xx.xx.2023cü il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh komplekt: 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adaptoru, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq təhvil verilib. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verimiş. İş materiallarında olan xx.xx.2023-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh iltizam verilir ondan ötrü ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 364/2023 nömrəli hökmü xx.xx.2023-cü il hökmü (qərarı) üzrə ona təhkim edilmiş: mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq qəbul etmiş və ona izah edilmişdir ki, ona təhkim edilmiş yuxarıda sadalanan elektron vasitələri korlayarasa, zədələyərsə barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatının dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən zədələnən elektron nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat dəyərində olması sübut olunur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddia təmin edilərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 manat dəyərində vəsait alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti alınıb dövlət büdcəsinə köçürülsün (Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına: müxbir hesab:AZ41NABZ013601*********03944; kod: 21***5; swift: CTREAZ22; təsnifat kodu: 142330; valyuta: azen, VÖEN: **********). Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar