Məhkəmə qərarları › İş №2(008)-652/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-652/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-652/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 28.01.2021-ci il tarixli, NZLMB-06633 saylı kredit müqaviləsi üzrə kreditə görə 3372,73 manat əsas, faiz borcuna görə 406,99 manat borcun, cərimə borcuna görə 719,8 manat borcun, cəmi məbləği 4499,52 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, cavabdehə məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi: kulon - 1 ədəd, çəkisi 07 qr, əyarı - 750; üzük - 2 ədəd, çəkisi 11,3 qr, əyarı - 750; sep-kulon - 1 ədəd, çəkisi 4,7 qr, əyarı - 750; üzük (ağlı 1 qaş yox) - 5 ədəd, çəkisi 14,2 qr, əyarı 583; sırğa (ağlı) - 3 ədəd, çəkisi 10,4 qr, əyarı 583; kulon - 1 ədəd, çəkisi 1,3 qr, əyarı 583; komplekt – 1 ədəd, çəkisi 8,8 qr, əyarı 583; sep-kulon – 1 ədəd, çəkisi 6 qr, əyarı 583, cəmi 63,7 qr, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə olunan vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.01.2021-ci il tarixli, NZLMB-06633 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 3599 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri, əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 3372,73 manat əsas, faiz borcuna görə 406,99 manat, cərimə borcuna görə 719,8 manat, cəmi məbləği 4499,52 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus olan iddia tələbində göstərilən qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 28.01.2021-ciil tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən Bankın "Nizami" filialına saxlanca verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmı cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.01.2021-ci il tarixli, NZLMB-06633 saylı (qızıl-zinət əşyalarının təminatı ilə) kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 30 faiz ödənilmək şərti ilə, 3599 manat məbləğində kredit vəsaiti verilmiş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən 3599 manat məbləğində vəsait Cavabdeh ödənilmiş və cavabdeh həmin məbləği qəbul etmişdir (28.01.2021-ci il tarixli kassa məxaric orderi). Kredit müqaviləsinə əsasən öhdəliyin icrasının təmini məqsədi ilə tərəflər arasında 28.01.2021-ci il tarixli saxlanc girovu haqqında müqavilə bağlanmışdır. Həmin girov müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus: kulon - 1 ədəd, çəkisi 07 qr, əyarı - 750; üzük - 2 ədəd, çəkisi 11,3 qr, əyarı - 750; sep-kulon - 1 ədəd, çəkisi 4,7 qr, əyarı - 750; üzük (ağlı 1 qaş yox) - 5 ədəd, çəkisi 14,2 qr, əyarı 583; sırğa (ağlı) - 3 ədəd, çəkisi 10,4 qr, əyarı 583; kulon - 1 ədəd, çəkisi 1,3 qr, əyarı 583; komplekt – 1 ədəd, çəkisi 8,8 qr, əyarı 583; sep-kulon – 1 ədəd, çəkisi 6 qr, əyarı 583, cəmi 63,7 qr, qızıl-zinət əşyaları banka girova qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları İddiaçı ASC-nin "Nizami" filialına saxlanca verilmişdir (saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair Akt). Cavabdehnun İddiaçı ASC-yə ödənilməmiş 3372,73 manat əsas, 406,99 manat faiz, 719,8 manat cərimə, cəmi 4499,52 manat kredit borcu təşkil edir (Bank tərəfindən verilmiş maliyyə arayışı). İddiaçı ASC tərəfindən cavabdeh X4 oğlundan borcun ödənilməsi tələb edilmişdir (Bank tərfindən iddiaçıya ünvanlanmış bildiriş). İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Lakin, məhkəmə hesab edir ki, iddia cərimənin tutulması hissəsində qismən, yəni 70 manat hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə eyni zamanda iddia tələbinin təmin olunmuş hissəsinin girov predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Lakin, məhkəmə hesab edir ki, iddia girov predmetlərinin açıq hərracda satılmasından əldə olunan vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi hissəsində rədd edilməlidir. Belə ki, digər əmlaka yönəlmə icra mərhələsində həll edilən məsələdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 28.01.2021-ci il tarixli, NZLMB-06633 saylı kredit müqaviləsi üzrə kreditə görə 3372,73 manat əsas, faiz borcuna görə 406,99 manat, cərimə borcuna görə 70 manat, cəmi 3849,72 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh məxsus olan girov qoyulmuş: kulon - 1 ədəd, çəkisi 07 qr, əyarı - 750; üzük - 2 ədəd, çəkisi 11,3 qr, əyarı - 750; sep-kulon - 1 ədəd, çəkisi 4,7 qr, əyarı - 750; üzük (ağlı 1 qaş yox) - 5 ədəd, çəkisi 14,2 qr, əyarı 583; sırğa (ağlı) - 3 ədəd, çəkisi 10,4 qr, əyarı 583; kulon - 1 ədəd, çəkisi 1,3 qr, əyarı 583; komplekt – 1 ədəd, çəkisi 8,8 qr, əyarı 583; sep-kulon – 1 ədəd, çəkisi 6 qr, əyarı 583, cəmi 63,7 qr, qızıl-zinət əşyalarına yönəldilməli, bu əmlaklar hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borc ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28.01.2021-ci il tarixli, NZLMB-06633s aylı kredit müqaviləsi üzrə kreditə görə 3372,73 manat əsas, faiz borcuna görə 406,99 manat, cərimə borcuna görə 70 manat, cəmi 3849,72 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş: kulon - 1 ədəd, çəkisi 07 qr, əyarı - 750; üzük - 2 ədəd, çəkisi 11,3 qr, əyarı - 750; sep-kulon - 1 ədəd, çəkisi 4,7 qr, əyarı - 750; üzük (ağlı 1 qaş yox) - 5 ədəd, çəkisi 14,2 qr, əyarı 583; sırğa (ağlı) - 3 ədəd, çəkisi 10,4 qr, əyarı 583; kulon - 1 ədəd, çəkisi 1,3 qr, əyarı 583; komplekt – 1 ədəd, çəkisi 8,8 qr, əyarı 583; sep-kulon – 1 ədəd, çəkisi 6 qr, əyarı 583, cəmi 63,7 qr, qızıl-zinət əşyalarına yönəldilsin, həmin əmlaklar hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına borc ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar