Məhkəmə qərarları › İş №2(060)-283/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-283/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-283/2022 12.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «X3 müqaviləsinin ləğvinə, avtomobilin təhvil verilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «X3 müqaviləsinin ləğvinə, avtomobilin təhvil verilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ilə bağlanmış 28 iyun 2019-cu il tarixli, 223/LA nömrəli X3 Müqaviləsinə xitam verilməsi, LPO İddiaçı ASC-nin xeyrinə 25772.46 AZN əsas, 9020.84 AZN faiz, 17.54 AZN cərimə borcu olmaqla cəmi 34810.84 (otuz dörd min səkkiz yüz on manat 84 qəpik) AZN borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulması, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Mercedes Benz S63” minik markalı (tip sedan. Ban WDDNG77X68Aİ49103, rəngi ağ, buraxılış ili 2008-ci il) olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2019-cu il tarixli, 223/LA nömrəli X3 Müqaviləsi bağlanaraq İddiaçı ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “Mercedes Benz S63” minik markalı (tip sedan, Ban WDDNG77X68A149103, rəngi ağ, buraxılış ili 2008-ci il) olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə X1 arasında bağlanmış 08 iyul 2019-cu il tarixli X2-Satqı Müqaviləsinə əsasən satıcı “Mercedes Benz S63” minik markalı (tip sedan, Ban WDDNG77X68A149103, rəngi ağ, buraxılış ili 2008-ci il) olan avtomobili İddiaçı ASC-yə satılmasını, İddiaçı ASC isə avtomobilin dəyəri olan 55000 AZN satıcıya ödənilməsini və qeyd olunmuş avtomobilin qəbul edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı ASC əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə etmişdir. Lizinq Müqaviləsinin ümumi məbləği 30000 (otuz min) manat, o cümlədən lizinq obyektinin qiyməti 55000 (əlli beş min) manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 25 (iyirmi beş) faiz olmaqla lizinqə verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndlərinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq ödənişlərinin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, müqavilə üzrə əsas borcun, faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********288 saylı, 23.06.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 18 iyun 2021-ci il tarixə kredit üzrə cəmi borcu 34810.84 (otuz dörd min səkkiz yüz on manat 84 qəpik) AZN təşkil edir. Bundan 25772.46 (iyirmi beş min yeddi yüz yetmiş iki manat 46 qəpik) AZN əsas, 9020.84 (doqquz min iyirmi manat 84 qəpik) AZN faiz və 17.54 (on yeddi manat 54 qəpik) AZN cərimə borcu təşkil edir. Beləliklə, Lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ardıcıl olaraq 2 (iki) dəfədən artıqdır ki, lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə 25 fevral 2020-ci il tarixində 1200 (bir min iki yüz) manat ödəniş etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3i müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2019-cu il tarixli, 223/LA nömrəli X3 Müqaviləsi bağlanaraq İddiaçı ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “Mercedes Benz S63” minik markalı (tip sedan, Ban WDDNG77X68A149103, rəngi ağ, buraxılış ili 2008-ci il) olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq Müqaviləsinin ümumi məbləği 30000 (otuz min) manat, o cümlədən lizinq obyektinin qiyməti 55000 (əlli beş min) manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 25 (iyirmi beş) faiz olmaqla lizinqə verilmişdir. İş materiallarında olan **********288 saylı 23.06.2021- ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, Cavabdeh bank tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, lizinq obyekti lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 25 (iyirmi beş) faiz olmaqla lizinqə verilmiş, lizinq müqaviləsinin ümumi məbləği 30000 (otuz min) manat təşkil etmişdir. İş materiallarında olan 29.06.2021-ci il tarixli, **********376 nömrəli arayışdan görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2019-cu il tarixli, 223/LA saylı kredit müqaviləsi üzrə 18 iyun 2021-ci il tarixə yaranmış tələb 25772.46 AZN əsas, 9020.84 AZN faiz, 17.54 AZN cərimə borcu olmaqla, cəmi 34810.84 (otuz dörd min səkkiz yüz on manat 84 qəpik) AZN təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş bu xərc cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 28 iyun 2019-cu il tarixli, 223/LA nömrəli X3 Müqaviləsi ləğv edilməli, LPO İddiaçı ASC-nin xeyrinə 25772.46 AZN əsas, 9020.84 AZN faiz, 17.54 AZN cərimə borcu olmaqla cəmi 34810.84 (otuz dörd min səkkiz yüz on manat 84 qəpik) AZN borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutulmalı, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Mercedes Benz S63” minik markalı (tip sedan. Ban WDDNG77X68Aİ49103, rəngi ağ, buraxılış ili 2008-ci il) olan avtomobil Ləğv Prosesində olan İddiaçı ASC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 28 iyun 2019-cu il tarixli, 223/LA nömrəli X3 Müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 25772.46 AZN əsas, 9020.84 AZN faiz, 17.54 AZN cərimə borcu olmaqla cəmi 34810.84 (otuz dörd min səkkiz yüz on manat 84 qəpik) AZN borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Mercedes Benz S63” minik markalı (tip sedan. Ban WDDNG77X68Aİ49103, rəngi ağ, buraxılış ili 2008-ci il) olan avtomobil Ləğv Prosesində olan İddiaçı ASC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar