Məhkəmə qərarları › İş №2(008)-653/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-653/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-653/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması, mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14.02.2020 il tarixli, NZNPT-0096 saylı kredit müqaviləsi üzrə 33800,7 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 10310,18 manat məbləğində faiz borcu və 733,32 manat məbləğində dəbbə borcu, cəmi 44844,2 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/ 34 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 14.02.2020 il tarixli, NZNPT-0096 saylı kredit müqaviləsi üzrə cəmi 44844,2 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 70 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Qasımov X12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/ 34 saylı mənzilindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami» filialı ilə Cavabdeh arasında bağlanmış 14.02.2020 il tarixli, NZNPT-0096 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% dərəcəsi olmaqla 24 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. 14.02.2020 il tarixli, NZNPT-0096 saylı saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh oğlu öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 14.02.2020-ci il tarixli, NZNPT-0096 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 33800,7 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 10310,18 manat məbləğində faiz borcu və 733,32 manat məbləğində dəbbə borcu, cəmi 44844,2 manat təşkil edir. 14.02.2020-ci il tarixli, NZNPT- 0096 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21a/ 34 saylı mənzili 14.02.2020 il tarixli, NZNPT-0096 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 14.02.2020 il tarixli, NZNPT-0096 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 06.09.2019 il tarixli, QUFS- 4986saylı kredit müqaviləsi üzrə 33800,7 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 10310,18 manat məbləğində faiz borcu və 733,32 manat məbləğində dəbbə borcu, cəmi 44844,2 manat pul tutulmalıdır, tələblər ipoteka predmetinə yönəldilməlidir, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ipoteka predmeti boşaldılmalıdır. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14.02.2020 il tarixli, NZNPT-0096 saylı kredit müqaviləsi üzrə 33800,7 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 13138.47 manat məbləğində faiz borcu və 7000 manat məbləğində dəbbə borcu, cəmi 53939.17 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 281.82 manat məbləğində, cəmi 321.82 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/ 34 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 14.02.2020 il tarixli, NZNPT-0096 saylı kredit müqaviləsi üzrə cəmi 53939.17 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 321.82 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Qasımov X12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/ 34 saylı mənzilindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 01.10.2021-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə məhkəmə iclasının cavabdehin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci tarixli, NZNPT-0096 saylı əsas kredit müqaviləsinə əsasən bank borcalana illik 20% olmaqla 24 ay müddətinə 35 000 (otuz beş min) manat məbləğində bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanmaqla kredit verir. Kredit müqaviləsinin əlavənin 1.1-ci bəndinə əsasən borc alan müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci tarixli, NZNPT-0096 saylı ipoteka müqaviləsinə əsasən tərəflər Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzil ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X5 daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzil “Rabitəbank»ASCxeyrinə yüklü edilmişdir. - 24 sentyabr 2021-ci il tarixli arayışa əsasən Cavabdeh NZNPT-0096 saylı kredit müqaviləsi üzrə əsas borcu 33800.7 manat əsas borcu, 10310.18 manat faiz, 733.32 manat cərimə olmaqla, cəmi 44844.2 manat təşkil edir. - NZNPT-0096 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 1781.42 manat müəyən edilir. - 14 fevral 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, 34473 manat Cavabdeh almışdır. - 14.02.2020-ci il tarixli, NZNPT-0096 nömrəli kredit müqaviləsinə əsasən 24.06.2020-ci il tarixli əlavə razılşamadan görünür ki, kredit müqaviləsinin bütün şərtləri qalmaqla, 6 ay müddətinə əsas və faiz məbləğin ödənişinə güzəşt müddəti verilmiş və güzəşt müddəti ərzində ödənilməmiş əsas və faiz məbləğlər və restrukturizasiya tarixinə əsas və faiz məbləğlər üzrə qrafik borcu müddətin sonuna keçirilmişdir. - Naxçıvan MR Şahbuz rayonunun VVADQ şöbəsinin 26 oktyabr 2003-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah 06.10.2003-cü il tarixdə 30 nömrəli akt qeydi ilə qeydə alınmışdır. - 13.02.2020-ci il tarixli X4 və X8 notarial təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzilin İddiaçı ASC-ə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipotekaya qoyulmasına etiraz etmədiklərini bildirmişlər. - "xxxx" MMC-nin 12.01.2022-ci il tarixli, 02 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzilin dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, mənzil likvid dəyəri 80 000 (səksən min) manata dəyərləndirilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh “Rabitəbank»ASC ilə bağladığı 14.02.2020-ci tarixli NZNPT-0096 nömrəli əsas kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə 35 000 (otuz beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairələrinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə ödənilməli olan faiz məbləğinə diqqət yetirərək qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini artlraraq 13138.47 manat məbləğində faiz borcunun ödənilməsini məhkəmədən xqahiş etsədə, faiz borcunu məbləğinin nə qədər artmasını təsdiq edən sübut (maliyyə arayışı təqdim etmədiyindən) məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə tam 33800 manat, faiz borca münasibət də qismən 24.09.2021-ci il tarixli maliyya rayışında qeyd edilmiş məbləğ həddin də 10310.18 manat təmin edilm edilməlidir. Məhkəmə iddia tələbində qeyd eilən 7000 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münsibət bildirərək qeyd edir ki, dəbbə borcu tənasübsüz çox hesablandlığından, iddia tələbi höəmin hissədə qismən təmin edilməli 300 manat məbləğində müəyyən edilməsi daha ədalətli olar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tutlaraq 14.02.2020-ci tarixli NZNPT-0096 saylı əsas kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 33800.7 (otuz üç min səkkiz yüz manat, yetmiş qəpik) manat əsas borc, 10310,18 (on min üç yüz on manat, on səkkiz qəpik) manat faiz borcu, 300 (üç yüz) manat dəbbə borcu, cəmi 44410.88 (qırx dörd min dörd yüz on manat, səksən səkkiz qəpik) manat borc pul iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, “Rabitəbank»ASCilə Cavabdeh oğlu və ipoteka qoyan X6 arasında bağlanmış 14.02.2020-ci tarixli NZNPT-0096 nömrəli ipoteka müqaviləsindən görünür ki, 14.02.2020ci tarixli NZNPT-0096 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzil iddiaçı “Rabitəbank»ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ekspert rəyindən görünür ki, əmlakın likvid dəyəri 80.000 (səksən min) manata müəyyən edilir. Habelə, “Rabitəbank»ASCilə X6 arasında bağlanmış 14.02.2020-ci tarixli NZNPT-0096 nömrəli ipoteka müqaviləsindən görünür ki, 14.02.2020-ci tarixli NZNPT-0096 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzil iddiaçı “Rabitəbank» ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzilə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.01.2022-ci il tarixli 02 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı ünvanında yeləşən mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat xidmət haqqı Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh ekpert rəyi üzrə 200 (iki yüz ) manat ekspert xərci tutularaq "xxxx" MMC Ekspertiza Mərkəzinin VÖEN ********** Kapital Bank ASC-də olan AZ37NABZ******************** hesabına ödənilməlidir. Bundan əlavə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı ünvanında yeləşən mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh tərəfindən boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 33800.7 (otuz üç min səkkiz yüz manat, yetmiş qəpik) manat əsas borc, 10310,18 (on min üç yüz on manat, on səkkiz qəpik) manat faiz borcu, 300 (üç yüz) manat dəbbə borcu, cəmi 44410.88 (qırx dörd min dört yüz on manat, səksən səkkiz qəpik) manat borc pul, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum və 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan məbləğ-44410.88 (qırx dörd min dört yüz on manat, səksən səkkiz qəpik) manat borc öhdəliyinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzilinə yönəldilsin. Həmin yaşayış evi açıq hərrac yolu ilə realizə edilsin. Həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən olunsun. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi 21 a/34 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdeh çıxarılmaqla yaşayış sahəsi boşaldılsın. Cavabdeh ekpert rəyi üzrə 200 (iki yüz ) manat ekspert xərci tutularaq "xxxx" MMC Ekspertiza Mərkəzinin VÖEN ********** Kapital Bank ASC-də olan AZ37NABZ******************** hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar