Məhkəmə qərarları › İş №2(008)-6586/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6586/2022

02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6586/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı - İddiaçı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2019-cu ildə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 488 N-li qeyd ilə rəsmiləşən nikahın pozulması, həmin nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü - X2 iddiaçı - İddiaçı himayəsində qalması, yetkinlik yaşına çatmayan - xx.xx.2019-cu il təvəllüdlü - X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 193 (yüz doxsan üç) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o - İddiaçı xx.xx.2019-cu ildə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 488 N-li qeyd ilə rəsmiləşən nikahla cavabdeh – Cavabdeh ilə ailə qurmuşlar. Həmin nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü - X4 adlı övladı dünyaya gəlib. Evliliyinin ilk vaxtlarında mehriban yaşamışlar. Lakin sonradan fikir ayrılıqları yaranmağa başlamış və onlar münasibətlərinə son qoymağa qərar vermişlər. Artıq xeyli vaxtdır ki, onlar faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamağı və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, aralarındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. Uşağın ona bağlılığı çoxdur. Hazırda da uşaqlar onunla yaşayır. Buna görə də uşaqların onun himayəsində qalması onun gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. Qeyd edildiyi kimi, onlar artıq faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşaqları onun himayəsində qalıb, onun bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Uşaqlarının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, təkbaşına edə bilmər. Hal-hazırda onların bütün maddi xərclərini valideynləri çəkir və onlar onların himayəsində yaşayırlar. Uşağın maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşının maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Hal-hazırda həkim işləyir. Bütün bunlara əsasən hesab edir ki, uşağı və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Qanunun tələbi üzrə iddiaçı olaraq o, xx.xx.2022-ci il tarixdə aralarında olan mübahisənin (Nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbi) mediasiya vasitəsi ilə həll edilməsi üçün Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Qarşı tərəf ilkin mediasiya sessiyasında iştirak etmədi. Mediasiyaya ödənilən 50 azn ilkin mediasiya haqqını iddiaçı olaraq o ödəmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, uşağın sağlanması üçün aliment tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və aliment tələbi olmadığını bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikahın 3 ay vaxt verilmədən pozulmasına, uşağın ananın yanında qalmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 3 saylı Bakı “ASAN Xİdmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ İİ seriyalı, 324443 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2019-cu il tarixdə 488 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Zeynalova” soyadı verilmişdir. Ağsu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 231577 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində X4 doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Mediasiya Şurası Bakı 11 saylı Mediasiya Təşkilatının MŞB/11-00824 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasından iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması, uşağın ananın yanında qalması, uşağın himayəyə verilməsi haqqında qarşılıqlı razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulması, uşağın ananın yanında qalması, uşağın himayəyə verilməsinı təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasını israrla təkid etdiyindən 3 ay vaxt verilmədən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, Valideynlərdən hər birinə olan bağlılığı, Valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında qarşılıqlı razılıq olduğundan, xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikahın pozulması, uşağın ananın yanında qalması, uşağın himayəyə verilməsi haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, hazırda iddiaçının uşağın saxlanması üçün alimetin tutulmasını tələb etmədiyində, hazır ki mülki iş üzrə aliment tutulmamalıdır. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 3 saylı Bakı «ASAN Xidmət» X3 nikahın bağlanması haqqında akt qeydləri kitabında 488 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2019-cu il tarixli nikah pozulsun. İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2019-cu il tarixdə doğulmuş X4 İddiaçı himayəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar