Məhkəmə qərarları › İş №2(079)-124/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-124/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-124/2024 09.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “19” yanvar 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh arasında Babək rayonu, Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 14 avqust 2006-cı il tarixdə 05 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, 13 may 2007-ci il təvəllüdlü X1, 12 dekabr 2008-ci il təvəllüdlü X4 və 25 dekabr 2009-cu il təvəllüdlü X2 öz yanında saxlanılması və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə üç uşağa görə 510 (beş yüz on) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 14 avqust 2006-cı ildə Babək rayonu, Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeyd edərək evlənmişik. Birgə nikahımızdan13 may 2007-ci il təvəllüdlü X5, 12 dekabr 2008-ci il təvəllüdlü X8 və 25 dekabr 2009-cu il təvəllüdlü X6 olmuşdur. Cavabdehlə evləndikdən sonra normal yola gedirdik. 2014-cü ildən sonra o, spirtli içkilər qəbul etməyə başladığından aramızda mübahisələr başladı. İçib gəldikdə məni döyüb, təhqir edirdi. Onun hərəkətlərinə görə dəfələrlə boşanmaq istəmişəm, lakin valideynlərimiz buna imkan veremədiyindən bu fikrimdən daşınmışam. Ramilin hərəkətlərinə dözə bilmədiyimdən 12 may 2021-ci ildə övladlarımı da götürərək anam evinə gəlmişəm. Həmin vaxtdan da cavabdeh nə maddi, nə də mənəvi formada bizimlə maraqlanmamışdır. Artıq qəti olaraq nikahımızın pozulmasını istəyirəm. Nikahımız pozularkən uşaqların mənim yanımda saxlanmasını və onların saxlanması üçün cavabdehdən sabit pul məbləğində hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 510 (beş yüz on) manat aliment alınıb verməsini istəyirəm. Bildirmək istəyirəm ki, Ramil Bakıda Sədərək bazarında güvənlik işləyir. Aylıq gəliri 800- 900 manatdır. Mən isə heç bir yerdə işləmirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, iddiaçının vəkili-nümayəndəsinə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə 01 aprel 2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla məhkəmə tərəflərin və iddiaçının vəkili-nümyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdı. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, tərəflərin üç ilə yaxındır ki, ayrı yaşadığını, onlar arasında bağlanmış nikahın artıq formal xarakter daşıdığını, tərəflərin birgə nikahından olan uşaqların iddiaçının yanında qaldığını, onların ayrı yaşadığı vaxt ərzində cavabdehin nə uşaqları ilə görüşdüyünü, nə də onların saxlanılmasında iştirak etdiyini, iddiaçının bildirməsinə görə cavabdehin Bakı şəhərində yerləşən Sədərək bazarında mühafizəçi işlədiyini və aylıq 800-900 manat əmək haqqı aldığını, hazırda iddiaçı tərəfin qayınanası ilə əlaqəsinin olduğunu, cavabdehin anasının oğlunun elə əvvəlki yerdə işlədiyini dediyini, cavabdehin qazancı və gəliri barədə rəsmi qaydada sübutunun olmadığını, iddiaçının hazırda işsiz olduğunu, onun bildirməsinə görə cavabdehlə birlikdə yaşadığı müddətdə Ramilin ailənin ehtiyaclarını yaxşı qarşıladığını, ailənin dağılmasına səbəb Cavabdeh spirtli içki qəbul etməsi və iddiaçını döyməsi olduğunu, tərəflərin əvvəllər də nikahın pozulması ərəfəsində olduğunu, cavabdehin anasının təkidi ilə ailənin bərpa olunsa da dəyişilən bir şeyin olmadığını, yəni Ramilin pis vərdişini dəyişmədiyini, tərəflərin evli olduğu vaxt ərzində Bakı şəhərində yaşadığını qeyd edərək, yekunda iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatında iddianı qismən, yəni nikahın pozulması və uşaqların ananın yanında qalmasına dair hissədə qəbul etdiyini, lakin aliment tələbinə dair hissədə qəbul etmədiyini bildirərək, cavabdehin də ailənin bərpasının mümkünsüz olduğunu dediyini, iddia ərizəsində onun spirtli içki qəbul etməsi və iddiaçını döyməsi ilə bağlı qeyd edilənlərin yalan olduğunu, bunların hamısının bəhanə olduğunu, çünki cavabdehin növbəli iş rejimində işlədiyini, əgər o, spirtli içki qəbul etsə idi indiyədək işi ilə bağlı problem yaranmalı olduğunu, halbuki cavabdehin işində indiyədək hər hansı bir nöqsan aşkar edilmədiyini, Ramilin anasının uşaqlarla əlaqə saxladığını, həmin vaxt uşaqları istədikdə Ramilin də onlarla telefonda danışdığını, cavabdehin bildirməsinə görə əvvəllər anasının işlədiyini və ona maddi cəhətdən dəstək olduğunu, hazırda anasının səhhəti ilə bağlı Türkiyə Respublikasına getdiyini və Ramilin tək qaldığını, bunların nəzərə alınaraq alimentin onun əmək haqqına uyğun tutulmasını istədiyini, onun uzun müddətdir ki, "xxxx" şirkətində işlədiyini, tərəflər arasında əvvəllər həqiqətən də nikahın pozulması ilə bağlı mübahisə olsa da, onların sonradan barışdığını qeyd edərək, yekunda uşaqların analarının yanında qalmasına və nikahın pozulmasına etiraz etmədiyini, alimentin isə əmək haqqına uyğun tutulmasını məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında 14 avqust 2006-cı ildə nikah bağlanması, onların birgə nikahından X5, X8 və X6 adlı ümumi uşaqların dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahından olan uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş və Babək rayonu, Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş AZ-İ seriyalı, 172799 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli akt qeydindən çıxarışdan Cavabdeh ilə X7 arasında 14 avqust 2006-cı il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Babayeva” soyadını seçməsi; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2007-cü il tarixli, AZ-İ seriyalı, 800575 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 13 may 2007-ci il təvəllüdlü X5 adlı övladlarının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 may 2009-cu il tarixli, AZ-İİ seriyalı, 332511 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 12 dekabr 2008-ci il təvəllüdlü X8 adlı övladlarının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayonu, Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2010-cu il tarixli, AZ-İİ seriyalı, 334433 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 25 dekabr 2009-cu il təvəllüdlü X6 adlı övladlarının dünyaya gəlməsi; - iddia tələbindən və tərəflərin vəkili-nümayəndələrinin məhkəmədə verdiyi izahatlardan tərəflərin ayrı yaşaması və birgə nikahlarından olan X1, X4 və X2 iddiaçının yanında yaşaması aydın olur. İddiaçı isə cavabdehlə aralarında bağlanmış nikahın pozulmasını, birgə nikahlarından olan uşaqların öz yanında qalmasını və onların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etsə də, işin mübahisəli halı isə iddiaçının cavabdehdən bir uşaq üçün 170 manat məbləğində aliment tələb etməsi, qarşı tərəfin isə bunun onun əmək haqqına uyğun tutulmasını tələb etməsidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli ərizədən cavabdeh tərəfin iddia tələbini nikahın pozulması və uşaqların ananın yanında qalması hissəsində qəbul etməsi, İddiaçı arasında bağlanmış nikahın pozulmasına razı olması, alimentə dair hissədə isə iddiaçının tələb etdiyi miqdarda alimenti ödəyə bilməyəcəyini və əmək haqqından tutulmasını razı olduğunu qeyd etməsi aydın olur. İddiaçının tələblərindən biri olan nikahın pozulması tələbini məhkəmə Azərbaycan Respublikası ailə qanunvericiliyinin normalarına əsaslanmaqla həll etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə görə nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Nikahın məhkəmə qaydasında pozulmasını nizamlayan Ailə Məcəlləsinin 19.1-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Yuxarıda da qeyd edilənlərdən görünür ki, cavabdeh tərəf İddiaçı arasında bağlanmış nikahın pozulmasına razıdır. Qeyd edilənlərin nəticəsi olaraq məhkəmə iddiaçının nikahın pozulması tələbini tələbi əsaslı sayır. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarında beynəlxalq hüquqi aktların və ailə qanunvericiliyinin normalarını təhlil edərək hesab etmişdir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailə daxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin müdafiəsi və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, ailə münasibətlərini və nikaha xitam verilməsini) əhatə edir. Ailə qanunvericiyinin tələblərinə görə ailə münasibətlərinin qadın və kişinin könüllük prinsipi əsasında yarandığından və davam etməli olduğundan və hazırda iş üzrə tərəflər arasında belə bir könüllülük mövcud olmadığından məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının bu tələbi təmin edilməli, iş üzrə tərəflər arasındakı nikah pozulmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, qətnamənin nəticə hissəsində həmçinin nikahın pozulmasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dövlət qeydiyyatı üçün zəruri olan məlumatlar da göstərilməlidir (pozulan nikahın nə vaxt, hansı orqanda qeydə alınması, akt qeydinin nömrəsi). Məhkəmə nikahın pozulması dövlət qeydiyyatına alınarkən ödənməli olan dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə keçirilməli, cavabdeh isə bundan azad edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilsə də, məhkəmə nikahın könüllük prinsipi əsasında yaranması və bunun eyni prinsiplə davam etməsini, yəni bu tələbinin əsaslı və ya əsasız olmasının cavabdehin deyil, məhz iddiaçının iradəsindən asılı olduğunu nəzərə alaraq belə hesab edir ki, iddia qaldırılan zaman nikahın pozulması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış nikaha xitam verilməsi nəticəsinə gəldiyindən yekunda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq tərəflərə izah edir ki, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsinə dair məsələləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsi məqsədəmüvafiqdir. İddiaçının digər tələbi-uşaqların öz yanında qalmasının hüquqi həlli ilə bağlı məhkəmə tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinin tələbinə əsasən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını və bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim etməzlərsə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. İş materiallarından aydın olur ki, tərəflər məhkəməyə uşaqların hansı valideynin yanında qalması ilə bağlı saziş təqdim etməyib. Hazırki vəziyyətdə işdə işin faktiki hallarından aydın olur ki, onların birgə nikahından olan uşaqlar iddiaçının yanında qalır, cavabdeh isə bunu mübahisələndirmir. Bu cavabdehin vəkili-nümayəndəsinin 05 mart 2024-cü il tarixli ərizəsindən müəyyən edilir. İşin bu faktiki halını nəzərə alan məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı saymaqla qeyd edir ki, tərəflərin birgə nikahdan olan uşaqlar onlar arasında nikah pozulduqdan sonra anası İddiaçı yanında qalmalıdır. İddiaçının sonuncu və cavabdeh tərəfin qəbul etmədiyi tələb isə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə üç uşağa görə 510 (beş yüz on) manat məbləğində aliment tələb etməsidir. Məhkəmə işin bu mübahisəli halını həlli ilə bağlı istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh tərəf alimentin miqdarının onun əmək haqqına uyğun tutulmasını tələb etdiyindən məhkəmə həmin tərəfin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Göründüyü kimi alimentin tutulma qaydasını seçmək hüququ uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsə məxsusdur. Buna görə məhkəmə cavabdeh tərəfin bununla bağlı olan etirazını əsaslı hesab etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə üç uşaq üçün 510 (beş yüz on) manat aliment tələb edərək, bunu Cavabdeh Bakı şəhərində Sədərək bazarında mühafizəçi işləməsi, aylıq gəliri 800-900 manat olması ilə əsaslandırsa da, tələbinin əsası kimi qeyd edilənlərin təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Cavabdehin vəkili-nümayəndəsinin məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli, 03 nömrəli arayışdan, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh mühafizəçi işləməsi və aylıq əmək haqqının 345 (üç yüz qırx beş) manat olması müəyyən edilir. Cavabdeh tərəfin alimentin miqdarının onun əmək haqqı nəzərə alınmaqla təyin edilməsini münasibət bildirən məhkəmə belə hesab edir ki, onun aldığı əmək haqqı uşaqların tələbatlarını qarşılamaq üçün onların mənafeyinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini və nikahın pozulmasından sonra uşaqların ananın yanında qalması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, cavabdehin növbəli iş rejimində işləməsini, yəni işdə olmayan vaxtlarda qazanc əldə edə bilmək imkanının, xüsusi ilə uşaqların yaşını və bundan yaranan ehtiyac və tələbatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi bu hissədə qismən təmin edilməli, tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə 145 (bir yüz qırx beş) manat olmaqla, ümumilikdə üç uşaq üçün 435 (dörd yüz otuz beş) manat aliment tutulması məqsədəmüvafiqdir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalıdır. İddiaçı iddia ərizəsi isə Babək Rayon Məhkəməsinə “19” yanvar 2024-cü ildə daxil olmuşdur. Alimentin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Cavabdeh ilə Babayeva (Quluyeva) Aynurə Akif qızı arasında 14 avqust 2006-cı il tarixdə Babək rayonu, Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınmış nikah pozulmalı; - tərəflərin birgə nikahından olan 13 may 2007-ci il təvəllüdlü X5, 12 dekabr 2008ci il təvəllüdlü X8 və 25 dekabr 2009-cu il təvəllüdlü X6 anası İddiaçı yanında qalmalı; - tərəflərin birgə nikahından olan 13 may 2007-ci il təvəllüdlü X5, 12 dekabr 2008ci il təvəllüdlü X8 və 25 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh “19” yanvar 2024-cü il tarixdən hesablanmaqla, hər ay bir uşağa görə 145 (bir yüz qırx beş) manat olmaqla, ümumilikdə üç uşaq üçün 435 (dörd yüz otuz beş) miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - nikahın pozulması dövlət qeydiyyatına alınarkən qanunvericiliklə müəyyən edilmiş miqdarda dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə keçirilməli və cavabdeh bundan azad edilməli; - iddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli; - iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh ilə Babayeva (Quluyeva) Aynurə Akif qızı arasında 14 avqust 2006-cı il tarixdə Babək rayonu, Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından olan 13 may 2007-ci il təvəllüdlü X5, 12 dekabr 2008-ci il təvəllüdlü X8 və 25 dekabr 2009-cu il təvəllüdlü X6 anaları İddiaçı yanında qalsın. Tərəflərin birgə nikahından olan 13 may 2007-ci il təvəllüdlü X5, 12 dekabr 2008-ci il təvəllüdlü X8 və 25 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh “19” yanvar 2024-cü il tarixdən hesablanmaqla, hər ay bir uşağa görə 145 (bir yüz qırx beş) manat olmaqla, ümumilikdə üç uşaq üçün 435 (dörd yüz otuz beş) miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən qanunvericiliklə müəyyən edilmiş miqdarda dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə keçirilsin və cavabdeh bundan azad edilsin. İddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar