Məhkəmə qərarları › İş №2(008)-665/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-665/2024

15.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-665/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh Şuşa Rayon Quşçular kənd tam orta məktəbinin direktoru Cavabdeh, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Şuşa Rayon Quşçular kənd tam orta məktəbinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi və X4 cəlb olmaqla “dərs saatlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şuşa Rayon Quşçular kənd tam orta məktəbinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslətAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi və X6 olmaqla “dərs saatlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Şuşa rayon Quşçular kənd tam orta məktəbində tədris etdiyi Azərbaycan dili və ədəbiyyatı fənnləri üzrə həftəlik 26 saat dərs yükü ilə təmin edilməyi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Ermənistanın torpaqları işğal etməsi nəticəsində 1992-ci ildə 3 yaşında dədə-baba yurdunu tərk etdiyi vaxtdan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Gilavar” sanatoriyasında məskunlaşmışlar. Şuşa rayon Quşçular kənd tam orta məktəbin məzunudur. 2008-2011-ci illərdə həmin məktəbdə laborant işləmişdir. 2011-ci ildə MİQ imtahanından keçərək işə qəbul olunmuşdur. 2013-cü ildən etibarən cavabdeh Şuşa rayon Quşçular kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2017-ci ildə Diaqnostik qiymətləndirmədə iştirak edərək 44 bal (ixtisas 30 bal) toplamışdır. xx.xx.2023-cü il tarixində təşkil edilən sertifikasiya imtahanında iştirak edib, 55 bal (ixtisas 50 bal) toplamışdır. Şuşa rayon Quşçular kənd tam orta məktəbin 7-ci, 8-ci, 9-cu, 10-cu və 11-ci siniflərinin hər birinə 5-ci sinifdən etibarən Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. 2017-2022-ci tədris illəri ərzində 12 saat dərs yükü olan məktəbin digər fənn müəllimi Nüşabə Ağayeva məktəbin direktoru Cavabdeh təşəbbüsü ilə maddi vəziyyətinin aşağı olduğunu bildirərək onun 5 saat dərs yükünün müvəqqəti olaraq ona verilməsini xahiş etmişdir. O da, bu xahişi nəzərə alaraq öz yazılı razılığı ilə dərs yükünün 5 saatını ona vermişdir. Nüşabə Ağayevanın yaş həddi ilə əlaqədar olaraq işinə 2022-ci ildə xitam verildikdən sonra həmin saatların yenidən özünə qaytarılmasını tələb etsə də, direktor tərəfindən vakansiyaya çıxarılmışdır. O, bunu təsadüf nəticəsində öyrənmiş və dərhal Təhsil Nazirliyinin qaynar xəttinə müraciət etmişdir. Məktəb rəhbərliyi bunun texniki səhv olduğunu və aradan qaldırıldığını bildirdi. O da bunu anlayışla qəbul etmişdir. 12 saat dərs yükü olmaqla vakansiyaya çıxarıldı, MİQ-lə yeni müəllim işə qəbul olundu. xx.xx.2023-cü il tarixində məktəbin direktoru Cavabdeh dərs əsnasında sinfə daxil olaraq varisliyində olan 8 saat dərs yükünün növbəti tədris ilindən ondan alınaraq digər müəllimə veriləcəyini bildirdi. Dərsdən sonra direktora yaxınlaşıb etirazını bildirmişdir. Təhsil Nazirliyinin qaynar xəttinə müraciət etmişdir. Təhsil sektoruna qəbula getmişdir. Regional təhsil idarəsinə müraciət etmişdir. Bu məsələyə ciddi yanaşılmasını xahiş etsə də, heç bir tədbir görülmədi. xx.xx.2023-cü il tarixdən etibarən direktor yenidən dərs saatlarının ondan alınıb digər müəllimə veriləcəyini bildirir. Etirazını bildirdikdə isə psixoloji şiddətə, hətta təhqirə məruz qamışdır. Yazılı olaraq varisliyinin pozulması haqqında ərizəsinə rəsmi cavab verilməmiş, əsas kimi şifahi olaraq Diaqnostik qiymətləndirmə balını bildirərək, “mənə belə deyiblər, mən də belə bölürəm” cavabını vermişdir. Bu bölgüdə hansı qanuna əsaslandığını yazılı olaraq bildirməsini xahiş etsə də, “mən sənə heç bir yazılı cavab verməyəcəm, hara istəyirsən ora da müraciət et” demişdir. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dərs yükünün və əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 994 saylı, 16 yanvar 2015-ci il tarixli Sərəncamı vardır. Amma dərs yükünün azaldılmasını nəzərdə tutan qanun norması yoxdur. Sonuncu dəfə Elm və Təhsil naziri cənab Emin Əmrullayevin 06 sentyabr 2023-cü il tarixli brifinqdə “Müəllimlərin dərs yükünün bölgüsü necə olmalıdır?” sualına cənab nazir özü şəxsən cavab vermişdir: Onun fikrincə, Diaqnostik qiymətləndirmə və yaxud sertifikasiya balına yeganə faktor olaraq əsaslanılmamalıdır. Bunun üçün müxtəlif faktorlar vardır (müəllimin iş təcrübəsi, eyni kəndin sakini olmağımız, məcburi köçkün olmağım və s.). Bu faktorların ən vacibi varislikdir. Onun da həmin məktəbdə 13 il iş təcrübəsi var. Bunu məktəb direktoru özü də təsdiq edə bilər ki, öz fəaliyyətində müəllimlərin etik davranış qaydalarına riayət etmiş, buraxılış və qəbul imtahanlarında kifayət qədər yüksək nəticələri olmuşdur. Yuxarıda qeyd etdiyi kimi sertifikasiya balı da (60/55) kifayət qədər yüksəkdir. Cənab Nazirin də qeyd etdiyi kimi bunlar nəzərə alıncaq, onun xeyrinə olan faktorlardır. Varisliyində olan lakin əlindən alınmış siniflərin dərs yükü yenidən özünə qaytarılmalıdır. Əmək qanunvericiliyinin tələblərinə əsasən cavabdeh Təhsil qanunvericiliyinin pozulmaz varislik prinsipini yerinə yetirməli və onu 26 saat dərs yükü ilə təmin etməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun Şuşa rayon Quşçular kənd tam orta məktəbində tədris etdiyi Azərbaycan dili və ədəbiyyatı fənnləri üzrə 15 sentyabr 2023-cü il tarixdən etibarən həftəlik 26 saat dərs yükü ilə təmin edilməyi, 15 sentyabr 2023-cü il tarixdən etibarən qətnamə qanuni qüvvəsini alıb icra olunan günədək hər ay üçün 342 manat pulun cavabdehdən alınıb ona verilməsi, 2000 manat mənəvi ziyanın, 61 manat mediasiya xərcinin, 420 manat vəkil xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümükün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, təlimata əsasən dərs bölgüsü ümumi yığıncağın iclasında həll edilir və iclasda qərarlar səs çoxluğu ilə aparılır. Hazırki məsələ ilə bağlı iclas keçirilməmiş və bununla bağlı qərar isə səs çoxluğuna çıxarılmamışdır. Və eyni zamanda bildirmişdir ki, ümumi yığıncağın keçirilməsi ilə bağlı da protokol iş matriallarına əlavə edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şuşa Rayon Quşçular kənd tam orta məktəbinin direktoru Cavabdeh iddia tələbinin əsassız olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu qeyd edərək bildirmişdir ki, məktəbdə hal-hazırda azərbaycan dili və ədəbiyyat fənni üzrə cəmi 39 saat dərs yükü mövcuddur. Bu dərs saatları isə diaqnostik bala görə müallimələr arasında bölünür. İddiaçının diaqnostik balı 30 , Vüsalə xanımın isə 35 olmuşdur. Məllimələrin hər ikisdə sertifkasyadan keçsə də, hazırda Təhsil Nazirliyi dərs bölgüsünün sertifkasya balına uyğun olaraq bölünməsinə dair göstərişi yoxdur. Hazırda Təhsil Nazirliyinin göstərişinə əsasən dərs bölgüsü diaqnostik bala uyğun aparıldığından iddianın rədd dilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 iddia tələbini qəbul etməyərək, ona xüsusi olaraq dərs saatlarının verilmədiyini, onun ərizəsi əsasında ona dərs saatlarının diaqnostik nəticəyə əsaslanaraq verildiyini bildirmişdir. O qeyd etmişdir ki, o ərizəsində ona əlavə dərs saatlarının verilməsini deyil, onun ixtisas balına uyğun dərs saatlarının hesablanması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra isə onun ixtisas balına uyğun dərs saatları hesablanmışdır. Cavabdeh Şuşa Rayon Quşçular kənd tam orta məktəbinin direktoru Cavabdeh məhkəmənin hazırlıq iclası zamanı yazılı izahatını məhkəməyə təqdim edərək bildirmişdir ki, 2016-cı il tarixində məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimləri İddiaçı və Ağayeva Nüşabə öz aralarında razılığa gələrək dərs saatlarında müəyyən dəyişikliklər etmək üçün ona şifahi müraciət etmişdir. Müəllimlərin gəldiyi razılığa əsasən İddiaçı öz dərs saatlarından könüllü olaraq Ağayeva Nüşabəyə verib. Bununla bağll müəllimlər təhsil sektoruna ərizə göndəriblər və dərs saatlarında onların istəklərinə uyğun dəyişikliklər edilib. 2022-ci ildə N.Ağayeva çalışmanın 65 yaş həddinə çatdığı üçün işinə xitam verilmişdir. Onun dərs saatları 15 (on beş) saat vakansiyaya çıxarılmışdır. Sonra İddiaçı əvvəl verdiyi dərs saatlarını geri istədiyi üçün vakansiyada dəyişiklik edilmişdir və 12 saata endirilmişdir. 2022-ci il MİQ imtahanında iştirak edib uğur qazanan V.Bəşirova xx.xx.2022cil tarixli 50 saylı əmrə əsasən müddətsiz müqavilə ilə məktəbə azərbaycan dili və ədəbiyyat müəllimliyinə təyin edilmişdir. Dərs ilinin sonunda həmin müəllim məktəb rəhbərliyinə xx.xx.2023-cü ildə ərizə ilə müraciət edərək dərs saatlarını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təyin etdiyi qaydaya əsasən bölünməsini xahiş etmişdir. Həmin düstura əsasən V.Bəşirovaya ixtisas balı nəzərə alınaraq (MİQ balı 83.75, ixtisas 70) 21 saat dərs yükü düşür. 30\40=0,75 0,75.100=75%, 70\80.100=87,5%, 60 ballıq şkalaya uyğunlaşdıraq. 40.87.5\100=35 bal Vüsalə Bəşirova. Məktəb üzrə Azərbaycan dili və ədəbiyyat fənni üzrə ümumi dərs saatlarının miqdarı 39, fənn müəllimlərinin sayı isə 2 nəfərdir. Təlimata əsasən V.Bəşirova ixtisas üzrə 35, İddiaçı isə ixtisası üzrə 30 bal toplayıb. Deməli, onlar əmsalı tapmaq üçün ümumi dərs saatlarının sayını, yəni 39-u müəllimlərin ixtisas ballarının cəminə bölməlidirlər. 39:65=0,6. V.Bəşirovaya düşəcək saatlar 0,6 x 35=21 saat, İddiaçı düşəcək saat 0,6 x 30=18 saat. V.Bəşirovaya 21 dərs saatı, İddiaçı isə 18 dərs saatı (DİQ balı 44 bal, ixtisas 30) düşdüyü halda, QRTİ-dən sektora şifahi formada müraciət edərək 18 saat V.Bəşirovaya, 21 saat isə İddiaçı verilməsi bildirib. O, məktəbin direktoru Cavabdeh bölgünü Şuşa Təhsil Sektorunun müdiri Rəsmiyyə Məmmədovanın dediyinə əsasən, Regionun işçisi Anar müəllimin istəyinə uyğun olaraq bölmüşdür. Avqust ayının əvvəlində V.Bəşirova QRTİ-yə müraciət edərək bu bölgünün nazirliyin təyin etdiyi qaydaya əsasən şəffaf aparılmasını xahiş edib. Bundan sonra ona Şuşa Təhsil Sektorundan zəng edib, ARTİ-nin təyin etdiyi qaydaya əsasən bölgünün aparılmasını bildirdilər. O, Cavabdeh həmin düstura əsasən dərs saatlarını təkrar bölmüşdür. V.Bəşirovaya 21, İddiaçı 18 dərs saatı təyin etmişdir. İddiaçı bu bölgüyə narazılıq edərək dərs bölgüsünün varislik prinsipinə aparılmasını və 26-27 saat dərs tələb edir və qəti şəkildə bildirir ki, V.Bəşirovaya heç bir sinfini verməyəcəkdir. xx.xx.2023-cü il tarixdə ona ərizə ilə müracət edib. Ərizədə 26 dərs saatı tələb olunur. Müəllimlər otağında hamının qarşısında onun həmin müəllimdən rüşvət alaraq dərs saatlarını ona verdiyini demiş və onu məhkəməyə verəcəyi ilə hədələmişdir. Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, 2016-cı il tarixində Şuşa rayon Quşçular kənd tam orta məktəbin Azərbaycan dili» və ədəbiyyat müəllimləri İddiaçı və Ağayeva Nüşabə öz aralarında razılığa gələrək dərs saatlarında müəyyən dəyişiliklər etmək üçün ona şifahi müraciət etmişlər. Müəllimlərin gəldiyi razılığa əsasən İddiaçı öz dərs saatlarından könüllü olaraq Ağayeva Nüşabəyə verib. Bununla bağlı müəllimlər təhsil sektoruna ərizə göndəriblər və dərs saatlarında onların istəklərinə uyğun dəyişikliklər edilib. 2022-ci ildə Nüşabə Ağayeva çalışmanın 65 yaş həddinə çatdığı üçün işinə xitam verilmişdir. Onun dərs saatları 15 geri saat vakansiyaya çıxarılmışdır. Sonra İddiaçı əvvəl verdiyi dərs saatlarını geri istədiyi üçün vakansiyada dəyiklik edilmişdir və 12 saata endirilmişdir. 2022-ci il MİQ imtahanında iştirak edib uğur qazanan Vüsalə Bəşirova xx.xx.2022-ci il tarixli 50 saylı əmrə əsasən müddətsiz müqavilə ilə məktəbə Azerbaycan dili və ədəbiyyat müəllimliyinə təyin edilmişdir. Dərs ilinin sonunda,həmin müəllim məktəb rəhbərliyinə xx.xx.2023-cü ildə ərizə ilə müraciət edərək dərs saatlarını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təyin etdiyi qaydaya əsasən bölünməsini xahiş etmişdir. Həmin düstüra əsasən V.Bəşirovaya ixtisas balı nəzərə alınaraq (MİQ balı 83,75, ixtisas 70) məktəb üzrə Azərbaycan dili və ədəbiyyat fənni üzrə ümumi dərs saatlarının miqdarı 39, fənn müəllimlərinin sayı isə 2 nəfərdir. Təlimata əsasən V.Bəşirova ixtisas üzrə 35, İddiaçı isə ixtisası üzrə 30 bal toplayıb. Deməli, əmsalı tapmaq üçün Ümumi dərs saatlarının sayını, yəni 39-u müəllimlərin ixtisas balının cəminə bölməlidir. 39:65=0,6; V.Bəşirovaya düşəcək saat 0,6*35=21; İddiaçı düşəçək saat 0,6*30=18. Beləliklə,V.Bəşirovaya 21 dərs saatı, İddiaçı isə 18 saat dərs saatı düşdüyü halda, QRTİdən sektora şifahi formada müraciət edərək 18 saat V.Bəşirovaya, 21 saat isə İddiaçı verilməsi bildirilib. Avqust ayının əvvəlində V.Bəşirova QRTİ-nə müraciət edərək bu bölgünün nazirliyin təyin etdiyi qaydaya əsasən bölgünün şəffaf aparılmasını xahiş edib. Bundan sonra ona Şuşa sektorundan zəng edib ARTİ-nin təyin etdiyi qaydaya əsasən bölgünün aparılmasını bildirdilər. O, həmin düstura əsasən dərs saatlarını təkrar bölüb V.Bəşirovaya 21, İddiaçı 18 saat dərs təyin edib. İddiaçı bu bölgüyə narazılıq edərək dərs bölgüsünün varislik prinsipinə aparılmasını və 26-27 saat dərs tələb edir. Ona ərizə ilə müraciət edib 26 saat dərs tələb edir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin 3-29/2-M-11097-4/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba cavab məktubundan görünür ki, Şuşa Rayon Quşçular kənd tam orta məktəbində Azərbaycan Dili və ədəbiyyat fənni üzrə dərs bölgüsü müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, eləcə də müəllimlərin işə qəbul imtahanlarının nəticələrinə uyğun olaraq aparılmışdır. Hazırda qüvvədə olan təlimatlara əsasən müəlllimlərin sertifikatlaşdırılmasında əldə olunan nəticəyə uyğun olaraq onların dərs yükünün artırılmasını deyil, əməkhaqqlarına əlavələrin olunması nəzərdə tutulduğu qeyd edilmişdir. 2022-2023-cü tədris ili üzrə Müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsinin çıxarışından görünür ki, X9 MİQ 2022-ci ilin imtahan nəticəsi 83.75 bal olmuşdur. YAP Şuşa Rayon Təşkilatının və Qarabağ Rayon Təhsil İdarəsinin Şuşa Rayon Təhsil Sektorunun təqdim etdiyi Təşəkkürnamənin surətindən görünür ki, İddiaçı dövlət ümumitəhsil müəssisələrində çalışan təhsilverənlərin serifikatlaşdırılmasının müsabiqə və müsahibə mərhələsində yüksən nəticə göstərdiyinə görə təltif edilmişdir. Şuşa Rayon Quşçular kənd orta məktəbi üzrə xx.xx.2016-cı il tarixli 40 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ana dili və ədəbiyyat müəllimi –V sinif ana dili 5 saat, ədəbiyyta-2 saat, Vİ sinifdə anadili – 4 saat, ədəbiyyat 2 saat, X sinifdə anadili 2 saat, ədəbiyyat 3 saat, Xİ sinifdə anadili 2 saat, ədəbiyyat 2 saat, seçmə - X sinifdə 2 saat, cəmi 24 saat, X10 –ana dili və ədəbiyyat müəllimi- Vİİ sinifdə ana dili-4 saat, ədəbiyyat-2 saat, Vİİİ sinifdə ana dili 3 saat, ədəbbiyyat-2 saat, İX sinifdə anadili 2 saat, ədəbiyyat 3 saat, cəmi 16 saat müəyyən edilmişdir. Şuşa Rayon Quşçular kənd orta məktəbi üzrə xx.xx.2017-ci il tarixli 31 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı Ana dili və Ədəbiyyat müəllimi V sinifdə Ana dili 5 saat, Ədəbiyyat 2 saat, Vİ sinifdə Ana dili 4 saat, Ədəbiyyat 2 saat, Vİİ sinifdə Ana dili 4 saat, Ədəbiyyat 2 saat, Xİ sinifdə Ana dili 2 saat, Ədəbiyyat 2 saat, cəmi 23 saat, X2 dili və Ədəbiyyat müəllimi Vİİİ sinifdə Ana dili 3 saat, Ədəbiyyat 2, İX sinif Ana dili 2 saat, Ədəbiyyat 3 saat, X sinif Ana dili 3 saat, Ədəbiyyat 2 saat, cəmi 15 saat müəyyən edilmişdir. Şuşa Rayon Quşçular kənd orta məktəbi üzrə xx.xx.2022-ci il tarixli 50 nömrəli əmrdən çıxarışdan görünür ki, X7 məktəbə xx.xx.2022-ci il tarixdən Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin edilərək həftəlik dərs yükü 12 (on iki) saat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şuşa Rayon Təhsil Sektoru Quşçular kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 27 nömrəli məktubundan görünür ki, İddiaçı diaqnostik balı 44 (ixtisas 30, metodika 14), sertifikasiya balı 55-dir. N.Ağayeva ərizə ilə Şuşa Rayon Quşçular kənd orta məktəbinin direktoruna müraciət edərək yolu uzaq olduğu üçün hər gələ bilmədiyindən 5 və 8 siniflərin dəyişməsinə icazə verilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə Şuşa Rayon Quşçular kənd orta məktəbinin direktoruna müraciət edərək 8 və 5 siniflərin dəyişməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarına əsasən mumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Sərəncamına, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Sərəncamına uyğun hazırlanmışdır. Həmin Qaydaların 2-ci bəndinə əsasən diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsidir. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamına, 23 avqust 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə ilk olaraq iddia tələbinin ilin hissəsinə “iddiaçının Şuşa rayon Quşçular kənd tam orta məktəbində tədris etdiyi Azərbaycan dili və ədəbiyyatı fənnləri üzrə 15 sentyabr 2023-cü il tarixdən etibarən həftəlik 26 saat dərs yükü ilə təmin ediləsi” öhdəliyinin qoyulmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək Şuşa rayon Quşçular kənd tam orta məktəbində azərbaycan dili və ədaəbiyyat fənni üzrə mövcud olan 39 saat dərs yükünün məktəbi direktoru tərəfindən fənn müəllimi olan iddiaçı və V.Bəşirova arasında düzgün aparılmadığını iddia etsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalar”-dan da görünür ki, ümumi təhsil müəssələrində dərs yükünün bölgüsü müəllimlər diaqnostik qiymətləndirilməsi əsasında aparılır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı 2017-ci il tarixdə Diaqnostik qiymətləndirilmədə iştirak edərək ixtisas balı olaraq 30 bal toplamış, digər müəllimə X7 isə 2022-ci il tarixdə diaqnostik qiymətləndirmədə iştirak edərək ixtisas balı olaraq 35 bal toplamıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin vermiş olduğu məlumatlandırmasından görünür ki, müəllimələrin dərs yükünün bölüşdürülməsi “müəllimlərin dərs yükünün müəyyən edilməsinə dair xx.xx.2019-cu il tarixli qaydalara” əsasən aparılır. Sözü gedən qaydalardan məlum olur ki, ümumi dərs saatlarının sayını, məllimlərin ixtisas balının cəminə bölməlidir. Daha sonra alınan rəqəm isə hər müəllimənin ixtisas balına vurularaq hər müəlliməyə düşən dərs saatı müəyyən edilməlidir. ( 39:65=0,6; 0.6*30=18; 0.6*35=21) beləliklə məlum olur ki, sözügedən qaydalara əsasında iddiaçıya ixtisas balı üzrə 18 saat dərs yükü düşmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələb ilk hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin “15 sentyabr 2023-cü il tarixdən etibarən qətnamə qanuni qüvvəsini alıb icra olunan günədək hər ay üçün 342 manat pulun cavabdehdən alınıb ona verilməsi, 2000 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi ilk hissədə təmin edilmədiyindən yəni cavabdeh tərəfindən hər hansı bir hüququ pozma halı olmadığından iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçılarnın fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bundan sonra məhkəmə iddia tələbinin medaiyasiya və vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə çəkilmiş xərclərin cavabdehdən tutulması hissəində də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Şuşa Rayon Quşçular kənd tam orta məktəbinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi və X4 cəlb olunmaqla “dərs saatlarının bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar