Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6680/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 4346 (dörd min üç yüz qırx altı) manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh X6 idarə etdiyi BMW markalı XX-530-RX dövlət nömrə nişanlı avtomaşınla "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq, mənə məxsus Landrover markalı NV 622TR23 Dan nömrəli avtomaşına arxadan toqquşaraq maddi zərər vurmuşdur. Hadisə zaman avtomaşına 7620 manat məbləğində zərər dəymişdir. Sığorta şirkəti tərəfindən dəymiş ziyana görə 3274.77 manat ödəniş olunmuşdur. Cavabdeh X1 olaraq avtomaşına vurduğu zərəri ödəmək istəmir. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Dəymiş maddi zərərə görə 4346 ( dörd min üç yüz qırx altı) manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında İnzibati Xəta haqqında TP ******* nömrəli qərarın surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə saat 17.00-da Novxanı-Binəqədi yol istiqamətində BMW 3281 markalı XX-530-RX dövlət qeydiyyat nömrəli nəqliyyat vaistəsini idaərə edərkən baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “40” manat məbləğində cərimə edilmişdir. 77985 nömrəli ödəniş tapşırığından görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən siğorta ödnişi üzrə İddiaçı 3274,77 manat ödəniş edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X10” minik markalı, ** EE *** saylı dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. KİA Motors MMC tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, X10” minik markalı, ** EE *** saylı dövlət qeydiyyat nişanlı avtomobilə 7620 manat ziyan dəymişdir. X3 ərizəsindən görünür ki, xx.xx.2023-cü ildə saat 17:00-da ona məxsus BMW markalı XX-530-RX dövlət nömrə nişanlı avtomaşınla Novxanıdan Binəqədi istiqamətində hərəkət edən zaman qarşısında dayanmış X10” minik markalı, ** EE *** saylı dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Zərbə təsirindən X10” minik markalı, ** EE *** saylı dövlət qeydiyyat nişanlı avtomobil qarşısında dayanan “KİA Picanto” minik markalı, ** TE *** saylı dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh X4 təqsiri üzündən onun idarə etdiyi avtomobil ilə İddiaçı mülkiyyətində olan “X10” minik markalı, ** EE *** saylı dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuşdur. Nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. Mülki iş matriallarına əlavə edilmiş qüsur aktından məlum oolur4 ki, X10” minik markalı, ** EE *** saylı dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 7620 manat məbləğində maddi ziyan dəymişdir. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, X10” minik markalı, ** EE *** saylı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 3274,77 manat olan hissəsi avtomobilin siğortaçısı olan şirkət tərəfindən iddiaçıya ödənilmiş, 4345.23 manat olan hissə isə ödənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ümumi ziyandən ödənilmiş 3274,77 manat olan hissə çıxılmalı, yerdə qalan məbləğ 7620-3274,77=4345.23 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 4345,23 (dörd min üç yüz qırx beş manat iyirmi üç qəpik) manat dəymiş zərər tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6680/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6680/2024
05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver