Məhkəmə qərarları › İş №2(008)-6691/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6691/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6691/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 və X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qanunda nəzərdə tutulmuş sabit pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 noyabr 2005-ci ildə nikaha daxil olaraq Binəqədi rayon Eldar Babayev küçəsi, ev 44 gəlin köçüb və birgə nikahdan xx.xx.2006-ci il tarixdə doğulmuş X10 və xx.xx.2009-cu il təvəllüdlü X12 adlı övladları dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 13 iyul 2020-ci ildə nikahlarına xitam verilmiş, uşaqların onun himayəsinə verilməsi və onların saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğinin tutulması qərara alınmışdır. Qızlarından Aylin 2022-ci il ildə orta məktəbi bitirib Gəncə şəhəri Aqrar Universitetinin ödənişli fakultəsinə qəbul olduğuna görə uşaqların maddi xərcləri artmışdır. 170 manat sabit pul məbləği təyin olunandan sonra aliment dövlət tərəfindən artırılsada məhkəməyə müraciət etməmişdir. İddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 və X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə ayrı-ayrılıqda 220 manat, ümumilikdə 440 manat, xx.xx.2024-cü il tarixdən isə hər birinə ayrı-ayrılıqda 235 manat, ümumilikdə 470 manat məbləğinin Cavabdeh tutulması və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “aliment miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı Cavabdeh 2 uşağa görə - xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarda alimentin cavabdeh İddiaçı xeyrinə tutulması və İddiaçı alimentin artırılması barədə ilk iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasındakı nikah pozulmuş, uşaqlar analarının himayəsində saxlanılmış, Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmədə aliment tələbi barədə iddia qaldırarkən Cavabdeh harada işləməsindən və əmək haqqında məlumatı olmuş, lakin bunu məhkəmədən gizlətmişdir. İddiaçı Cavabdeh hazırda faktiki nikaha girməklə yenidən başqa xanımla ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2020-ci il tarixdə övladları X11 anadan olmuşdur. İddiaçı Cavabdeh xx.xx.2005-ci il tarixdən "xxxx" ASC-də əmək fəaliyyətinə başlamış, xx.xx.2019-cu il tarixdən hal-hazıradək “Gənclik” filialının Müştəri Xidmətləri şöbəsinin Xəzinə bölməsinin rəhbəri vəzifəsində işləyir, aylıq əmək haqqı 990 (doqquz yüz doxsan) manat təşkil edir, digər gəlir yeri yoxdur, vergilər çıxılmaqla 880 manat maaş alır. İddiaçı hazırda stomatoloji klinikaya rəhbərlik etməklə, həmin klinakada stomatoloq vəzifəsində çalışır, aylıq qazancı və kifayət qədər maddi imkanı vardır. Eyni zamanda AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəkil sorğusuna 11 oktyabr 2023-cü il tarixli 3-13-16/2-138158/2023 nömrəli cavab məktubundan göründüyü kimi, İddiaçı adında xx.xx.2021-ci il tarixdən (yəni, İddiaçı Cavabdeh ilə aralarındakı nikah pozulduqdan sonra yeni aldığı) “TOYOTA C-HR” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Həmin avtomobilin dəyəri təxminən 45000 (qırx beş min) manat təşkil edir. Bu da özlüyündə ilk iddianın açıqaydın əsassız olduğunu sübut edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X6 iddianı müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddiaya etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil ilkin iddianı qəbul etmədiyini və qarşılıqlı iddianı müdafiə etdiyini dedi. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı, 734785 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X10 16 oktyabr 2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı, 312175 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 21 iyun 2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri 1 saylı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinin AZ-T seriyalı 256608 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07 fevral 2020-ci il tarixində Bakı şəhərində anadan olub Atası Cavabdeh anası X3r. İş materiallarında olan AZ-İ 445526 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, nikahın pozulması haqqında akt qeydləri kitabında 18 yanvar 2023-cü ildə 27 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00948 nömrəli X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya iclasda iştirak etməmişdir. İş materiallarında olan TuranBankın xx.xx.2023-cü il tarixli 4406 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2005-ci il tarixindən TuranBank ASC-də də əmək fəaliyyətinə başlamış, xx.xx.2019-cu il tarixdən hal-hazıradək isə “Gənclik” filialının, Müştəri xidmətləri şöbəsinin, Xəzinə bölməsinin rəhbəri vəzifəsində çalışır və əmək haqqı 990 manat təşkil edir. İş materiallarında olan X9 Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ona görə ki, o həqiqətən də X9 mərkəzində həkim stomatoloq vəzifəsində çalışır. Əmək haqqı 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti xx.xx.2023-cü il tarixli A-1865 nömrəli arayışdan görünür ki, X10 aqronomluq fakültəsi ekologiya ixtisası üzrə qiyabi təhsil formasının ödənişli əsaslarla ikinci kurs tələbəsidir. İş materiallarında olan Daşınmaz Əmlakın bağışlaması müqaviləsinin sürətindən görünür ki, hədiyyə verən X2 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.6 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsində hədiyə alan İddiaçı verilir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-138158/2023 nömrəli cavab məktubunun surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı adında xx.xx.2021-ci il tarixdən “Toyota C-HR” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Məhkəmə ilk növbədə qeyd edir ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə uşaqlar böyüdükcə onların təsil, tərbiyyə və digər xərcləri ilə bağlı iddiaçının maddi vəziyətində olan dəyişikliklər həmin maddənin dispozitiv şərtlərindəndir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Lakin məhkəmə artırılmalı olan alimentin məbləğinə diqqət yetirərək qeyd edir ki, mülki iş üzrə iddiaçının himayəsində olan azyaşlı uşağın saxlanması üçün ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2006-ci il tarixdə doğulmuş X10 və xx.xx.2009cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə növ iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin qeyd olunan müddəasının mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimenti ödəməkdən azad edilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməli və ya tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nəzərinə çatdırır ki, alimentin məbləğinin azaldılması onun övladlarının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Məhkəmənin qənaətinə görə qarşılıqlı iddia üzrə iddiaçının əsaslandığı hallar, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun azaldılması zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Həmçinin qeyd olunmalıdır ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2006-ci il tarixdə doğulmuş X10 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar