Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6946/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Salyan rayon Məhkəməsinin 2(057)-3266/2017 №-li xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün tutulan alimentin artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin, eyni zamanda mediasiya xərcləri və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 97 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X6 doğulmuşdur. Salyan rayon Məhkəməsinin 2(057)-3266/2017 №-li xx.xx.2017-ci il tarixli qətnaməsilə cavabdehdən Güldəstənin yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat məbləğində aliment tutulmuşdur. Hazırda həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir, respublikada bütün məhsullara tədbiq edilmiş qiymət artımı övladının saxlanılmasını daha da çətinləşdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, özü işləyir və 320 manat əmək haqqı alır. Aliment tutulan zaman uşağın bir yaşı vardı, hazırda o, yeddi yaşındadır, məktəbə və hazırlığa gedir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək qeyd etdi ki, o, marketdə həftənin altı gününü axşam saatlarına qədər işləyir, 386 manat əmək haqqı alır, başqa işlə məşğul olmağa vaxtı qalmır, ailəsi və başqa uşağı yoxdur, krediti var, 150 manat aliment öədmək imkanı var. Xahiş edir, 150 manat alimentin tutulması barədə qətnamə qəbul edilsin. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Tərəflərin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2016-cı il tarixdə doğulmuş X6 (4 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 874257 №-li doğum haqqında şəhadətnamə). Salyan rayon Məhkəməsinin 2(057)-3266/2017 №-li xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiası üzrə tərəflərin arasındakı nikah pozulurkən xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutulmuşdur. Həmin qətnamədən görünür ki, İddiaçı 150 manat məbləğində alimentin tutulmasını xahiş etmiş, lakin həmin alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyi, iddiaçının isə hər ay 100 manat manat aliment ödəməyə razı olduğu və mövcud iqtisadi şərait nəzərə alınaraq 100 manat alimen təyin edilmişdir. İddiaçı "xxxx" MMC-də işləyir və 350 manat əmək haqqı alır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Cavabdeh "xxxx" MMC-də satıcı-nəzarətçi vəzifəsində işləyir və 386,59 manat əmək haqqı alır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Cavabdeh xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək kredit öhdəliyi var (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Hazırda iddiaçı alimentin məbləğinin 100 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. İddiaçı altı il ərzində alimentin artırılması barədə ərizə verməmişdir, aliment təyin olunan vaxt bir yaşında olan Yusif artıq yeddi yaşındadır, o, məktəblidir, onun tələbatlarının artması təbiidir və bunun sübuta ehtiyacı yoxdur. Lakin, məhkəmə iddiaçının da işlədiyini, cavabdehin əmək haqqının aşağı olduğunu, aliment təyin olunandan sonra onun maddi vəziyyətinin yaxşılığa doğru dəyişmədiyini, onun kredit öhdəliyini nəzərə alaraq hesab edir ki, təyin edilmiş 100 manat alimentin məbləği 175 manatadək artırılmalıdır. Odur ki, məhkmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən hər ay 175 manat məbləğində aliment tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iddiaçı 97 manat məhkəmə xərclərinin də tutulması istəyir. Məhkəmə hesab edir ki, 94 manat cavabdehdən iddiaçnının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 40 manat ərizənin tərtib edilməsi, 51 manat mediasiya sessiyası, 3 manat doğum haqqında şəhadətnamənin surətinin təsdiq edilməsi üçün ödəmişdir (40+51+3=94). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Salyan rayon Məhkəməsinin 2(057)-3266/2017 №-li xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş X2 üçün tutulan aliment artırılaraq, hər ay 175 manat sabit pul məbləğində aliment və məhkəmə xərcləri üçün ödənilmiş 94 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6946/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6946/2023
15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver