Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-695/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmenti barədə Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə “Ford Tranzit” markalı 99-OY 215 dövlət qeydiyyat nişanı maşına görə ödədiyi 7000 manat pulun, 5 ay 555 manatdan ödədiyi 2775 manatın, cavabdehə əldən ələ verdiyi 1110 manatın və maşının avadanlıqlarına xərclədiyi 3840 manatın və notarius müqaviləsinin bağlanmasına dair ödədiyi 92 manat rüsumun cəmi 14817 manatın tutularaq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin avqust ayında “Turbo Az” saytına daxil olmuş. Həmin saytda Ford Tranzit markalı ** OY *** dövlət qeydiyyatişanlı avtomobilin satılması ilə bağlı elanla tanış olmuş. Həmin avtomobili almaq üçün elanda olan nömrəyə zəng edib Yalçın adlı cavabdehlə maşının alqı-satqısı ilə danışıb razılığa gəldi. O 20300 manata satmağa razılığa gəldi. O, bu pulun 7000 manatı Bakı şəhəri 15 saylı notariat kontorunda nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və kredit müqaviləsi bağlayıb ona vermişdir. Yerdə qalan 13300 manat pulu isə hər ay 555 manat olmaqla cavbdehə ödəməyi öhtəmə götürmüşdir. Qeyd edir ki, o, cavabdehlə 7 ay pul ödədikdən sonra maşını Yalçınla razılaşıb satmaq qərarına gəldi. O ona bildirdi ki, 03 iyul 2022-ci ildə Bakı şəhərinə gəl, gül mağazasında işləyən bir şəxs maşını almaq istəyir. O 03 iyun 2022-ci il tarixdə Bakı şəhərində Yalçın adlı şəxslə görüşdü. Cavabdehin yanına 2 nəfər şəxs gəlib maşını almaq istədiklərini bildirdilər. Cavabdeh ondan maşının açarını ondan maşını almaq istəyən şəxslərə verdi ki, onlar maşını sürüb yoxlasınlar. Maşının açarını alan şəxslər maşını işə salıb yoxa çıxdılar. O,2 saat gözləyib onların gəlmədiyini görüb 102 xidmətinə zəng edib bu barədə xəbər vermişdir. Sabunçu rayon Polis İdarəsində bununla bağlı araşdırma getmiş. 15-ci Polis bölməsində Bədəlov Faiqin icraatında olub. Tədqiqatçı düzgün araşdırma aparmamışdır. Qərarla bağlı Sabunçu rayon Prokurorluğuna şikayət vermişdir. X6-leytenant mənim Yalçınla aralarında bağladığımız notarius pul müqaviləsi olmadan araşdırma aparmışdır. Güya ki, o arenda maşın götürmüşəm işi bağlamışdır. Qərarın cavabında 7 (yeddi) ay keçəndən sonra ora bura şikayət etdi güclə aldı. Prokurorun müavini Qəhrman müəllim qəbul etdi və dinlədi 15 bölmədəki, qərarla tanış oldu. İşin yenidən araşdırılması üçün Sabunçu rayon Polis İdarəsində müstəntiq polis kapitanı Murad Soltanov araşdırma apardı. Mənim məhkəməyə müraciət etməyim məsləhət görülmüşdü. Onun Cavabdeh verdiyim pulu bank və Lombardan götürmüşdür. Ödəyə bilməmiş, bankla problemim yarandı, Lombart qızılları satdı ona çox ziyanlar vurdular. Maşının sənədi ondadır müqavilə əsasında. Cavabdeh və atası Veyis əl birlikdə olublar sənəd verən orqanı aldadıblar. Maşına itmək adı ilə yeni texpasport alıblar. X1 1-ci qrup əlildir, gözləri görmür. Məcbur qalmış. Uşağın pensiyasından borc verir. Göründüyü kimi cavabdeh aralarında olan öhdəliyin tələbini pozub maşını mənim əlində alıb pulumu qaytarmır. Ona görə də cavabdehdən onunlə onun arasında olan maşın alqı-satqısı ilə bağlı öhtəliyi pozduğuna görə ona dəyən ziyan kimi 7000 manat maşına görə ilkin ödədiyi pul, 5 ay 555 manatdan ödədiyim 2775 manat, maşının avadanlıqlarına görə ödədiyi 3840 manat cəmi 14817 manat 92 manat notarius müqavilənin bağlanmasına dair rüsumun tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinixahiş etmiş, eyni zamanda bildirmişdir ki, o maşına görə 7000 manatdan başqa 7 ay ərzində əlavə 555 manat pul ödəmişdir onun 5 ayını cavabdehin kartına yükləmiş, yerdə qalan 2 ayı isə onunla cavabdeh araında bağlanmış xx.xx.2022-ci il tarixində kredit müqaviləsi bağlanan zamanı 2 ayın pulunu ona vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmenti olan avtomobil onun atasının adına rəsmiləşdirilsə belə, sözügedən avtomobil onun özünə məxsus olmuşdur. Məhz buna görədə məşının alqı-satqı müqaviləsinidə məhz atasının adından onun tərəfindən bağlanmışdır. Həmin maşının satılmasına görə iddiaçı tərəfindən ödənilən pul ona məxsus olmuşdur. Bundan başqa bildirmişdir ki, onun ilə iddiaçı arasında olan razılağa əsasən sözügedən maşın iddiaçıya 20300 manat qiymətə satılması qərarına gəlmişdirlər. Qeuyd edilən pulun 7000 manat olan hissəsi iddiaçı tərəfindən ona ödənilmişdir. Yerdə qalan pul isə iddiaçı tərəfindən aylıq 555 manat olmaqla ona ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı ilk üç ay sözügedən müqavilə üzrə nəzərdə tutulmuş 555 manat pulu ödəsədə yerdə qalan pulu 7 ay müddətinə ödəməmişdir. O isə iddiaçının pulu ödəyə bilmədiyini görüb maşını iddiaçıdan geri almışdır. İddiaçı ona ödəmiş olduğu 7000 manat pulu və üç aylıq 555 manat ödənişi yəni cəmi 8665 manat pulun onun tərəfindən geri qaytarılmasını tələb etsədə, sözügedən müqavilə üzrə iddaçı tərəfindən ona ödənilən pulun 6600 manat olan hissəsini onun tərəfindən xx.xx.2022ci il tarixli müqaviləyə əsasən ona geri qaytmışdır. Geri qalan 2065 manat olan pulu isə qayatmağı qəbul etməyərək bildirirki, sözügedən avtomobil 10 ay ərizində iddiaçının istifadəsində olmuşdur. Həmin on ay ərzində iddiaçı tərəfindən ona 3 dəfə 555 manat pul ödəndikdən sonra iddiaçı tərəfində maşına görə 7 ay müddətinə ödəniş olmadığından həmin pulun 7 aylıq maşın istifadəsinə hesablanmalıdır. Eyni zamanda iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanan zaman ona 1100 manat ödəmiş olduğunu bildirsədə bu halı qəbul etmir. Bundan başqa iddiaçı maşına 3840 manat dəyərində xərc çəkmiş olduğunu bildirsədə, bu hissəsinidə qəbul etməyərək bildirmişdir ki, o iddiaçı tam saz avtomobil vermişdir, avtomobilin hər hansı bir xərci olmadığını bildirərək iddia tələbinin bu hissədə ə xarc çəkilməsindən məlumatı olmayıb sözügedən müqavilə üzr iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh izahat verərək bildirmişdir ki, sözügedən maşın onun adına olsada oğluna məxsusdur və maşının satılması ilə bağlı puldan nə qədər alınmışdır, nəqədər qaytarılmışdır məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan AE seriylı 015886 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsindən görünür ki, “X12” markalı 99OY215 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X5r. İş materiallarında olan ƏN-V 751004 nömrəli etbarnamənin surətindən görünür ki, X7 “X12” markalı 99OY215 dövlət nömrə nişanlı avtomobili xx.xx.2024-cü il tarixədək idarə etmək səlahiyyətini İddiaçı vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, 524375*****2934 nömrəli kartdan 524375******2728 nömrəli karta 555 manat pul köçürülmüşdir. İş materiallarında olan 03 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185-ci maddəsində nəzərdə tutulan talama məqsədi omadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 03 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda izahatı alınmış Cavabdeh izahatından görünür ki, 2021-ci il tarixdə o, Avropadan gətirdiyi “Ford Transit” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə sosial şəbəkədə elan yerləşdirmişdir. Bundan sonra İddiaçı adlı şəxs ona zəng edərək avtomobillə maraqlandığını və baxmaq istədiyini demişdir. Taleh Gəncə şəhərində yaşadığını demişdir. Bir neçə gün sonra Taleh Bakı şəhərinə gələrək ona məxsus həmin avtomobilə baxmışdır. Taleh avtomobili almaq üçün ilkin olaraq 7000 manat pul ödəyəcəyini, pulun qalan hissəsini kredit şəklində aylıq 555 manat olaraq ödəyəcəyini demişdir. O, Talehlə razılaşmış, 14 avqust 2021-ci il tarixdə Neftçilər metro stansiyasının yaxınlığında yerləşən Notariat kontorunda Talehdən 7000 manat pul almışdır. Taleh beş ay müddətində ona pul ödəmiş, sonra ona zəng edərək pulu ödəyə bilmədiyini, Talehə pul lazım olduğunu demişdir. O, Talehə kömək etmək məqsədi ilə tanışı Mahir Həmidovun adına “Bank of Baku” bankından 6600 manat kredit formasında pul götürüb Talehə vermişdir. Bir neçə ay sonra Taleh ona pulu qaytara bilmədiyi üçün o, Talehə avtomobili satmağın lazım olduğunu demişdir. O, Talehə avtomobili tanışı Mahir Həmidovun almaq istədiyini demişdir. O, Talehdən Bakı şəhərinə gəlməsini xahiş etmişdir. Bundan sonra Taleh Bakı şəhərinə gəlmiş, onlar Sabunçu rayonu Zabrat qəsəbəsində “Friend House” çay evində görüşmüşlər. Mahir Həmidov avtomobilə baxmaq istədiyini demiş və avtomobilin açarını Talehdən almışdır. Taleh ona avtomobilin satılması ilə bağlı sonuncuya 7500 manat pulun çatacağını demiş, o, isə avtomobilin gündəlik bazar qiymətini hesablayıb Talehə 2500 manat pulun çatacağını demişdir. Taleh onunla razılaşmamış, pulunu vermədiyi halda özünü öldürəcəyini demişdir. Bundan sonra o. Mahirə zəng edərək avtomobili satmayacağını, avtomobili dayandırmasını demişdir. O, oradan gedərək “Ford Transit” markalı avtomobilini idarə edib ərazidən uzaqlaşmışdır. İş matriallarında olan xx.xx.2021-ci il tarixli nəqliyat vasitəsinin ilkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “X12” markalı 99OY215 dövlət nömrə nişanlı avtomobili 20300 manata İddiaçı satmış, ilkin olaraq İddiaçı borcdan 7000 manat pulu ödəmiş, qalan 13000 manat pulu isə hər ay 555 manat ödəmək şərti ilə 24 ay müddətində Cavabdeh qataracaqdır. İş matriallarında olan xx.xx.2022-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 6600 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək aylıq 550 manat ödəmək şərti ilə borc vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2024-cü il tarixli 3-16-16/2-9/1914/2024 -cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş iş matriallarında olan "xxxx" Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasəb 2008-ci il buralışlı Ford Tranzit markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3810 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan əl yazısı olan qəbzdən görünür ki, iddiaçının avtommobilə çəkdiyi xərcin məbləği 3840 manat hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Beləliklə mülki işin matraiallarından habelə tərəflərin vermiş olduğu izahatlardan məlum olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə X13 markalı avtomobilin alqı-satqısı məqsədi ilə ilkin müqavilə bağlanmış, alıcı İddiaçı avtomobilin satıcısına ilkin olaraq 7000 manat daha sonra 12 ay müddətində hər ay 555 manat pul ödmək öhdəsinə götürmuşdür. Satıcı Cavabdeh isə sözügedən yük avtomobilini iddiaçını istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı sözügedən ilkin-alqı-satqı müqaviləsi bağlandığdan sonra 5 ay müddətinə hər ay satıcıya 555 manat ödəmiş olduğunu bildirmişdir. Cavabdeh satıcı isə iddiaçının ona yalnız 3 ayın pulun ödəmiş olduğu bildirsədə 03 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatı alınan zaman iddiaçının ona 5 aylıq pulu ödəmiş olduğunu etiraf etmişdir. Beləliklə məlum olur ki, iddiaçı avtomobilin ilkin alqı-satqısı müqaviləsi üzrə cavabdehə 7000 manat və 2775 manat məbləğində pul ödəmişdir. İşin hallarından müəyyən edilir ki, daha sonra iddiaçı sonraki 5 ay ərzində cavabdehə ödəməli olduğu aylıq ödənişi ödəyə bilməmiş, tərəflər arasında bağlanmış ilkin alqı satqı müqaviləsi ləğv edilmiş, cavabdeh iddiaçının istifadəsinə vermiş olduğu nəqliyyət vaistəsini iddiaçının əlindən almışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək cavabdehə ilkin alqı satqı müqaviləsi üzrə ödəmiş olduğu 7000 manat pulu və 5 aylıq ödəniş olan 2775 manat pulun geri qaytarılmasını xahiş etsədə, məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən məlum olur iki, cavabdeh də öz növbəsində iddiaçıya xx.xx.2022ci il tarixdə 6600 manat məbləğində borc vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə ödəmiş olduğu ümumi borcdan yəni 9775 manat puldan iddiaçının cavabdehə ödəməli olduğu 6600 manat borc çıxılmalıdır. (9775-6600=3115 manat). Bundan sonra məhkəmə qeyd edir ki, işin hallarından məlum olur ki, sözügedən avtomobil 10 ay ərzində iddiaçının istifadəsində olmuşdur. Belə olan halda məhkəm hesab edir ki, ilkin alqı satqı müqaviləsi üzrə iddiçının cavabdehə ödəmiş olduğu lakin geri qaytarılmamış 3114 manat olan pul vəsaiti avtomobilin iddiaçının istifadəsində olduğu 10 ayın aylıq ödəniş haqqına hesablanmalı iddia tələbi bu hissədə də təmin edilməməlidir. Bundan sonra məhkəmə iddia tələbinin cavabdehə əldən ələ verdilmiş 1110 manat pulun geri qaytarılmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbini bu hissədə təsdiq edəcək hər hansı bir sübut mülki iş matriallarına təqdim edilmədiyindən iddia tələbi bu hissdə də təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin maşının avadanlıqlarına xərclədiyi 3840 manatın pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı maşının onun istifadəsində olduğu müddətdə maşının avadanlığlarına 3840 manat pul xərcləmiş olduğunu bunu təsdiq edəcək və xərcin çəkilməsini zəruri edəcək halları təsdiq edəcək sübut məhkəməyə əqdim edilməmişdir. Yegən sübut kimi təqdim edilmiş qüsur aktı isə maşına xərc çəkildiyi müddətdə deyildə, hətta maşının iddiaçının istifadəsindən aldığı iki ilə yaxın müddətdən sonra tərtb edilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin ilkin alqı-satqı müqaviləsi bağlanan zaman notariusa ödədiyi 92 manat rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin hallarından görünür ki, ilkin alqı-satqı müqaviləsi cavabdehin deyildə iddiaçının təqsiri səbəbindən ləğv edildiyindən yəni ödənişləri vaxtıvaxtında yerinə yetirə bilməməsi səbəbindən ləğv edildiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Ödənilmiş 50 (əlli) manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə barədə iddia tələbi təmin edilməsin. 50 (əlli) manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-695/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-695/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver